
Mehtər əcdadın şah oğlu?
“Doğma liman” pərdəsi altında gizlənən Türk imperiyası qırıntısı
“Doğma liman” pərdəsi altında gizlənən Türk imperiyası qırıntısı
Məsud Pezeşkianla Ayətullah Xameneyinin fərqi
Pezeşkian türk adlarına qadağa ilə bağlı əmr verdi
İran azərbaycanlı siyasilərin sayının azalmasının səbəbləri
Urmiya gölü – unudulan güzgü, xatırlanan vicdan
Yaponiyanın ayırdığı 7,8 milyon dollar hara xərclənib
Urmiya gölünün xilası üçün Azərbaycan Respublikası və Türkiyədən yardım istəmək lazımdır
Urmiya gölünün tamamilə qurumasının fəsadları
“Ocaq”ın yeni mənası
Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin açıqlaması
Hakimiyyət boşluğu şəraitində Güney Azərbaycan Milli Qurtuluş Hərəkatının əsas vəzifələr
Milli iradəsini ortaya qoyan millət boyunduruq altında yaşamaz
... və İran-Azərbaycan münasibəti haqqında
Qeyri-farsları şəxsiyyətsizləşdirməklə rejimə nökərçilik edənlər
“Azərbaycan, Türkiyə və Güneydəki türklər bir yerdə olsa, bir ovuc fars nə edə bilər?”
Azərbaycan türkcəsi – üç prezidentin ortaq nöqtəsi
Biz bu gün Bütöv Azərbaycan hədəfimizin gerçəkləşməsinə tarixdə heç vaxt olmadığı qədər yaxınıq. Rusiya imperiyası Suriyadan qovulub, Cənubi Qafqazdan qovulmaq üzrədir, Ukrayna “bataqlığ”ında isə çapalayır. İran da “HƏMAS” və “Hizbullah” terror təşkilatları liderlərinin öldürülməsindən, Suriyadan qovulmasından və İsrail tərəfindən bombalanmasından sonra son 100 illik tarixinin ən zəif dövrünü yaşayır.
Ümumən, dünyanın hazırkı geosiyasi reallıqları bu hər iki toksik ölkənin getdikcə daha da zəifləməsinə rəvac verir. Bu isə bizə Güney Azərbaycanımızın bağımsızlığı məsələsini gündəmə gətirməyimizi diktə edir. Bəlkə də tarix bizə Güney Azərbaycanı murdar fars giyenlərinin caynağından xilas etmək üçün bir də heç vaxt bu qədər əlverişli fürsət yaratmayacaq.
Ona görə də 1828-ci ilin bu günü (10 fevralda) çar Rusiyası ilə Qacar (indiki İran) dövlətinin imzaladığı Türkmənçay müqaviləsindən doğan ağır faciənin nəticələrini biz özümüz aradan qaldırmalı, bunun üçün bir an öncə hərəkətə keçməliyik (o taylı soydaşlarımızın ayağa qalxmağını, fars-molla rejiminə üsyan etməsini gözləmədən).
Və biz bu işi kimsənin gəlib bizim əvəzimizdən edəcəyini də düşünməməliyik. Nə ABŞ və İsrailin, nədəki Böyük Britaniyanın bu məsələni bizim əvəzimizdən dünyanın gündəminə daşıyacağını, BMT-də müzakirəyə çıxaracaqlarını gözləməməliyik. Onlar onsuz da bu addımı atmayacaqlar.
Hazırda bölünmüş xalq vəziyyətində olduğumuzu və Güney parçamızda 40 milyon soydaşımızın fəci durumda yaşadığını məhz Azərbaycan Respublikası dünya birliyinin diqqətinə çatdırmalı, iki imperiya arasında parçalanmağımızın dəhşətli nəticələrini ictimailəşdirməlidir. Azərbaycan dövlətinin buna mənəvi haqqı çatır. Hüquqi baxımdan da bununçün tam əsasımız var. Biz parçalanmış xalq statusunda olduğumuzu beynəlxalq hüquqa əsaslanaraq gündəmə gətirməliyik.
P.S. Yeri gəlmişkən, Gülüstan və Türkmənçay müqaviləsini imzalayaraq taleyimizi öz geosiyasi maraqlarına qurban vermiş qanlı imperiyaların heç biri artıq mövcud deyil. Onların imzaladığı Türkmənçay müqaviləsi də, Gülüstan müqaviləsi də artıq çoxdan hüquqi və siyasi qüvvəsini itirib.