İran yenə hədələdi
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
16:56 | 24 sentyabr 2025 | Çərşənbə
Məqaləyə 642 dəfə baxılıb
Şriftin ölçüsü
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
Trampdan Netanyahuya xəbərdarlıq
Şiraz hava limanında uçuşlar dayandırıldı
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
İsrailin Livandakı əməliyyatları genişləndirməsi qara qızıla təsir etdi
Oman körfəzində gərginlik
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
İran mediası ABŞ ilə gözlənilən sazişi təkzib etdi
Hörmüz boğazı ilə bağlı xüsusi maddə var
Böyük Britaniya şirkəti Azərbaycanda yeni nəhəng qaz layihəsinə rəhbərlik etməyə hazırlaşır
İranın neft naziri Möhsün Paknejad bildirib ki, Birləşmiş Millətlər Təşkilatı (BMT) tərəfindən tətbiq oluna biləcək yeni sanksiyalar ölkəsinin Çinə neft satışına təsir etməyəcək. Nazir qeyd edib ki, İran hazırda onsuz da ağır sanksiyalarla üz-üzədir və əlavə tədbirlər praktik baxımdan mühüm dəyişiklik yaratmayacaq.
BMT sanksiyalarının bərpa olunması ehtimalı İran ilə 3 Avropa ölkəsi (“E3” – Fransa, Böyük Britaniya, Almaniya) arasındakı nüvə mübahisələri fonunda yenidən gündəmə gəlib. Avropa ölkələri İranın nüvə fəaliyyətlərində şəffaflıq tələb edir, ən həssas obyektlərə BMT müfəttişlərinin girişinin bərpasını və zənginləşdirilmiş uran ehtiyatlarının məhdudlaşdırılmasını istəyirlər.
“E3” ölkələri sentyabrın 27-də qüvvəyə minə biləcək “snapback” mexanizmini işə salaraq, BMT sanksiyalarının bərpası prosesinə başlayıb. Bu mexanizm İranın nüvə razılaşmasına əməl etmədiyi əsas gətirilərək sanksiyaların avtomatik qaydada əvvəlki formaya qayıtmasını nəzərdə tutur.
Tehran isə bu təşəbbüsü təzyiq vasitəsi kimi qiymətləndirir. Paknejad deyib ki, ABŞ-ın birtərəfli sanksiyaları neft satışını onsuz da əhəmiyyətli dərəcədə məhdudlaşdırır, buna görə də yeni BMT sanksiyaları əlavə yük yaratmayacaq.
Beynəlxalq məlumat və təhlil şirkəti “Kpler”in 2024-cü il göstəricilərinə əsasən, İranın neft ixracının təxminən 80%-i Çinə yönəlir. Bu, Çinin Tehran üçün ən mühüm enerji bazarı olduğunu təsdiqləyir.
Paknejad vurğulayıb ki, İran ilə Çin arasında enerji əməkdaşlığı güclü şəkildə davam edir və iki ölkə arasındakı iqtisadi münasibətlər qlobal sanksiyalardan təsirlənməyəcək. O əlavə edib ki, Tehran son illərdə Çinə neft ixracını artırmaqla mövcud sanksiyalara qarşı balans yaratmağa çalışır.