vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 29 sentyabr 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Rauf Denktaş (1924 - 2012)

«Biz milli və mənəvi dəyərlərimizi qorursaq, o dəyərlər də bizi qoruyacaq»

Rauf Denktaş (1924 - 2012)
GÜNEY  
İranda Şah və Şeyx 15:56 | 29 sentyabr 2025 | Bazar ertəsi Məqaləyə 73 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İranda Şah və Şeyx

Yaxud istibdadın iki üzü

Məsud HARAY

MÖVZU İLƏ ƏLAQƏLİ

Beynəlxalq sanksiyaların yenidən qüvvəyə minməsi və iqtisadi mühasirənin boğucu dərəcədə ağırlaşması ilə İran rejimi çıxılmaz bir girdaba sürüklənib. Bu vəziyyətin təbii nəticəsi olaraq ictimai narazılıqlar və geniş xalq etirazları yüksəlməkdədir. Lakin xalq azadlıq uğrunda ayağa qalxdıqda, bu dəfə sikkənin digər üzü – yəni köhnə rejimin varisləri olan şah tərəfdarları – fürsət axtararaq xalqın iradəsini ələ keçirməyə çalışır.

Tarixi faciə təkrar-təkrar yaşanır: Dini faşizmi devirmək naminə həyatını ortaya qoyan xalq, fərqinə varmadan eyni hökmranlıq sisteminin başqa bir formasına – yəni gücün və hakimiyyətin tək əldə cəmləşdiyi monarxiya alternativinə – sürüklənir. Beləcə azadlıq səsi bir daha boğulur, zəncirlər sadəcə biçim dəyişir.

İranın əzilən millətləri günbəgün daha aydın bir həqiqətlə üz-üzə qalır: Şah və Şeyx bir-birinin ziddi deyil, tamamlayıcısıdır. Fərqli şüarlarla amma eyni mahiyyəti ilə istibdadın iki üzüdür. Qurtuluş yolu, bu çürümüş sikkəni birdəfəlik tarixin zibilliyinə atmaqdan keçir.

Azadlığın yolu yalnız xalqların müstəqilliyində, bu iki saxta qütbdən qopmaqda və xalqın azad iradəsi ilə qurulacaq yeni düzəndə yatır. Nə keçmişə dönüş xilas gətirəcək, nə də bu günün davamı. Həqiqi azadlıq, yalnız bu iki üzün eyni anda dağıdılması ilə mümkündür.