Avropadan güclü gediş
Budapeşt görüşü sual altında
16:44 | 24 sentyabr 2025 | Çərşənbə
Məqaləyə 482 dəfə baxılıb
Şriftin ölçüsü
Budapeşt görüşü sual altında
Trampa etiraz edənlər niyə heyvan paltarları geyinir?
Yeni bal zalı inşa edilir
Tramp administrasiyası ilə mübarizəyə hazırlaşan Aleksandr Sorosun həyat yoldaşı “Müsəlman qardaşları” ilə əlaqədə günahlandırılıb
Çarli Kirk sui-qəsdi dini oyanışa səbəb olub
Trampdan Kolumbiya prezidentinə ağır ittiham
Trampın Çindən tələbləri
Günahkar iqlim dəyişikliyidir?
Donald Tramp: “Əgər gömrük vergilərimiz olmasaydı, ...”
Dövlət Departamenti mühafizəkar fəalın ölümünə sevinən 6 nəfərin vizasını ləğv etdi
Tramp ticarət gərginliyi fonunda Çin barədə açıqlamalar verdi
Qədim qızıldərili mifologiyası gündəmdə
Tramp və Makron arasında gərgin dialoq iddiası: “İki lider mübahisə etdi”
Statistika məlumatlar təxirə salındı, FED hansı addımı atacaq?
ABŞ hökumətinin bağlanması iqtisadiyyata və kredit reytinqinə təsir edə bilər
Federal işçilərin işdən çıxarılmasına başlanacaq
ABŞ Prezidenti Donald Tramp və cinsi cinayətlərə görə məhkum edilmiş Cefri Epşteynin əl-ələ tutduğu heykəl Vaşinqtondakı “National Mall” parkında nümayiş etdirilir.
“Best Friends Forever” (“Daima ən yaxşı dostlar”) adlı pop-up instalyasiya bazar gününə qədər Milli Park Xidmətinin verdiyi icazə ilə parkın ərazisində qalacaq. Heykəlin altındakı lövhədə isə belə yazılıb: “Prezident Donald J. Tramp ilə onun “ən yaxın dostu” Ceffri Epşteyn arasındakı uzunmüddətli bağı qeyd edirik”.
Əsərin müəllifi məlum deyil. Lakin bu iş Vaşinqtonda Trampı tənqid edən bir sıra anonim instalyasiyaların davamı sayılır. Onların arasında “Diktator təsdiqləyib” başlıqlı, Azadlıq heykəlinin tacını əzən qızılı baş barmaq təsviri olan kompozisiya da olub.
Ağ Ev sözçüsü Ebiqeyl Cekson heykəllə bağlı açıqlamasında deyib: “Liberallar pullarını istədikləri kimi xərcləməkdə azaddırlar”. O əlavə edib ki, Trampın Epşteyni tanıması yeni xəbər deyil: “Donald Tramp onu sürünən biri olduğu üçün klubundan qovmuşdu”.
Bu ayın əvvəlində Nümayəndələr Palatasının Nəzarət Komitəsindəki Demokratlar Epşteynə göndərildiyi və Tramp tərəfindən imzalandığı iddia edilən intim məzmunlu bir məktub yayıblar. Məktub 2003-cü ildə Epşteyn üçün hazırlanmış 50 illik yubiley albomunun bir hissəsi kimi təqdim olunmuşdu. Tramp isə məktubu və onu əhatə edən qadın bədəninin təsvirlərini onun yazmadığını bildirib.
Tramp administrasiyası hökumətin Epşteynə qarşı insan alveri istintaqı barədə daha çox məlumat açıqlaması tələbləri ilə üzləşməkdə davam edir, lakin hələlik bu çağırışlara cavab verməkdən imtina edib.
Bu ayın əvvəlində Trampın Böyük Britaniyaya ikinci dövlət səfəri öncəsi etirazçılar Vindzor qalasının hədiyyə mağazasına Tramp və Epşteynin yer aldığı saxta məhsullar yerləşdiriblər. Həmçinin sarayın yaxınlığında ikilinin birlikdə çəkilmiş 400 kvadratmetrlik nəhəng fotosunu açaraq qalaya onların görüntülərini proyeksiya ediblər.