Tramp Si görüşündə qalmaqallı olaylar
Ağ Evin əməkdaşını yerə yıxıb başını yardılar, jurnalistləri tualetə buraxmadılar
11:59 | 8 sentyabr 2025 | Bazar ertəsi
Məqaləyə 434 dəfə baxılıb
Şriftin ölçüsü
Ağ Evin əməkdaşını yerə yıxıb başını yardılar, jurnalistləri tualetə buraxmadılar
Qara qızıl təchizat problemləri ilə bağlı narahatlıqları fonunda həftəni artımla başa vurmağa hazırlaşır
İllərdir davam edən danışıqlar nəticə verdi
Çin Baş naziri Donald Trampı müşayiət edən amerikalı iş adamları ilə görüşdü
“Yox” demirlər, amma nəticə də yoxdur
ABŞ–Çin münasibətlərində “yeni səhifə” mesajları
ABŞ müdafiə naziri Polşaya planlaşdırılan zirehli briqadanın göndərilməsini ləğv etdi
Çin-ABŞ münasibətləri “qaçılmaz müharibə”dir yoxsa, “idarə olunmalı rəqabət”?
ABŞ prezidenti Çin səfərinə aparıcı şirkətlərinin rəhbərləri də qatılıb
Qoyduğu sərhəddən kənardakıları yoxlayan ABŞ gəmiyə toxunmayıb
Pekində dünyanın taleyini dəyişə biləcək razılaşma mümkündürmü?
Tramp: “İstənilən halda buna nail olacağıq”
Çin ixracatı Süni intellekt tələbi ilə sürətlə artır
Hörmüz gərginliyi davam edərkən diqqətçəkən hərəkətlilik yaşandı
ABŞ-nin sərtləşən mövqeyi əsnasında diplomatik proses gərginləşib
Vergi güzəştləri üçün əlavə mənbə var
ABŞ Prezidenti Donald Trampla Çin Sədri Si Cinpin arasında çoxdan gözlənilən sammit formalaşmaq üzrədir.
ABŞ və Çin liderlərinin görüşü yaranmış qlobal fürsətlərin dəyərləndirilməsi, risklərin hərbi eskalasiya səviyyəsinə çatmaması üçün əməkdaşlıq çərçivələrini müəyyən edəcək. Əməkdaşlıq və sövdələşmələrin kənarında qalan sahələr isə ABŞ-Çin rəqabətinin strateji tərəflərini yenidən şəkilləndirəcək.
Yəni razılıqların xaricində, ABŞ ilə Çin bir-birinə əhəmiyyətli strateji zərər vurmaq qabiliyyətlərini prioritetləşdirməyə davam edəcəklər.
ABŞ ehtimalla Rusiya əleyhinə rəqabət oxunu Çini proseslərə qoşmaqla dizayn etməyə çalışacaq.
Çin isə bunun müqabilində ABŞ-ın Tayvandan əlini çəkməsi üçün mövqelərini təkrarlayacaq. Çin qarşıdakı illərdə ABŞ-ın strateji cəhətdən ən müdafiəsiz vəziyyətə düşə biləcəyini ehtimal edir. Bu, Tayvana kritik müdaxilə anını formalaşdıran təsəvvürləri Çinin nəzərində gücləndirir.
Ona görə də, Rusiyanın Ukraynaya təzyiqini gücləndirməsi, bununla Moskvanın ABŞ-ı yorması Çinə sərfəlidir.
Vaşinqton da öz növbəsində Pekinə təzyiq göstərməyə çalışır ki, ki, Ukrayna və Rusiya arasındakı “nizamlayıcı” xüsusiyyətlərini Ağ Evin çərçivələrində açıq bəyan etsin.
Çinin Ukraynaya qarşı Rusiyaya silah tədarükü barədə məlumatlar bu məsələni Ağ Evin narahatlıqları baxımından daha da aydınlaşdırır. Bununla belə, Rusiya Çin üçün həqiqi strateji müttəfiq deyil və Pekin bir gecədə Moskvanın hərətərəfli xeyri üçün ABŞ ilə artan düşmənçilik mövqeyini seçməyəcək.
