
BMT-nin qeyri rəsmi Kipr zirvəsi
Ersin Tatar: “İki dövlətli həll tələbindən geri çəkilməyəcəyik”
Ersin Tatar: “İki dövlətli həll tələbindən geri çəkilməyəcəyik”
Keçmiş XİN rəhbəri Markulli: “Bu ağır cinayətlərə görə heç kim cəzalandırılmayıb”
Türkiyənin 2023-cü ildə Cənubi Qafqaz və Azərbaycan siyasəti necə olacaq?
Kiprin yunan və türk icmaları danışıqların nəticəsiz başa çatmasına görə bir-birlərini ittiham edirlər
ŞKTC lideri bildirib ki, problemin həlli mövzusunda qətiyyətlidirlər
Kiprin xarici işlər naziri yalanladı: «Nə o görüşdə, nə də başqa bir yerdə...»
Qarabağı «ermənilərin tarixi ərazisi» adlandıran kiprli nazirə azərbaycanlı politoloqdan reaksiya
Prezidentlər arasında gərginlik: «Anastasiadis qapını çırpıb, otağı tərk etdi»
Politoloqlar Kiprdə aktivlik nümayiş etdirən BMT-yə Qarabağda ümidli deyillər...
Beştərəfli konfransda yekun qərarın tezliklə qəbul edilməsi razılaşdırılıb
Əhməd Zəki Bulunç: «Sanki məsələnin bərabər haqlar çərçivəsində ədalətli həllini istəyirlər, ancaq...»
«Türkiyə olmadan hansısa məsələnin həllinə arxalanmasınlar»
93 yaşlı diplomat Şükrü Ələkdağ Türkiyə prezidentini Cenevrə müzakirələrinə imtinaya çağırıb
Şimali Kipr Türk Cümhuriyyəti (Kuzey Kıbrıs) bu gün müstəqilliyinin 39-cu ilini qeyd edir. Türkiyə ordusu 1974-cü ildə Kıbrısa daxil olmasaydı adada türk qalmayacaqdı, yunanlar qətliamı davam etdirəcəkdilər.
Bu tarixin üstündən 9 il keçdikdən sonra Kıbrısın əfsanəvi lideri Rauf Denktaş Kuzey Kıbrıs Türk Cümhuriyyətini elan etdi. Rəhmətlik Rauf bəylə 1998-ci ildə görüşmək imkanım olmuşdu, o ada ilə Azərbaycan arasında sıx təmasların tərəfdarı idi. İkinci dəfə Kıbrısda 2014-cü ildə oldum. Adanın o zamankı prezidentinə və xarici işlər nazirinə suallar vermək imkanım oldu. Onlar da Rauf bəyin dediyini təkrarladılar: “Azərbaycanla əlaqələrin inkişafını istəyirik”.
Qarabağ münaqişəsi və torpaqlarımızın işğal altında olması Azərbaycanın Kıbrısla sıx əlaqələrinə əngəl kimi qiymətləndirilirdi. Azərbaycanın Kıbrısı tanıması halında Yunanıstanın da Qarabağ separatçılarını tanıması təhlükəsi haqqında fikirlər səslənirdi. Tanımaq şərt deyil, bunun əvəzinə Kıbrısla iqtisadi, humanitar əlaqələr genişlənə bilər, azərbaycanlı turistlərin Türkiyə üzərindən adaya turları təşkil edilə bilər. Türkiyənin Azərbaycandan və digər türk dövlətlərindən istəyi budur.