SEPAH-a ərəb zərbəsi
Körfəz ölkələrindən İrana və onun regional terror təşkilatlarına qarşı üç sərt addım
12:07 | 15 noyabr 2022 | Çərşənbə axşamı
Məqaləyə 723 dəfə baxılıb
Şriftin ölçüsü
Körfəz ölkələrindən İrana və onun regional terror təşkilatlarına qarşı üç sərt addım
“Yox” demirlər, amma nəticə də yoxdur
Gizli əməliyyat Tehranın hücumlarına cavab xarakteri daşıyıb
Qoyduğu sərhəddən kənardakıları yoxlayan ABŞ gəmiyə toxunmayıb
“Hizbullah”la əlaqədə şübhəli bilinən 21 şəxs və qurum sanksiya siyahısına salındı
Pekində dünyanın taleyini dəyişə biləcək razılaşma mümkündürmü?
Tramp: “İstənilən halda buna nail olacağıq”
Hörmüz gərginliyi davam edərkən diqqətçəkən hərəkətlilik yaşandı
ABŞ-nin sərtləşən mövqeyi əsnasında diplomatik proses gərginləşib
ABŞ və Böyük Britaniyanın qara siyahısına düşənlər arasında Çin şirkətləri də var
İrandan Avropa ölkələrinə xəbərdarlıq
Hörmüz gərginliyinin yaxın müddətdə həllini tapacağı gözlənilmir
Avropa ölkələri ABŞ ilə sövdələşməyə hazırlaşır
Geri addım, Körfəz ölkələrinin vetosu və yeni dönüş
ABŞ və İran Hörmüz boğazında toqquşdu ...
Bəndər-Abbas və Keşm limanlarına hava zərbələri endirilib
“Azərbaycana qarşı bir neçə təhdid var. Ermənistan ərazilərimizi işğal etdi, etnik təmizləmə apardı, arxasında böyük güclər var. Ancaq Ermənistan və ermənilər bizim üçün bütövlükdə azərbaycanlılar və türklər üçün mövcudiyyət təhdidi deyil”.
Bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) şöbə müdiri, politoloq Fuad Çıraqov deyib. O bildirib ki, Azərbaycanın varlığı bəzi qonşularımız üçün böyük təhdidə çevrilib:
“Ermənistan orqanizmə düşən, iltihab verən yad cisimdir, mübarizə və müalicə ilə aradan qaldırıla bilər. Mübarizə uzun və ağrılı çəkə bilər, amma bu təhdidin demoqrafiyanı, dini və milli fərqliliyi nəzərə alaraq bizi tam məhv etmək potensialı yoxdur, bizim bu təhdidi tamamilə aradan qaldırmaq şansımız var və bu təhdidin aradan qalxması labüddür. Ermənilər bunu bilir və çırpınırlar. Bu yad cismə qarşı mübarizə orqanizmi daha mobil, ayıq və güclü edib, edir və edəcək.
Rusiya bizi 200 il işğalda saxladı, sonra təsir dairəsində saxlamağa çalışdı, amma biz Rusiya üçün onun orqanizmində həmişə həzmedilə bilinməyən yad element olaraq qaldıq. Rusiyanın daxilində hələ də tam həzm edə bilmədiyi başqa çoxlu yad elementlər var və gec-tez onlar üzə çıxacaq. Ona görə də bütün etdiklərinə baxmayaraq Rusiya təhdid oldu, amma mövcudiyyət təhdidi ola bilmədi və indən sonra heç vaxt da ola bilməyəcək. Bunu etmək üçün yəni Rusiyanın bizi içində əritməsi üçün onun gərək çox inkişaf etmiş, modern ölkə və çox cazibədar olması lazımdır. Bu isə heç vaxt olmayacaq.
Gələk İrana: Mənə görə İran yeganə mövcudiyyət təhdididir. Çünki İran bizim mövcudiyyətimizi inkar edir, bütün tarixi mirasımıza iddia edir. Deyir Nizami, Xəqani, onundu, Təbriz xalçası İranındı, farsındı. Biz də İranın mövcudiyyətini inkar edirik. Deyirik Səfəvilər, Əfşarlar, Qacarlar bizimdi. İran bizim milli kimliyimizi inkar edir, deyir sənin yalnız şiə kimliyin var, bu əsasdır və milli kimliyini “pan”la aşağılamağa çalışır. Biz də onları “aftafa” ilə aşağılayırıq. Yəni bu sadəcə iki dövlət arasında maraqlar savaşı, mübarizəsi, hansısa ərazilərə iddialar üzərində qarşıdurma deyil. Bu, bir-birimizin hərşeyimiz, var yoxumuz uğrunda mübarizədir.
Qonşuluğumuzda və ya dünyada başqa elə xalq varmı ki, milli və dini kimliyi ziddiyyətdə olsun? İranın bizi içində əritməsi üçün inkişaf etməsi və cazibədar olmasına da ehtiyac yoxdur. Sadəcə Azərbaycan adlı dövlətin olması təhdiddir. Bu təhdid onlar üçün İranda hansı rejimin, hakimiyyətin və kimin olmasından asılı olmayaraq, həmişə olub və olacaq”. (Milli.az)