Hasil edilən qazın yarısı ixrac edilib
Mavi yanacaq satdığımız 16 ölkənin 10-u Aİ üzvüdür
18:59 | 10 sentyabr 2025 | Çərşənbə
Məqaləyə 406 dəfə baxılıb
Şriftin ölçüsü
Mavi yanacaq satdığımız 16 ölkənin 10-u Aİ üzvüdür
Azərbaycan dizeli və Rusiya gübrəsi yüklənmişdi
Sərhəd dəyişiklikləri xəritə servislərində görünməyə başladı
5 ay əvvəl Azərbaycandan Türkiyəyə uçarkən qəzaya uğrayan təyyarə ilə bağlı yeni kritik detal
Yaxın Şərqdə risklərin artması fonunda Avropaya gedən neftin bir hissəsinin Asiyaya yönləndirilməsi planlaşdırılır
Ermənistan Baş Prokurorluğu XİN əməkdaşı barədə məhkəmə qərarından narazı qaldı
Siyasi etikadan uzaq insan 86 milyonu təmsil edə bilərmi?
Həbs edilən cinayətkarların əmlakı müsadirə olundu
Bu müharibədə silah məlumat, müdafiə isə milli şüurdur
Bir çox tarixi faciələrdə rusun adını pozub ...
Ermənistan baş naziri ilə mətbuat katibi 24 saat fərqlə bir-birini təkzib etdi
Müstəqillik dövründə ilk dəfə ...
Azərbaycan Ermənistanla ticarət tranzitinə qoyulan məhdudiyyətləri aradan qaldırdı
Qazaxıstanlı musiqiçilər Azərbaycan prezidentinin şərəfinə Müslim Maqomayevin mahnısını ifa etdilər
... Cənubi Qafqazda sabitliyə təhdid
İrqçilik kökünə işləyən Kobaxidzenin islamafobiyadan da əziyyət çəkirmiş
Nikol Paşinyan son açıqlamalarında bildirib ki, Ermənistanda və onun hüdudlarından kənarda Azərbaycanla sülhü pozmaq istəyən qüvvələr var.
“Bəli, sülh bərqərar olub. Lakin həm Ermənistanın özündə, həm də yaxın və uzaq xaricdə sülhü pozmağa, dayandırmağa çalışan qüvvələr var”, – deyə Paşinyan qeyd edib.
Söhbət hansı qüvvələrdən gedir?
Kimdir bu sirli, gizli “qüvvələr” sözünün altında nəzərdə tutulan yaxın və uzaq xaricdəki həmin o qüvvələr?
Maraqlıdır ki, Paşinyan konkret ad çəkməyib.
Lakin o, Ermənistanın daxilindəki qüvvələrin və Ermənistanı kənardan qarışdırmaq istəyən ölkələrin adlarını çəkməsə də, həmin qüvvələr də, həmin ölkələr də bu gün hər kəsə gün kimi bəllidir.
Ermənistanın daxilindəki təxribatçı qüvvələr, araqarışdıranlar ilk növbədə kilsə və rusiyayönümlü revanşist siyasi təşkilatlardır. Sabiq prezidentlər Robert Köçəryan və Serj Sərkisyandan təlimat alan radikal-millətçi qüvvələr də sülhü sabotaj etmək üçün əllərindən gələni edirlər. Həmçinin, həbs müddəti yenidən uzadılan rusiyalı iş adamı Samvel Karapetyanın tərəfdarları da sabitliyi pozmağa cəhd göstərirlər.
Lakin Paşinyan bu qüvvələrin hamısını əhəmiyyətli dərəcədə neytrallaşdıra bilib.
Hazırda yaxın və uzaq xaricdən sülhə əsas təhlükə ilk növbədə Rusiya və İrandan qaynaqlanır.
ABŞ-ın nüfuzlu “The National Interest” nəşrinin qeyd etdiyi kimi avqustun 8-də baş tutan Vaşinqton razılaşmalarından sonra ABŞ regionda əsas vasitəçiyə çevrilib, Rusiya və İran isə prosesdən sıxışdırılıb. Bu da həm Putini, həm də molla rejimini ciddi şəkildə narahat edir.
“Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) adlandırılan Zəngəzur dəhlizi layihəsinin ABŞ-a 99 illik icarəyə verilməsi İranın da, Rusiyanın da bölgə ilə bağlı geosiyasi, geo-iqtisadi planlarını alt-üst edib. Bu razılaşma hər iki ölkənin regiondakı təsirini ciddi şəkildə zəiflədə, ABŞ və Türkiyənin isə bölgədəki mövqelərini möhkəmləndirə bilər. Moskva və Tehranın narahatlığı da ilk növbədə bununla bağlıdır.
Paşinyan “uzaq xaricdəki qüvvələr” deyərkən, həm də Qərb ölkələrindəki, xüsusilə ABŞ-dakı erməni lobbisini nəzərdə tutur. Azərbaycan və Ermənistan arasında sülh prosesinin aktivləşməsi erməni lobbisini də möhkəm narahat edir. Bakı və İrəvan sülh sazişi imzalayarsa, erməni lobbisi əhəmiyyətsiz bir qüvvəyə çevriləcək, nüfuzunu və təsir gücünü tamamilə itirəcək.
Türk düşmənçiliyinə, irqçiliyə əsaslanan, Azərbaycan və Türkiyəni dünya erməniçiliyinin düşməni kimi təqdim edən erməni lobbisi və erməni diaspor təşkilatları sülh sazişindən sonra hədəfsiz, proqramsız, təyinatsız qüvvələrə çevriləcək. Bu perspektiv isə onları qorxudur. Erməni lobbisinin hərəkətə keçməsi və Paşinyana qarşı kampaniya aparması da məhz bu qorxunun nəticəsidir.
Bu mənada Paşinyanın ad çəkmədən barmaq tuşladığı “həm Ermənistanın özündə, həm də yaxın və uzaq xaricdə sülhü pozmağa, dayandırmağa çalışan qüvvələr”in hamısının – kilsənin, radikal müxalifətin, erməni lobbisinin və Moskva ilə Tehranın arqumentlərinin, məqsədlərinin üst-üstə düşməsində təəccüblü heç nə yoxdur.
“Bütün yollar Romaya apardığı” kimi, bu gün bütün toksik qüvvələr də sülhə qarşı birləşiblər. Onlar Ermənistan-Azərbaycan sülh danışıqlarına və Ermənistan-Türkiyə normallaşmasına qarşı açıq şəkildə hərəkətə keçiblər. Başqa sözlə desək, bu qüvvələr sülhün açıq düşmənləridir.
P.S. Böyük təəssüf hissilə qeyd etməliyik ki, indi elə bir dövrdə yaşayırıq ki, artıq şər qüvvələr maskalanmağa ehtiyac duymurlar.