
Futbolda yeni era başlayır
Klublararası Dünya Kubokunda hakimlər bədən kameraları taxacaqlar
Klublararası Dünya Kubokunda hakimlər bədən kameraları taxacaqlar
Məhkəmə qərarı ilə gələn gender mübahisəsi futbola da sirayət edib
Azarkeşlər nigeriyalı ulduzu saxlamaq üçün səfərbər olunublar
Bunu bu işin eksperti deyir
“Real Madrid” rəsmi olaraq açıqladı
...yaxud bir bölgə klubunun süqutu fonunda vicdanların çarmıxa çəkilmiş sınağı
Ulduz futbolçu ilə “Qalatasaray” yaxından maraqlanır
... Nərdivanın birində axsadınsa, ovçudan ova çevriləcəksən
Premyer Liqaya çıxanlar indidən rəqabətə başladı
Türk əsilli futbolçudan alman ifrat sağçılarına zərbə
Brüsselin və dünyanın ikili standartları yenidən işə düşüb
Uduzmağı qüruruna sığışdırmayan Joze Morurinyodan Okan Buruka səviyyəsiz davranış
Davinson Sançesdən möhtəşəm reaksiya
“Qarabağ”a gələn bütün qapıçılar “klonlaşır”?
Məşhur futbolçunun işi yenidən açıldı, qətl şübhələri var
Azərbaycan futboluna rekviyem əvəzi
Gürcüstan millisi “Euro2024” final mərhələsinə çıxıbmış, futbolla maraqlanmayan birisi kimi sonuncu xəbər tutdum, demək qonşularımız tarixində ilk dəfə Avropa çempionatının final mərhələsinə yüksəlib, dost ölkəyə təbriklər!
Gürcü futbolu Qafqazda sovet zamanından öndə olmuşdu, xatirimdədir, 1980-in əvvəllərində Tiflisin “Dinamo” komandası Avropa kubokunu almışdı, necə bir ajiotaj vardı o zaman, sovet millisində də ən azı bir neçə gürcü futbolçusu iştirak edərdi, “bizimkilər də olaydı” kimi uşaq həsədi keçirər, bununla yanaşı gürcülərə də özümüzünkülər kimi baxardıq, Kipiani və Çivadze isimləri o dövrlərdən xatirimdə qalıb.
Amma və lakin, bəzi müzakirələrdə futbolun səviyyəsinin hər hansı bir cəmiyyətin ictimai quruluşu, eyni zamanda ölkənin hər hansı başqa uğurları ilə əlaqələndirilməsi cəhdləri gördüm, doğrusu maraqlı gəldi, bəzi tezislərə görə “demokratik” sayılan cəmiyyətlərdə futbolun səviyyəsi hökmən daha yüksək olur.
Xatirimə futbolla maraqlandığım gənclik illəri düşdü, İspaniya-1982 çempionatını öncəki çempion Argentina millisi açmışdı. Argentina 1978-də çempion olan zaman orada yeni vəfat etmiş prezident Peronu əvəz etmiş hərbi xunta hakimiyyətdə idi. Bu ölkənin tarixinə baxsaq zatən XX əsr boyu heç bir zaman “demokratik” kimi dəyərləndirilə bilməz, nasistlərə rəğbətdən tutmuş avtoritar idarəetməyə qədər, hərbi xuntanın hakimiyyəti ələ aldığı həmin dövr (1976-1983) isə xüsusi bir qəddarlıqla fərqlənirdi, lakin Argentina millisi məhz həmin çempionatda müstəsna bir oyun göstərərək ilk dəfə dünya çempionu oldu və məhz bundan sonra Argentina yığması dünyada seçilən millilərdən birinə çevrildi.
Ümumiyyətlə latın Amerikası millilərinin bəlkə hər biri barədə bunu demək olar, sadəcə Argentina parlaq misal kimi xatirə gəlir. Yadımdadır ki, həmin o İspaniya-1982 çempionatında Afrika milliləri də çox güclü oyun göstərmişdi, xatirimə 2:1 hesabı ilə bitmiş Əlcəzair-Almaniya oyunu düşür. Digər Afrika komandaları da çox yaxşı nəticələr göstərmişdi, əcəba, bunun həmin ölkələrdəki siyasi-ictimai quruluşlarla nə kimi əlaqəsi vardı? Fransada keçirilən 1998 çempionatındakı məşhur ABŞ-İran matçı da yəqin hamının xatirində qalıb 1:2 hesabı ilə, belə misallar çoxdan-çoxdur.
Aydındır ki, futbol çoxdan sadəcə idmandan daha çox siyasi-ictimai faktora çevrilib, lakin gərək dəyərləndirməmizdə adekvat olmağa çalışaq. “Demokratik ölkələrdə futbol da güclüdür” kimi dəyərləndirmələrdən “Futbolu zəif oynasaq da əvəzində biz filan şeyi daha yaxşı edirik” kimi mənasız müqaisələrdən uzaq olsaq yaxşıdır. İdmandan zəhləm getsə də, ona sırf idman, oyun kimi baxmağın tərəfdarıyam.