Buradan Çinin strateji tablosu daha geniş açılır: Pekin uzunmüddətli rəqabətdə ABŞ ilə Rusiyaya öz strateji maraqlarını təmin edən kart vasitə baxır. Buna görə də, Donald Trampla Si Cinpinin çətinliklə baş tuta biləcək sövdələşmələrinin xarakteri mürəkkəb olacaq, ortaya xeyli suallar çıxaracaq.
ABŞ Tayvanı güzəştə gedəcəkmi?
Donald Tramp administrasiyası Si Cinpinlə sammit ərəfəsində Tayvanla əlaqədar dil və siyasətində dəyişiklik etməyə çalışır. Ağ Evin ABŞ-Tayvan müdafiə görüşünü ləğv etmək barədə qərarı bu cəhətdən Çinə jest kimi şərh edilə bilər. Çin bundan sonra gümanla Vaşinqtondan daha bir gözləntisini ifadə edəcək.
Daha dəqiq desək, Pekin ABŞ-ın “Bir Çin” siyasətindəki lüğətin daha güclü bir ifadə ilə əvəzlənməsinə çalışır. Çin, “ABŞ Tayvanın müstəqilliyinə qarşı çıxır” kimi ifadəni Ağ Evin gündəminə gətirmək niyyətindədir. Lakin Vaşinqtonun Tayvan siyasətində praktiki şəkildə strateji güzəştə gedə biləcəyinə dair istənilən siqnal Pekinin təzyiqlərini gücləndirə və ABŞ-ın regiondakı maraqlarını sarsıda bilər. Buna görə də, Vaşinqtonun Tayvanı Çinin ayağına verməsi ehtimalı güclü görünmür.
Bununla belə, Çinin Tayvanla bağlı bütün vəzifələrini icra etməsi silahlı vasitələrlə reallaşa bilər. ABŞ isə zəiflədiyini hiss edən kimi, Hindistanı Çinə qarşı geosiyasi qarşıdurma mənbəyi kimi böyütməyə davam edəcək və qarşıdakı illərdə ehtimalla Pakistanla Hindistanın idarəedilən eskalasiyası görünəcək.
Cənubi Qafqaz
Çinlə ABŞ qlobal rəqabətlərinin bir hissəsi kimi Cənubi Qafqazı əməkdaşlıq modeli kimi təsvir edə bilərlər. Azərbaycan Prezidenti İlham Əliyevin Zəngəzur dəhlizini bütün tərəflərə sərf edən layihə kimi qiymətləndirməsi heç şübhəsiz ki, ABŞ ilə Çinin regiondakı maraqlarının dairəsi baxımından məna kəsb edir. Yəni Azərbaycan ABŞ ilə Çinin Cənubi Qafqaz rəqabətinə strateji nizam-intizam gətirən baxışı ifadə etməklə onları əməkdaşlığa səsləyir.
Bu, Zəngəzur dəhlizinə nisbətdə ABŞ və Çin münasibətlərindəki əməkdaşlığın gələcəyinə işarə edir. İlham Əliyevin Tayvana münasibətdə Çini müdafiə edərkən yalnız Azərbaycanın maraqlarına əsaslanması və bunu ABŞ-ın strateji çərçivələrinə qarşı etməməsi də diqqət çəkir.
Bu, ABŞ-ın və Çinin Zəngəzur dəhlizindəki əməkdaşlıq imkanlarını Azərbaycanın yanaşmaları ilə nəzərdən keçirməsini şərtləndirir. Üstəlik, Azərbaycan Çinin Tayvana mümkün müdaxiləsindən sonra Cənubi Qafqazda başlana biləcək prosesləri idarə etmək üçün mexanizmləri Zəngəzur dəhlizi vasitəsilə işə salır.