Tiraspol tiranın əlindən çıxır
Moldova və Ukrayna Rusiyanı bölgədən çıxarmaq üçün anlaşdı
14:41 | 24 aprel 2025 | Cümə axşamı
Məqaləyə 382 dəfə baxılıb
Şriftin ölçüsü
Moldova və Ukrayna Rusiyanı bölgədən çıxarmaq üçün anlaşdı
PUA hücumu nəticəsində Perm şəhərində strateji obyekt zədələnib
Daxili maliyyə təzyiqi artır – əmanətlər, valyuta çatışmazlığı və yeni model riskləri
Rusiyada azərbaycanlı barədə məhkəmə qərarı verildi
ABŞ Şimal Qütbü istiqamətində müşahidə və hazırlıq səviyyəsini yüksəldib
İnternetdən sonra mobil rabitədə də məhdudiyyətlər olacaq
Bomba hərbi qarnizonun poçt qutusuna yerləşdirilib
Rusiyanın Qara dənizdəki limanına bir həftədə ikinci hücum
Blokada davam edərkən yarım milyardlıq yaxta boğazdan keçib
Qara dəniz sahillərində göyün üzünü tüstü örtüb, şəhərlər “neft yağışı”na tutulub
3 arsenal, 3 anbar, 2 logistik mərkəz məhv edildi
Kreml yanacaq istehsalında “dövlət planı” modelinə qayıdır
Solovyovun Melonini təhqir etməsindən sonra Rusiya səfiri XİN-ə çağırıldı
“Telegram” kanalları təkərlərin relsdən çıxdığını yazdı
İki həmyerlisinin qətlində şübhəli bilinən azərbaycanlı Rusiyada həbs olundu
Neft zavoduna zərbələr nəticəsində güclü yanğın baş verdi
ABŞ-ın Rusiya-Ukrayna müharibəsində atəşkəsə nail olmaq səylərinin əks nəticə verməsi görünməkdədir.
ABŞ-ın sülh üçün təkliflərinin qısa təqdimatı belədir:
– Donald Tramp administrasiyası Ukraynada tam atəşkəsə nail olmağı hədəfləyir və bunu Ukraynanın ərazi bütövlüyü və suverenliyini heçə saymaqla indeksləşdirir,
– Ağ Ev eyni vaxtda Ukraynanın təbii sərvətlərinin istismarında hökmranlıq qurmağa çalışır,
– Vaşinqton ABŞ-Rusiya əlaqələrini inkişaf etdirməyə çalışır ki, bu da Kremllə Ağ Evin bir-birlərinə qarşılıqlı güzəştlərini şərtləndirir.
Lakin ABŞ-ın səylərinin indiki mərhələ üçün uğurlu olduğunu söyləmək olmaz. Lakin sülh danışıqlarının indi kritik mərhələyə yaxınlaşdığı bir vaxtda bunu böyük uğursuzluq kimi də şişirtmək olmaz.
Əsas məsələ budur: Rusiya və Ukrayna müharibənin bitməsi üçün şərtlərində əhəmiyyətli dəyişikliklər etməyib.
Üstəlik Rusiya ilə yanaşı, Avropa Birliyi və Ukrayna ABŞ-nin sülhməramlı etimadnaməsinə ehtiyatlı yanaşır ki, bu da geosiyasi ziddiyyətləri dərinləşdirir.
Rusiya ilə ABŞ-ın mövqe uzlaşdırılmasında təbii ki, irəliləyişlər əldə edilib, lakin tərəflər tələyə düşmək risklərindən dolayı dəqiqləşmiş formula yaxınlaşmayıblar.
Sülh prosesinin ləngiməsi isə müharibə qaydalarını dəyişdirmir, lakin Rusiya qoşunlarını komplektləşdirdikcə, hərbi sənayesini inkişaf etdirdikcə, Ukrayna daha çox canlı qüvvə çatışmazlığından və silah-sursat qıtlığından əziyyət çəkir.
ABŞ-ın hərbi yardımlara məhdudiyyətlər tətbiq etməsi də prosesləri Ukraynanın zərərinə işlədir. Rusiya Prezidenti Vladimir Putin bunu Moskvanın Kiyev üzərində maksimalist mövqeyinin təmini baxımından əlverişli şərait kimi qiymətləndirir.
Amma Rusiya qoşunlarının Ukrayna ərazilərindəki irəliləyiş tempi aşağı səviyyədədir. Bu, Kremli hərbi-strateji üstünlüklərini qorumaq baxımından çətinliklərlə üzləşdirir.
Hərçənd ki, Ukraynanın da Rusiyanın müdafiə çoxqatlı müdafiə istehkamlarını yarmaq üçün potensialı yoxdur. Beləliklə, ABŞ-ın hazırkı sülh təşəbbüsləri müharibənin sadəcə olaraq donmuş ərazi münaqişəsinə keçidinə nail olmaqdır.
Əgər ABŞ zəif düşmüş Ukraynanı sülh və atəşkəsə inandırsa, bu zaman Ukrayna ərazilərində Rusiyanın nəzarət zonasının qalıcılığı və daimiliyi baş tutacaq. Yəni Ukrayna döyüşü dayandırsa, daha əvvəlki Ukrayna olmayacaq.