Kraldan prezidentə təbrik məktubu
“Əlamətdar gün xalqlarımız arasındakı davamlı dostluq barədə düşünmək üçün dəyərli fürsətdir”
21:09 | 12 avqust 2018 | Bazar
Məqaləyə 3031 dəfə baxılıb
Şriftin ölçüsü
“Əlamətdar gün xalqlarımız arasındakı davamlı dostluq barədə düşünmək üçün dəyərli fürsətdir”
Üç dəfə dünya və yeddi dəfə Avropa çempionunun oğlu 5 illik vətəndaşlıq alıb
Putinlə danışıqlar üçün bir neçə namizəd var
Rusiya sanksiyaları ilə bağlı London Brüssel “Brexit”dən sonra ən böyük fikir ayrılığı yaşayır
Ukraynada snayperlərin yerini PUA-lar almağa başlayıb
Marqarita Mamun: “Sürükləndiyim daxili klaustrofobiyadan, azadlıqsızlıqdan boğuluram”
Rusiyada yanğında ölən insan sayı 35 faiz, xəsarət alan 47 faiz artıb
Qitələrarası ballistik raketi ilin sonunadək arsenala qəbul ediləcək
“Ursa Major”un kimin batırdığı məlum deyil
Azərbaycan neftini daşıyan tanker Yaponiyaya çatıb
Ukrayna zərbələrindən sonra NEZ-lər sıradan çıxıb
Yaşayış binasında baş verən güclü yanğın zamanı 300 nəfər təxliyə edilib
Kremlin qarşısındakı hərbi keçidi “qəssab general” Andrey Mordviçev idarə edib
“İzolyasiya” həbsxanasının ən qəddar işçisini ən ağır cəza gözləyir
Avropa ölkələri ABŞ ilə sövdələşməyə hazırlaşır
21 il əvvəl bütün dünya liderlərinin yığışdığı meydanda indi lələ köçüb, yurdu qalıb
Bu mülayim gündə Xəzərin o tayında Heç bir sensasiya olmadı: 5 Xəzəryanı dövlət başçısı 22 il üzərində iş gedən sənədi - Konvensiyanı imzaladılar və hamısı da xoş ifadələr, gələcəyə verilən töfələr və sair protokol qaydasında cümlələr işlədib ayrıldılar.
Əslində isə...Xəzər adlı qapalı hövzə 22 il əvvəl olduğu kimi, nə DƏNİZ, nə də GÖL olması bu sənədin imzalanması ilə bilinmədi. Çünki ona nə BMT-nin 1982-ci il Dəniz Konvensiyası tam şamil edilmədi, nə də göllərin bölünmə mexanizmi burada özünü göstərmədi. Bir növ hər ikisindən götürqlmüş gibrid bir mexanizmə rast gəlirik. Suyun üstünün bölünməsində dəniz prinsipləri Xəzərə uyğunlaşdırılıb. Dibin bölünməsində sektoral məsələ - orta xətt tövsiyyə edilir (İran buna qarşıdır, imzalanan Konvensiya isə nəzərdə tutur ki, dənizin dibi tərəflərin qarşılıqlı razılığı əsasında bölünür, razı deyilsinizsə və ya razılığa gələ bilmirsinizsə, öz işinizdir - 100 illərlə dinc mübahisə etmək hüququniz var).SSRİ dağılandan sonra Qazaxıstan, Azərbaycan və Türkmənistan sektoral bölgünün tərəfdarı kimi çıxış edib, hətta Azərbaycan 1995-ci il Konstitusiyasına edilən dəyişikliyə görə Xəzərin Azərbaycan hissəsini özünün ayrılmaz hissəsi, onun sərhədlərini isə dövlət sərhədi kimi tanıyırdı. Azərbaycanın bu addımı Qazaxıstan və Türkmənistanı da bu cür addımlar atmağa sövq edirdi və nəticədə Rusiya üçün özünün gəmilərinin (əsasən də hərbi donanması üçün) sərbəst hərəkəti üçün Xəzərdə imlanlar kifayət qədər daralırdı.
Ona görə də bu Konvensiya Rusiyanın stratüji maraqları üçün hüquqi əsaslar verdi: 5 sahilyanı dövlət 15 dəniz mili olmaqla ərazi sularının koordinatlarını müəyyənləşdirir - bu ərazi həmin ölkələrin eyni zamanda dövlət sərhədi hesab edilir. Daha 10 millik zona balıq ovu zonası kimi qəbul edilir. Yerdə qalan sular neytral sulardır - gediş-gəliş üçün sərbəst zona.
Türkmənistanın Cənub Qaz Dəhlizinə qoşulması ilə bağlı Rusiya və Qərbin N sayda KİV-lərinin məlumatları vaxtı ilə Bakı-Ceyhan kəməri hələ layihə olan vaxtda yenə eyni qaydada Qazaxıstandan Bakıya sualtı neft kəməri tikintisi ilə bağlı AJİOTAJdan başqa bir şey deyil. Bir layihənin ki, kommersiya baxımından cəlbediciliyi olmadı, ha təriflə, ha gözəlləmə de, ha yaz ki, borunun elçiləri Ağ Evdən gəlir - mənasız şeylərdir.
Azərbaycan nə uddu? Dörd bir tərəfindəki Xəzər qonşuları ilə bir hüquqi DAVRANIŞ kitabçası əldə etdi. Bir baxın, neftin qiymətləri 2014-dən enəndən sonra SOCAR Xəzərdə neçə Qərb şirkəti ilə müqavilə imzalayıb və neçəsi ilə danışıqlar aparır ki, bunları reallaşdırsın. Bəs qonşuları nə edib? Heç BİRCƏ müqqviləyə imza atıblarmı? Bu müddətdə Xəzərin o tayından Bakı-Ceyhan kəməri vasitəsi ilə təqribən 3 milyon ton neft daşınırdısa, ötən il bu həcm 6.4 milyon tona qədər artırıldı. Bu il tranzit həcmləri 6 ayda 5 milyondan bir qədər artıq olub. Azərbaycan əvvəllər Ceyhana ancaq Türkmənistan nefti daşıyırdısa, indi Qazaxıstan və Rusiyadan gələn həcmlər də əlavə olunub. Xəzərdə əməkdaşlıq bizim fəallığımıza bağlanır...