İsrail türk gəmisini həbs etdi
Sumud donanmasına müdaxilə nəticəsində 18 türk vətəndaşı saxlanıldı
10:22 | 10 sentyabr 2025 | Çərşənbə
Məqaləyə 503 dəfə baxılıb
Şriftin ölçüsü
Sumud donanmasına müdaxilə nəticəsində 18 türk vətəndaşı saxlanıldı
Ankara Yaxın Şərq sərmayələri uğrunda mübarizədə önə çıxmağa çalışır
İsrail hücum iddialarını təkzib etdi
“Qalatasaray” TFF ilə bütün münasibətləri kəsdi
“Gənclərbirliyi” – “Qalatasaray” matçının VAR hakimi yeni futbol termini yaratdı
İtki yoxdur
Pakistan Baş naziri Türkiyə Prezidenti ilə də görüşəcək
Rubio: “Müzakirələrin əsas məqsədi “Hizbullah”ın təsirinə son qoymaqdır”
İsrail və Livan ABŞ-də danışıqlar aparacaq
Türkiyədə aviabiletlərin qiyməti yenidən qalxır
Sabiq CHP sədri Türkiyə Prezidentini təhqir etməkdə günahlandırılır
Türkiyə Mərkəzi Bankının 3 illik itkisi ÜDM-nin 6,3 faizinə çatıb
İsrail Baş qərargah rəisi əməliyyatların Livan ərazisinin dərinliklərində aparılacağını dedi
Telefon danışığından sonra 10 dəqiqə ərzində 100 hədəf vuruldu
5 ay əvvəl Azərbaycandan Türkiyəyə uçarkən qəzaya uğrayan təyyarə ilə bağlı yeni kritik detal
Terrorçuların lideri və qardaşı oğlunun öldürülməsi xəbəri yayıldı
İsrail Qətərin paytaxtı Dohada “HƏMAS” terror təşkilatının siyasi rəhbərliyinin yüksək rütbəli üzvlərini hədəf alan zərbələr reallaşdırıb.
İsrailin Qətər ərazisinə misli görünməmiş hücumu İsrailin Qəzza şəhərini tamamilə tutmağa hazırlaşdığı zamana təsadüf edir.
1. İsrail “HƏMAS” terror təşkilatının tamamilə məhvini reallaşdırıb Yaxın Şərqdəki prosesləri öz nəzarəti altına keçirməyi hədəfləyir. “HƏMAS” tamamilə sıradan çıxsa, bu, İranla bərabər, Türkiyə üçün də strateji çətinliklər yarada bilər. İsrailin Qətərə hücumu “HƏMAS”ın təşkilatlanmasına və ona dəstək verən Türkiyə-Qətər müttəfiqliyi üçün də siqnaldır.
İsrail bununla “HƏMAS” liderlərinin sığınacaq tapdığı istənilən ölkə ərazisinin legitim hədəf olması fikrini psixoloji üstünlük kimi təqdim edir. Başqa yandan, İsrail kəşfiyyat əməliyyatları ilə Türkiyəni oyuna çəkir. Ehtimal ki, İsrail Türkiyənin Fələstində və İsrail ərazisində əməliyyatlarını sürətləndirəcək kəşfiyyat subyektləri ilə əlaqədar plana sahibdir. İsrail həmin kəşfiyyat əməliyyatlarını ifşa etmək, ardınca isə Türkiyənin İsrail ərazilərinə zərbə endirmək planını iddia kimi dünya ictimaiyyətinin diqqətinə çatdırmaq istəyir.
2. “HƏMAS” Türkiyə üçün son nəticə deyil və dərin dövlətçilik tarixi olan Türkiyə hər an üçün çevik strategiya hazırlamaq gücündədir. Görünür ki, Türkiyənin “HƏMAS”a dəstəyi onun Suriyadan sonrakı proseslərin məntiqi davamını Fələstində tamamlamağı üçün məqsəddir. Bu isə İsraillə Türkiyəni toqquşduran məqamı ifadə edir.
İran onsuz da Yaxın Şərqdə zəif bənddir, üstəlik Livan hakimiyyətinin “Hizbullah”ı terrorçularını tərksilah etmək planını təsdiqləməsi ilə İran daha da zəif vəziyyətə düşür. İranın proseslərdən uzaqlaşması ilə yaranan strateji boşluqları Türkiyə doldurur. ABŞ ilə Türkiyənin birlikdə hərəkət etmək planları isə intensivəşdikcə, İsrail bundan çəkinməyə başlayır. Hərçənd ki, Yaxın Şərqdə Türkiyə və ABŞ-ın strateji maraqları fərqli meyarlara söykənir.
Lakin ehtimal var ki, ABŞ Yaxın Şərqdə kürd silahlı dəstələri ilə bağlı planını dəyişsin. Bu, Suriya və İraqda Türkiyəyə qarşı silahlı müqavimət göstərən PKK filiallarının sonunu gətirəcək hadisədir. Türkiyə PKK-nın ləğvi kontekstini Suriya və İraqda tamamlasa, bu, onun strateji qələbəsinin davamını Fələstin münaqişəsində axtarmasına gətirib çıxaracaq. Bu mənada Türkiyənin HƏMAS-a dəstək mexanizmlərinin strateji qollarını həmin proseslərdəki səbəblərdə axtarmaq lazımdır.
3. Ümumiyyətlə “HƏMAS” ilə İsrail arasında daimi və həqiqi atəşkəsin əldə edilməsi mümkünsüz variant kimi görünür. Üstəlik, iki tərəfin ideoloji yanaşmalarındakı radikallıq nümunələri də hərbi eskalasiyanın davam etməsinə təkan verir.
İsrail buna görə də, “HƏMAS”ı tamamilə ləğv etməyi qarşısına məqsəd qoyub, lakin burada geosiyasi tərəflərlə bərabər, hərbi çətinliklər də üzə çıxır.
Çünki “HƏMAS” hələ də İsrailə qarşı silahlı müqavimət imkanlarını qoruyub saxlayır. Bu, onun hərbi baxımdan yenidən təşkilatlana bilmək üçün operativ resurslara sahib olduğunu nümayiş etdirir.
Buna baxmayaraq, “HƏMAS” İsrail qarşısında zəif bənddir. “HƏMAS”a verilən logistika və maliyyə dəstəklərinin aradan qalxacağı təqdirdə, təşkilatın gündəmi ləğv prosesi ilə silkələnəcək.