
Heç nə almadan sülh olmaz!
Məğlub olmuş ölkənin başçısı Qalib baş komandandan mədət diləyir
Məğlub olmuş ölkənin başçısı Qalib baş komandandan mədət diləyir
Diplomatik balans və strateji perspektivlər
Dilin və düşüncəsinin kasıblığı xalqın davranışlarına sirayət edir
Hikmət Hacıyevin iki paytaxt xətti üzrə səfər trafiki də bundan qaynaqlanırdı
ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə keçirilən beynəlxalq forum
İlham Əliyev: “Biz Ermənistanın regiondan kənar güclərlə hərbi-siyasi ittifaqına imkan verməyəcəyik”
Pezeşkianın terrorçuları cəzalandırmağa gücü çatacaqmı?
Prezident Ağ Evdə Bakıya qarşı qurulan planı ifşa etdi
Pezeşkianın Azərbaycana səfərinin tarixi açıqlandı
Prezidentin köməkçisi Hikmət Hacıyevin üzərinə böyük məsuliyyət düşür
Prezident İlham Əliyev Bakıdan Gürcüstana dəstəyini elan etdi
Terror baş tutsaydı, Azərbaycan-İsrail və Azərbaycan-Gürcüstan münasibətlərinə zərbə dəyəcəkdi
“Wellington House” və “erməni soyqırımı” ideyasının yaradılması hekayəsi
... Yaxud bildiyimiz həqiqətlərin daha bir təsdiqi...
Bütün yollar İrəvan və Moskvaya aparır...
Zəngəzur dəhlizi qərbi azərbaycanlıların geri dönüşünə bağlanan qapını aralayır
Aprelin 9-da ADA Universitetində Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib.
Prezident İlham Əliyevin forumdakı çıxışı qlobal güclər arasında yeni dünya nizamı uğrunda gedən mübarizəyə Azərbaycanın strateji baxışını ortaya qoyur.
İlham Əliyevin tezisləri və mövqeləri təkcə Cənubi Qafqaz üçün deyil, Avropa və Yaxın Şərqin təhlükəsizlik arxitekturası üçün proqnozları və mümkün nəticələrə yanaşmanı sərgiləyir.
Cənubi Qafqazdakı dinamika
Prezident İlham Əliyev Cənubi Qafqaz kontekstindəki proseslərin inkişafı və dinamikasının Ermənistanın Azərbaycanla sülh gündəmində nə qədər səmimi davranma indikatorundan asılı olduğunu qeyd edib. Yəni regionunun gələcəyi daha çox Ermənistanın hansı mövqedə dayanmasından asılıdır və baş verə biləcək hadisələrə görə məsuliyyət trayektoriyası Ermənistanın üzərində ciddi şübhələr yaradır.
Rusiya-Ukrayna müharibəsinin konteksti də Avropa ilə bərabər postsovet məkanını da əhatə edir və bunun müşayiətində Rusiya-Ermənistan münasibətləri xüsusilə maraq doğurur. Ermənistan Qərb siyasi sisteminin bir parçası olmağı hədəflədikcə və Rusiyanın oriyentasiyasından çıxmağa çalışdıqca, Cənubi Qafqazda geosiyasi ziddiyyətlər dərinləşir. Əlavə geosiyasi yüklər Ermənistan üzərindən regional gərginliklər yaradır və bunun fonunda İrəvanın hansı meyarlarla sülh gündəliyinə sadiqlik göstərəcəyi suallar doğurur. Prezident İlham Əliyev bunun istiqamətlərini aşağıdakı üç mühüm tezislə gündəmə gətirdi:
– Sülh sazişi ilə əlaqədar Azərbaycan tələb və şərtlərini Ermənistana çatdırıb və indi top İrəvan tərəfdədir,
– Bəzi qüvvələr Cənubi Qafqazda ayırıcı xətlər yaratmağa çalışır. Prezident bununla Ermənistanın silahlandırılmasına, Avropa İttifaqı missiyasının Ermənistandakı fəaliyyətinə, Fransa və Hindistanın canfəşanlıqla nümayiş etdirdiyi geosiyasi qisasçılıq kursuna diqqət çəkir.
– ABŞ-nin Donald Tramp administrasiyası zamanında Azərbaycanla əlaqələrdə mühüm tərəfdaşlıq qurması üçün unikal fürsət yaranıb. Bu, strateji tərəfdaşlıq statusuna yüksələ bilər və Azərbaycan-ABŞ əlaqələri Donald Trampın prezident seçilməsinin Ermənistanda yaratdığı məyusluqlar və narahatlıqlar fonunda əhəmiyyətlidir.
Yaxın Şərq konteksti
Yaxın Şərqdə proseslər Suriyada Bəşər Əsədin devrilməsinin nəticələri ilə uyğunlaşdırılır. Suriyada sabit və dayanıqlı idarəçilik əldə edilənə qədər Yaxın Şərqin təsir dairələrinə necə bölünəcəyi geosiyasi rəqabət rejimini ağırlaşdırır. Üstəlik, ABŞ-İran gərginliyinin müharibə hədələri ilə müşayiət olunması Yaxın Şərq üçün uzunmüddətli problemlərin qalacağını vəd edir. Bunların paralelində Türkiyə və İsrailin Suriyada strateji nüfuz uğrunda mübarizə aparması hərbi, iqtisadi amibsiyalar üzərində gərginlikləri artırır.
Azərbaycan üçün Türkiyə strateji müttəfiq, İsrail isə mühüm tərəfdaşdır. Bu baxımdan Azərbaycan Türkiyə-İsrail gərginliyinin aradan qalxmasında maraqlıdır və ziddiyyətlər əvəzinə əlaqələrin konstruktivləşməsinə maraq göstərir.
