“İran qarşısında tək qala bilər”
Trampdan Netanyahuya xəbərdarlıq
10:51 | 10 sentyabr 2025 | Çərşənbə
Məqaləyə 273 dəfə baxılıb
Şriftin ölçüsü
Trampdan Netanyahuya xəbərdarlıq
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
Pekin Vaşinqtonun mümkün nüvə zərbəsinə qarşı səhrada böyük bunkerlər tikir
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
Üzərində Trampın portretinin olması təklifi maneə ilə üzləşib
İran mediası ABŞ ilə gözlənilən sazişi təkzib etdi
Hörmüz boğazı ilə bağlı xüsusi maddə var
Azərbaycan şirkəti Ukraynada titan mədəninə milyonlarla dollar investisiya qoyub
ABŞ iqtisadiyyatında inflyasiya müzakirələri yenidən diqqət mərkəzinə düşüb. “Deutsche Bank” və “Goldman Sachs” kimi aparıcı maliyyə institutları tariflərin qiymətlərə təsirini qiymətləndirir, “BlackRock” isə daha böyük faiz endirimlərinin həyata keçirilməsini tövsiyə edir. Tətil mövsümü öncəsi istehlakçı xərclərində yavaşlama gözlənilir və “JPMorgan” CEO-su Jamie Dimon iqtisadi yavaşlama ilə bağlı xəbərdarlıqlar edib.
“Deutsche Bank”: “Tariflərin 75%-i istehlakçı qiymətlərinə keçib”
“Deutsche Bank” iqtisadçılarına görə, ABŞ-da ilk tur tariflərdən qaynaqlanan qiymət artımlarının böyük hissəsi istehlakçı qiymətlərinə keçib. 2024-cü ilin trendinə əsasən, yüksək idxal olunan əsas PCE (Şəxsi İstehlak Xərcləri) mallarındakı qiymət artımı təxminən 1,3% olub və bu, əsas PCE indeksinə təxminən 30 baza bəndi təsir edib. Analitiklər qeyd ediblər ki, yüksək idxal məhsulları əsas PCE-nin 23%-ni təşkil edir və tariflərin təsirini böyük ölçüdə udub. Yeni avtomobillər və geyim kimi bəzi kateqoriyalarda isə hələ də nəzərəçarpan təsir müşahidə olunmayıb.
“Goldman Sachs”: “Əsas CPİ 3%-i aşa bilər”
“Goldman Sachs” ABŞ-da həm manşet (bütün mallar və xidmətləri əhatə edən, enerji və qida kimi dəyişkən qiymətlər daxil olan ümumi istehlak qiymətləri indeksinə əsaslanan inflyasiya), həm də əsas (daha sabit qiymətlərdən ibarət) inflyasiyada artım gözləyir. Bankın proqnozuna görə, avqust ayında əsas CPİ (Consumer Price İndex – İstehlakçı Qiymət İndeksi) 0,36% artaraq bazar gözləntiləri olan 0,30%-i keçə bilər və illik əsas inflyasiya təxminən 3,13%-ə çatacaq. Qida, enerji və nəqliyyat xərclərindəki artımlar qiymətlərə təzyiq göstərir. Bank, kommunikasiya, mebel və əyləncə kateqoriyalarında tariflərin qiymətləri artırdığını və ticarət siyasətlərinin uzun müddətdə inflyasiyanı yüksək saxlaya biləcəyini vurğulayıb.
“BlackRock”: “FED 50 baza bəndi faiz endirməlidir”
“BlackRock” Qlobal Sabit Gəlirli Əmlak Baş İnvestisiya meneceri Rik Rider (Rick Rieder) bildirib ki, ABŞ Federal Ehtiyat Sistemi (FED) gələn həftə 50 baza bəndi faiz endirimi etməlidir. Rider əlavə edib ki, ilin sonuna qədər üç əlavə 25 baza bəndi endirim də nəzərdən keçirilə bilər. O, uzunmüddətli səhm mövqelərinin qorunmasının və portfellərin qızıl və “Bitcoin” kimi sərt aktivlərlə diversifikasiyasının vacibliyini vurğulayıb, lakin “Bitcoin” üçün 5% payın bir qədər yüksək olduğunu qeyd edib.
Deloitte: “Tətil dövründə xərclərdə yavaşlama gözlənilir”
“Deloitte”un proqnozlarına görə, ABŞ-da 2025-ci ilin noyabrından 2026-cı ilin yanvarına qədər tətil mövsümü satış artımı pandemiyadan bəri ən aşağı səviyyədə qalacaq. Artımın 2,9%-dən 3,4%-ə qədər olması gözlənilir, ötən il isə bu göstərici 4,2% olmuşdu. Makroiqtisadi qeyri-müəyyənliklər, borc xərclərinin artması, yüksək qiymətlər və gəlir artımının yavaşlaması istehlakçı etibarının məhdud yaxşılaşmasına səbəb olacaq.
JPMorgan CEO-su Dimon: “İqtisadiyyat zəifləyir”
“JPMorgan Chase” CEO-su Ceymi Dimon (Jamie Dimon) son Əmək Nazirliyi məlumatlarının ABŞ iqtisadiyyatının zəiflədiyini təsdiqlədiyini bildirib. Mart 2025-ə qədər olan dövr üçün yenilənmiş məlumatlara görə, qeyri-aqrar məşğulluq 911,000 nəfər azaldılıb. Dimon bildirib ki, iqtisadi yavaşlamanın resessiyaya çevrilib-çevrilməyəcəyi hələ dəqiqləşməyib və tariflər, miqrasiya siyasətləri, geosiyasi risklər və Tramp dövründə vergi-xərcləmə paketlərinin tam təsirləri hələ tam hiss edilməyib.