Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
19:26 | 23 iyun 2025 | Bazar ertəsi
Məqaləyə 373 dəfə baxılıb
Şriftin ölçüsü
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Rusiya trilyon dollardan çox itki verib
Trampdan Netanyahuya xəbərdarlıq
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
Kremlə gözlənilməz zərbə
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Donald Tramp hakimiyyətə ikinci dəfə qayıdışından sonra Rusiya-Ukrayna müharibəsinin Yaxın Şərq konteksti ilə tutuşdurulması məsələsinə baxmaq lazımdır.
Səudiyyə Ərəbistanında keçirilən Rusiya-ABŞ danışıqlarında ABŞ Prezidentinin Yaxın Şərq üzrə elçisi Stiv Vitkofun iştirak etməsi xüsusilə fərqli bir təəssürat yaradırdı.
Ardınca isə cənab Vitkoff Rusiyaya səfər etdi. Bunlar, Rusiya ilə ABŞ-ın Ukraynadakı müharibənin taleyini Yaxın Şərqdəki perspektiv nəticələrə bağlamaq cəhdləri idi.
Rusiya ilə ABŞ-ın Yaxın Şərqdə sövdələşməyə maraqlı olduğu görünsə də, bunun gələcəyi şübhəli görünür.
Bu, ehtimalla geosiyasi nəticələrin İsrail-İran müharibəsi fonunda bölüşdürülə bilməməsi ilə əlaqədar şəkildə inkişaf edəcək.
Yəni, Rusiya ABŞ-a Yaxın Şərqdə güzəşt arenası tanımaqla, Vaşinqtondan Ukrayna üzərindən dəstək əlini çəkməsi şərtini irəli sürə bilərdi. Hazırda İranda baş verən hadisələrə bunun arxa fon nəticələri kimi də baxmaq mümkündür.
Hərçənd ki, Rusiya İrana qarşı İsrail və ABŞ-ın hərbi hücumlarını qınayan, pisləyən bəyanatlara üstünlük verir. Lakin Rusiyanın ABŞ-a qarşı İrana hücum nisbətində təhdidləri üstüörtülüdür. Görünür ki, Rusiya bu vasitə ilə ABŞ-dən Ukrayna üzrə kompromis variantlar istəyir.
Əslində Rusiya İran üzrə eskalasiyanın idarəolunacaq səviyyədə qalmasını istəyir. Onun sözlərinə görə, İranın münaqişə davam etdiyi zamanda Hörmüz boğazını bağlaması ehtimalının yüksəlməsi Rusiyaya sərf edir.
Rusiya Qərbin sanksiyaları altındadır. İndi ona Ukraynada hərbi əməliyyatları davam etdirmək üçün maliyyə motivasiyaları lazımdır. İran Hörmüz boğazını bağlamaq barədə yekun qərar versə, bu, qlobal neft qiymətlərində əhəmiyyətli artıma səbəb olacaq. Bu, Rusiyanın enerji resurslarından əldə etdiyi gəlirlərində artıma yarda bilər. Hörmüz boğazı bağlansa, bu, Rusiyanın Ukraynaya qarşı müharibəsini ortamüddətli perspektivdə maliyyələşdirməyə davam edən bir faktor ola bilər.