
Azərbaycanın Kipr diplomatiyası
Diplomatik balans və strateji perspektivlər
Diplomatik balans və strateji perspektivlər
Azərbaycanın ŞKTC-ni tanıyacağı gün uzaqda deyil
Mərkəzi Asiya ölkələri Ankara ilə Brüssel arasında incə balans axtarışında
İlham Əliyev: “Biz hər zaman sizinlə olacağıq ki, ölkəniz beynəlxalq ictimaiyyət tərəfindən tanınsın”
Ersin Tatar: “İki dövlətli həll tələbindən geri çəkilməyəcəyik”
Keçmiş XİN rəhbəri Markulli: “Bu ağır cinayətlərə görə heç kim cəzalandırılmayıb”
ŞKTC-nin 50 illiyi ilə bağlı nümayişlərə yunan mətbuatından qalmaqallı başlıqlar...
Tanımaq şərt deyil, ...
Türkiyənin 2023-cü ildə Cənubi Qafqaz və Azərbaycan siyasəti necə olacaq?
Kiprin yunan və türk icmaları danışıqların nəticəsiz başa çatmasına görə bir-birlərini ittiham edirlər
ŞKTC lideri bildirib ki, problemin həlli mövzusunda qətiyyətlidirlər
Kiprin xarici işlər naziri yalanladı: «Nə o görüşdə, nə də başqa bir yerdə...»
Qarabağı «ermənilərin tarixi ərazisi» adlandıran kiprli nazirə azərbaycanlı politoloqdan reaksiya
Prezidentlər arasında gərginlik: «Anastasiadis qapını çırpıb, otağı tərk etdi»
Politoloqlar Kiprdə aktivlik nümayiş etdirən BMT-yə Qarabağda ümidli deyillər...
Beştərəfli konfransda yekun qərarın tezliklə qəbul edilməsi razılaşdırılıb
Avropa parlamentinin sədri Cosef Borrell bəyanat verərək deyib ki, “Viktor Orban Şuşadakı Türk Dövlətləri Təşkilatının sammitində təmsil üçün Avropa Birliyindən mandat almayıb”.
Ardı daha maraqlıdır, adam deyir ki, “EU (yəni AB) Kipr türklərinin separatçı qurumunu (yəni KKTC) qanuniləşdirmək cəhdlərini rədd edir və yalnız Kipr Respublikasını tanıyır”.
Azərbaycan onilliklər ərzində separatizmdən (əslində irridentizmdən) əziyyət çəkmiş ölkə kimi daima dövlətlərin ərazi bütövlüyü prinsipinə sadiq olduğunu bəyan edib. Bəs KKTC necə, həqiqətən Borrell deyən kimi “separatçı qurum”durmu?
Çox maraqlıdır, Borrell kimi rəsmi bir şəxs necə unuda bilərdi ki, hələ 20 il bundan öncə, 24 aprel 2004-cü ildə Kipr Respublikası və KKTC ərazisində “Annan Planı” (Kipr münaqişəsinin həlli üçün BMT-nin təklifi) üzrə referendum keçirilib? O zaman hər iki icmaya 1974-cü ildən bəri bölünmüş adanın yenidən birləşdirilməsi təklifi sorğulandı. Adanın bir dövlət tərkibində birləşdirilməsi təklifi KKTC tərəfdə 65 faiz bəyənildiyi halda, Kipr respublikası əhalisi 76 faiz çoxluqla bunu rədd etdi.
Bu referendumun nəticələrindən sonra KKTC həm de-yure, həm də de-fakto olaraq dövlət kimi legitimləşməli idi, çünki bu qurumun əhalisi adanın bölünməsinə qarşı olduqlarını bəyan etmişdi, onlar daha heç bir halda “separatçı” hesab edilə bilməz.
Doğrudan da KKTC əhalisi bundan sonra nə edə bilərdi ki? Adamlar adanın bölünməsinin əleyhinədir, BMT-nin təklifi ilə hər iki hissənin bir dövlət tərkibində birləşdirilməsinə səs verib, qarşı tərəf razı deyilsə, o zaman nə etməli? Özlərini dənizə atmalıdırlar, yoxsa necə? Hamıya aydın olmalı idi ki, 24 aprel 2004-cü ildən sonra orada yeni reallıq yaranıb və KKTC istənilən prizmadan, heç bir halda “separatçı qurum” hesab edilməməlidir.
Ən sadə həqiqətləri nədən yazmalı oluruq? Ritorik sualdır artıq.