İran yenə hədələdi
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
10:41 | 9 iyul 2025 | Çərşənbə
Məqaləyə 599 dəfə baxılıb
Şriftin ölçüsü
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
Trampdan Netanyahuya xəbərdarlıq
Şiraz hava limanında uçuşlar dayandırıldı
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
İran mediası ABŞ ilə gözlənilən sazişi təkzib etdi
Hörmüz boğazı ilə bağlı xüsusi maddə var
Hörmüz boğazında gərginlik yenidən artır
Qiymətlər sürətlə bahalaşır
İranda ali rəhbər Seyid Əli Xameneyinin varisliyi ilə əlaqədar müzakirələr sürətlənir və namizədlər ətrafında formalaşan qütbləşmə siyasi qrupları mövqe tutmağa məcbur edir.
Bundan əvvəl, İsraillə İranın müharibəsinin davam etdiyi zamanda Xameneyinin ali rəhbər üçün 3 namizəd irəli sürdüyü bildirilirdi, lakin məlumata görə, həmin 3 şəxsin içərisində Xameneyinin oğlu Müctəba yox idi.
Ancaq bu informasiya Seyid Əli Xameneyinin ətrafındakı mühafizəkar dairələrin bilərəkdən ortaya atdığı yem kimi diqqət çəkə bilər.
Çünki Müctəba Xameneyinin SEPAH-la əlaqələri onun ali rəhbər olmasına yaşıl işıq yandıra bilər. Burada isə daha bir dilemma ilə üzləşmə baş verir:
– SEPAH daxili cəbhədə Müctəba ilə bağlı konsensus yoxdur və ehtimalla bu, SEPAH-da ata-oğul varisliyi formatındakı transformasiyaya qarşı qüvvələri fəallaşdırır.
– SEPAH-dakı anti-Müctəba qüvvələr sərmayəni başqa düşərgələrə, o cümlədən mötədil qruplara qoyurlar.
Ruhani İran İslam İnqilabının lideri Ruhullah Xomeyninin nəvəsi Həsən Xomeyninin varis olmasına can ataraq yenilənən sistemdə mövqelənməyə çalışır.
Keçmiş prezident Mahmud Əhmədinejad digər qüvvələrlə birlikdə əvvəllər Vilayəti-Fəqihi tənqid edən yüksək rütbəli ruhani Cavad Ələvi Borucerdi, sərt xətt tərəfdarları isə Qərb əleyhdarı olan Məhəmməd Mehdi Mirbaqeriyə tərəfdardırlar.
Bu xəttin inkişafı onu göstərir ki, Müctəba Xameneyinin ofsaydda qalması üzərində fokuslanma prosesi davam edir.
Qeyd edim ki, hər səkkiz ildən bir milli səsvermədə seçilən 88 din xadimindən ibarət Ekspertlər Məclisi İranın yüksək səviyyəli qərar qəbul edən şəxsinin fəaliyyətinə nəzarət etmək və onun varisini təyin etmək vəzifəsini daşıyır. İran dövlətinin digər komponentləri kimi, bu orqan da yüksək dərəcədə institusionallaşdırılıb və konsensusla fəaliyyət göstərmək üçün nəzərdə tutulub.
Yəqin ki, Məclisdə də Müctəba ilə bağlı konsensus yoxdur.
Göründüyü kimi, İsraillə İranın müharibəsindən sonra İran daxilində rejimin trayektoriyası yenidən qiymətləndirilir.
Siyasi qüvvələr perspektiv təsir alətləri qazanmaq üçün özlərindən daha böyük olan güc bazaları ilə sövdələşməyə və işləməyə çalışırlar.