Rusiya “Sarmat”ı sınaqdan keçirdi
Qitələrarası ballistik raketi ilin sonunadək arsenala qəbul ediləcək
07:37 | 29 sentyabr 2025 | Bazar ertəsi
Məqaləyə 323 dəfə baxılıb
Şriftin ölçüsü
Qitələrarası ballistik raketi ilin sonunadək arsenala qəbul ediləcək
“Ursa Major”un kimin batırdığı məlum deyil
Ukrayna zərbələrindən sonra NEZ-lər sıradan çıxıb
Yaşayış binasında baş verən güclü yanğın zamanı 300 nəfər təxliyə edilib
Kremlin qarşısındakı hərbi keçidi “qəssab general” Andrey Mordviçev idarə edib
“İzolyasiya” həbsxanasının ən qəddar işçisini ən ağır cəza gözləyir
Avropa ölkələri ABŞ ilə sövdələşməyə hazırlaşır
21 il əvvəl bütün dünya liderlərinin yığışdığı meydanda indi lələ köçüb, yurdu qalıb
Kreml dəhlizlərində çevriliş iddiaları daha bərk səslə danışılır
... Yaxud Kreml üçün qorxulu diaqnoz
Moskva Ukraynadakı xarici səfirliklərə və diplomatik nümayəndəliklərə xəbərdarlıq etdi
Müəmmalı ölümün intihar, yoxsa qətl olması araşdırılır
“The Washington Post”: “Hakimiyyət daxilində müharibəyə münasibət dəyişməyə başlayıb”
Buradan göndərilən təzə tərəvəzlərə üstünlük verilməsi yerli fermerləri iflasa sürükləyir
Ali Məhkəmə il yarım əvvəl verilən hökmü qüvvədə saxladı
İki liderin rusca danışmaması Medvedevi cin atına mindirib
Bu gün Moldovada növbəti parlament seçkiləri keçirildi. Budəfəki seçkilərdə əsas rəqabət hakim “Fəaliyyət və Həmrəylik Partiyası” (PAS) ilə müxalif “Patriot” bloku arasında getdi.
“Patriot” blokunun əsas namizədləri parlamenti ələ keçirmək üçün hər cürə təxribata hazırdırlar. Söhbət blokun aparıcı simaları olan İqor Dodon, Vladimir Voronin və Vasili Tarlev`dən gedir. Hamısı qatı rusiyapərəstdir və bütün təlimatları da birbaşa Kremldən alırlar.
Bu seçkilər Moldova üçün sözün əsl mənasında “ölüm-dirim” məsələsidir. Putin Moldovanı nəyin bahasına olursa-olsun yenidən Rusiyanın təsir dairəsinə qaytarmağa çalışır.
Ukraynanı müharibə yoluyla Rusiyaya tabe etmək cəhdinin əks-effekt verdiyini görən Rusiya lideri, indi keçmiş sovet respublikalarını dinc yolla (parlament və prezident seçkiləri vasitəsilə) Moskvanın nəzarəti altına keçirmək taktikasına üstünlük verməyə başlayıb. Rusiyayönümlü “Gürcü Arzusu” Partiyasının parlament seçilərində “qələbə”sini təmin etməklə Gürcüstanı Qərbdən qoparıb Rusiyanın “qucağ”ına qaytaran Putin, indi də Moldovanı eyni qayda ilə Kremlin “orbit”inə qaytarmağa hazırlaşır. Və Putin bu məkrli planı məhz “Patriot” blokunun əliylə həyata keçirmək istəyir.
Bu mənada sözügedən seçki blokunun aparıcı simalarının seçkilərdən sonra nəticədən asılı olmayaraq etiraz aksiyaları keçirəcəklərini bəyan etmələri heç də təsadüfi deyil.
Moldova polisinin Baş Müfəttişliyinin rəhbəri Viorel Çernəuțanu bildirib ki, bəzi maraq qrupları bu gecədən başlayaraq təxribat və iğtişaşlar törətməyə hazırlaşır: “Bizdə belə məlumatlar var. Qanunsuzluqlara, ictimai asayişin pozulmasına və vətəndaşların təhlükəsizliyinə, eləcə də milli təhlükəsizliyə təhdid yaradacaq hallara yol verilməyəcək”, - deyə o vurğulayıb.
Moldova polisinin bəyanatında seçki günü və ondan sonrakı proseslərdə sabitliyin qorunması üçün bütün tədbirlərin görüləcəyi xüsusi olaraq qeyd olunub.
Lakin bu xəbərdarlığa baxmayaraq Rusiya Moldovada seçkilər üzərindən siyasi xaos yaratmaq üçün hər vasitəyə əl atacaq. Ona görə də Rusiyanın mümkün təxribatlarının qarşısının alınması və parlamentdə rusiyapərəst namizədlərin üstünlük qazanmasına mane olmaq üçün Moldova prezidenti Mayya Sandu ola bilsin ki, seçkilərin nəticələrini etibarsız elan edib nəticələri ləğv edəcək. Proseslərin bu cür kritik ssenari ilə inkişaf etməsi mümkündür. Sandunun belə bir fövqəladə addım atması həqiqətən də Putinin mənhus planlarına mane ola bilər.
Sandu nəyin bahasına olursa-olsun Putinin planına mane olmalıdır. Çünki Moldovada rusiyapərəst qüvvələrin qalib gəlməsi nəinki Moldovanın özünün, həmçinin Ukraynanın da müstəqilliyinə tamamilə son qoya bilər. Rusiyanın Gürcüstandan sonra Moldova və Ukraynada da möhkəmlənməsi eləcə də digər postsovet ölkələrinin də varlığı üçün ciddi təhdidlər yaradacaq.
Lakin ümid edək ki, Ukrayna kimi Moldova da Putin üçün alınmaz qalaya çevriləcək.
P.S. İnqilab və müharibələr vasitəsilə milli hökumətləri devirən və qonşu xalqları əsarət altına Lenin-Stalin “banda”sından fərqli olaraq Putinin Qərbsayağı seçkilər institutundan yararlanaraq postsovet ölkələrini öz nəzarətinə keçirmək və keçmiş SSRİ-ni bərpa etmək planı həqiqətən də olduqca hiyləgərcəsinə düşünülmüş plandır. Ancaq Mayya Sandu da “dəmir ledi” xarakterli, soyuqqanlı və qətiyyətli siyasətçidir. O, Putinin “şayka”sının parlamenti ələ keçirməsinə imkan verməyəcək.