Prezident İlham Əliyev həmin məsələlərlə bağlı ADA-dakı tədbirdə çıxışında deyib:
Azərbaycan Türkiyə və İsrail arasında hər hansı anlaşılmazlıqdan qaçmaq və potensial toqquşmaların qarşısını almaq üçün münaqişənin aradan qaldırılması xəttinin yaradılması ilə bağlı danışıqlarda maraqlıdır.
Azərbaycanın məqsədləri gələcək üçün əmin-amanlıq prinsiplərinə söykənir və Suriyada təsir bölgüsünün, təhlükəsizlik tənzimləmələrinin qarşılıqlı maraqlar əsasında qurulacağına inamı ifadə edir. Bu inam Azərbaycanın Suriyada yeni qurulan hökuməti dəstəkləməsi mövqeyinə əsaslanır.
Rusiya-Ukrayna müharibəsi
Prezident İlham Əliyev çıxışında bildirib ki, Azərbaycan Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir. Bu, Azərbaycanın prinsipial mövqeyidir, lakin qlobal mübarizə taktikalarındakı üsul dəyişiklikləri Ukrayna ilə bağlı böhranı da dərinləşdirir. Avropa İttifaqı təhlükəsizliyindən dolayı stress altına düşür, ABŞ-Rusiya danışıqlarının təqdim edilən razılaşma sənədi Ukraynanı qane etmir.
Eyni zamanda ümumilikdə Rusiya, ABŞ və Çin yeni mübarizə strategiyaları izləməklə əməkdaşlıqla rəqabətin çərçivələrini müəyyən edirlər. Bunların fonunda isə bir sual yaranır: Ukraynanın taleyi necə olacaq və onu kim xilas edəcək? Azərbaycan regional təhlükəsizliyi sabitləşdirmək üçün əhəmiyyətli diplomatik səylərə malikdir, lakin Bakı dünya nizamının tənəzzülünün güclü siqnallar yaradacağını da hesablayır. Buna görə də Azərbaycan qlobal və regional qeyri-müəyyənliklər səbəbindən müdafiə qabiliyyətini gücləndirmək üzərində daha çox işləyir.
Ukraynadakı müharibənin ədalətli həlli ilə əlaqədar sülh perspektivi üfüqdə görünmür və Azərbaycan ABŞ-Rusiya dialoqunu daha çox qlobal nüfuz bölgüsünə yeni münasibətin ölçüsü kimi qiymətləndirir.
Bu isə Ukrayna üzərində atəşkəs və sülh razılaşması ilə əlaqədar problemli mənzərə yaradır, çünki danışıqlarda Kiyevin mövqeyi böyük bir ölçüdə nəzərə alınmır. ABŞ-Rusiya münasibətlərinin istiləşməsi, ABŞ ilə Çin arasında gərgin münasibətlərin dinamikası yaxın perspektiv üçün fərqli strateji rəqabət meydanı yaradır.
Prezident İlham Əliyevin Ukrayna böhranı ilə bağlı yanaşması qlobal və regional təhlükəsizliyin yenidən qurulması ilə əlaqədar proqnozları və təhlilləri özündə ehtiva edir. Bu, qlobal mənada iki aspekt üzərindən də təhlilə ehtiyac yaradır:
– Transatlantik məkanda baş verən geosiyasi gərginliklər, Çinin strateji fəallıqlarını gücləndirməsi,
– Donald Trampın ikinci administrasiyası dövründə Ukrayna ilə əlaqədar çalarlar, çox güman ki, Avropa və Hind-Sakit okean regionunda qeyri-müəyyənliyi gücləndirir və proseslər zəncirvari şəkildə əlaqələnir.
Azərbaycan özünü beynəlxalq gərginlik və yüksək eskalasiya risklərindən kənarda tutmaq üçün davamlı strateji inkişafa yönəlir və aparıcı geoiqtisadi mərkəz kimi cəlbedicilik xüsusiyyətləri qazanır. Azərbaycan-Ermənistan münasibətlərinin gələcəyi həmin istiqamətlərə əlavə dəyər qata biləcək gücdədir.
Azərbaycan maksimum şəkildə Ermənistanla münasibətlərdə müharibənin geri qayıtmamasını təmin etmək üçün genişmiqyaslı sülh və diplomatik fəallıq nümayiş etdirir. Ermənistanın konstitusiyasını dəyişdirməsi Prezident İlham Əliyevin gündəmində sülh gündəliyinin uğurlu inkişafı üçün prioritet təşkil edir.
Əgər Ermənistan konstitusiyasını Azərbaycanın tələb və şərtləri əsasında dəyişsə, bu, Bakının İrəvan üzərində yüksək səviyyəli institusional təsirini yaradacaq. Bu, dayanıqlı sülh və təhlükəsizlik üçün vacib elementdir, hərçənd ki, Ermənistan regionda geosiyasi ayırıcı xətlər yaratmağı hədəfləyən qüvvələrin poliqonuna çevrilib.
Yüksək, intensiv diplomatik-siyasi səyləri, həmçinin Ermənistan və onun havadarlarının buna maneələr yaratmaq cəhdlərinə baxmayaraq, Azərbaycan Zəngəzur dəhlizinin açılmasından tutmuş Qərbi Azərbaycanlıların geri dönüşünə qədər geniş paketi icra edəcək gücü və potensialı toplayıb. Beləliklə, zaman Ermənistanın əleyhinə, Azərbaycanın lehinə işləyir.