
Kreml SOCAR-ı hədəf alıb
Moskva Bakı-Kiyev əməkdaşlığından narahatdır
Moskva Bakı-Kiyev əməkdaşlığından narahatdır
Azərbaycanla Ermənistan arasında müqavilə ABŞ-da imzalana bilər
Bakı regional və qlobal sülh üçün yeni mərkəzdir
Prezident İlham Əliyevin aforizmə çevrilən ifadəsi – ...
Sənəddə erməni xalqının günahı mütləq qeyd olunmalıdır...
47 km-lik yol uğrunda davada qazanan Azərbaycandır
SEPAH-dan Bakı-İrəvan razılaşmasına qarşı mövqe
Pezeşkian “Zəngəzur koridoru” layihəsinə qarşı tənqidləri yumşaldıb
İran Trampın Zəngəzurda planlaşdırdığı dəhlizə mane olmaqla hədələyib
Azərbaycan və Ermənistanın Ağ Evdə imzalanan sülh sazişinin mətni açıqlanıb
Cənubi Qafqazda yaratdığı yeni şəraitdən daha çox töhfə götürmək ən çox ...
ABŞ və Türkiyə Rusiyanı Cənubi Qafqazdan çıxarır
Tarixi faktlar və ideoloji əsaslar
Hafizəmizdən silinməyəcək mənzərə
... Himn boyda adam
... Yaxud “ağır top”un cılız xisləti
Vətən müharibəsindəki Qələbədən və Dağlıq Qarabağın separatçılardan tamamilə təmizlənməsindən sonra xalqımızın və diplomatiyamızın bütün diqqəti Naxçıvanı blokadadan çıxaracaq Zəngəzur dəhlizinə yönəldi. Son bir ildə bölgədə baş verən ciddi proseslər bu məsələyə bir az da təkan verdi.
Azərbaycanın strateji maraqlarının yüksək ifadəsi olan Zəngəzur dəhlizi layihəsi ilə əlaqədar bir neçə tezisi diqqətinizə çatdırıram.
1. Yaxın Şərqdə Türkiyənin maraqlarının genişləndirməsi Ankaranın Cənubi Qafqazdakı əhatə etdiyi təmsilçilik dairəsinin böyüməsinə də şərait yaradır. Bu konteksdə:
– Rusiya və İranın Suriya teatrında qalib çıxan Türkiyə ilə sövdələşmək imkanlarını qiymətləndirməsi Ankaranın Cənubi Qafqazdakı maraqları ilə uzlaşdırıla bilər;
– Xüsusilə Tehranın Suriyadakı məğlubiyyətindən sonra o, Cənubi Qafqazda Türkiyə ilə rəqabətini açıq qarşıdurma riskinə çevirmək imkanlarını itirib;
– İran Azərbaycanın Ermənistanın cənubundakı Zəngəzura qəfil hücumundan narahatlığını davam etdirsə də, bu, faktiki olaraq Tehranın Qafqazdakı rolunun marginallaşması fonunda şərh oluna bilər.
2. Zəngəzur dəhlizi reallaşsa, İranın Avropaya və Rusiyaya tranzit marşrutları Azərbaycan-Türkiyə strateji müttəfiqliyinin xoş niyyətindən asılı vəziyyətdə qalacaq. Bakı-Tehran xəttindəki son müsbət dinamikalar nəzərə alınmaqla demək olar ki:
– İran Zəngəzur dəhlizi kontekstindən özünə perspektiv üçün etibarlı iqtisadi-ticari şəbəkə axtarır;
– Azərbaycan da İranla iqtisadi-ticari əlaqələri yüksəltməyi (Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi fonunda) qarşıya hədəf qoyur. Azərbaycanın məqsədi regional əməkdaşlığı stimullaşdırmaq, İranın ambisiyalarını, onun Fransa, Rusiya ilə sövdələşmək kartlarını neytrallaşdırmaq, Tehrana münasibətdə yaranacaq tendensiyaları geoiqtisadi şəbəkələrin daxilində əritməkdir.
3. Azərbaycan diplomatiyası 2025-ci il başlayandan bu yana, Prezident İlham Əliyevin timsalında Zəngəzur dəhlizi ilə əlaqədar daha iddialı ton götürüb.
İlham Əliyevin ötən ay verdiyi “Zəngəzur dəhlizi açılmalıdır və açılacaqdır. Ermənistan bunu nə qədər tez başa düşsə, bir o qədər yaxşıdır” deməsi həmin fikrin təsdiqidir. Görünür ki:
– Azərbaycan Rusiyanın Ukraynadakı müharibəsi, Donald Trampın ABŞ Prezidenti olması və Türkiyənin regionda qazandığı uğurlardan dolayı yaranan geosiyasi dəyişikliklərdən istifadə edərək öz yanaşmasını yenidən nəzərdən keçirir...