vaxtlı-vaxtında oxuyun! Şənbə, 25 oktyabr 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«Keçmişini tanımayan bugününü anlaya, sabahını isə qura bilməz»

Barış Manço (1943 - 1999)
GÜNDƏM  
Allahsız adamların ölçüsüzlüyü 17:55 | 9 sentyabr 2025 | Çərşənbə axşamı Məqaləyə 880 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Allahsız adamların ölçüsüzlüyü

Putinin bizə qarşı qisasçı, xain davranışları nə vaxta qədər davam edə bilər?

Bəybala MİRZƏYEV

MÖVZU İLƏ ƏLAQƏLİ

Partiya sədrlərimizdən biri deyib ki, Rusiya ilə Azərbaycan arasında gərginlik dekabr ayına qədər xeyli azalacaq. Görünən budur ki, adam Putini yaxşı tanımır və bu üzdən çox nikbindir.

Avropalı siyasətçilər isə tam fərqli ovqata kökləniblər.

Məsələn, Rusiyanın Ukraynaya qarşı bugünlərdə həyata keçirdiyi dəhşətli hava zərbələri ilə bağlı açıqlama verən Çexiyanın xarici işlər naziri Yan Lipavski bildirib ki, Putin guya Ukraynada müharibəni dayandırmaq istəyir, lakin reallıqda isə o, mümkün qədər çox ukraynalı öldürməyə çalışır. O, qadınlara və uşaqlara hücum edən qorxaqdır”.

Avropa Komissiyasının sədri Ursula von der Leyen də eyni mövqedən çıxış edərək deyir ki, Putin yırtıcıdır: onun adamları illərdir Avropaya qarşı hibrid və kiberhücumlar həyata keçirir. Miqrantlardan silah kimi istifadə edilməsi də buna bir misaldır”.

Göründüyü kimi nikbin düşünən azərbaycanlı partiya sədrindən fərqli olaraq Avropa İttifaqının adlarını qeyd etdiyim siyasətçiləri daha realistdirlər və onlar Putinin Ukraynaya qarşı açıq müharibəsini, Avropaya qarşı isə hibrid müharibə cəhdlərini düzgün qiymətləndirirlər.

Və iş burasındadır ki, Putin hazırda təkcə Avropa Birliyinə (AB) qarşı yox, Azərbaycana qarşı da hibrid müharibə və kiberhücumlar həyata keçirir.

Putinin məsləhətçiləri ona bildirirlər ki, Rusiyadakı azərbaycanlı miqrantlara qarşı təzyiqlər və Azərbaycan diasporlarının rəhbərlərinin həbsi yetərli deyil, bu cür tədbirlərin siyahısını genişləndirmək lazımdır. Məhz bunun nəticəsidir ki, Kreml Azərbaycana qarşı hibrid müharibə tədbirlərinin miqyasını getdikcə genişləndirir:

– Azərbaycanlı iş adamları sıxışdırılır və onlardan Rusiyanın rəsmi siyasətinin dəstəklənməsi tələb olunur;

– Azərbaycan diaspor təşkilatlarına Rusiyanın xüsusi xidmət orqanlarına (FSB, SVR və s.) bağlı şəxslər rəhbər təyin olunur; 

– Azərbaycanın meyvə, tərəvəz, bostan məhsullarının Rusiyaya idxalı məhdudlaşdırılır.

Bundan əlavə, Putin şəxsən özü Azərbaycanın başqa ölkələrlə münasibətlərinin pozulması üçün hər cürə destruktiv üsullara əl atır. Belə ki, o, bir tərəfdən Hindistanın baş naziri ilə birləşərək Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv qəbul edilməsini əngəlləyir, digər tərəfdən Azərbaycanın kənd təsərrüfatı məhsullarının Çinə tədarük edilməsinin qarşısını almaq üçün Si Zinpinə çuğulçuluq edir, başqa bir tərəfdən isə Qazaxıstana və digər Mərkəzi Asiya (Türküstan) dövlətlərinə təzyiq göstərir ki, onlar Avropaya neft-qaz daşımalarını və digər mallarını Azərbaycan üzərindən yox, məhz Rusiya üzərindən ixrac etsinlər.

Bundan əlavə Rusiyanın təxribat-diversiya qrupları Bakı-Tiflis-Ceyhan boru xətti ilə Şərqi Avropa ölkələrinə ixrac olunan Azərbaycan neftini çirkləndirməklə dünya bazarında Azərbaycan neftinin satılmasını da əngəlləməyə çalışıblar.

Hazırda isə Kreml Dağıstanı Azərbaycana qarşı aqressiv mövqeyə kökləməyə, ləzgi kökənli insanlarda Azərbaycana qarşı nifrət hissini körükləməyə çalışır. Dağıstan Respublikasının lideri Sergey Melikovun Azərbaycandan gətirilən kənd təsərrüfatı məhsullarını əvəzləmək planlarından danışması da bunun bir təzahürüdür.

Dağıstanın kənd təsərrüfatı potensialından danışan S.Melikov əvvəllər, əsasən, Azərbaycandan məhsul idxal edilən sahələrə toxunub.

“Biz artıq xeyli vaxtdır ki, alma, armud, nar yetişdiririk və bu gün fındıq, kivi, feyxoa və s. kimi məhsulları da yetişdirmək üçün  imkanlar yaranıb. Yəni əvvəllər yalnız qonşularımız – Azərbaycandan və ya digər ölkələrdən gətirilən bu cür məhsulları indi özümüz də yetişdirə bilərik. İnvestor qruplarına göstərdiyimiz dəstək sayəsində inanıram ki, yaxın illərdə Dağıstan təkcə Rusiya miqyasında yox, beynəlxalq səviyyədə də lider olacaq”, – S.Melikov deyib.

Sözsüz ki, bu fikirlər S.Melikovun öz ağlının məhsulu deyil. Onu bizə qarşı bu cür danışmağı diktə edənlər var. Kremldən ona diktə edirlər ki, çıx, kürsüdən bu fikirləri səsləndir.

Bütün bunlar onu göstərir ki, Kremlin Azərbaycana qarşı hibrid müharibə addımlarını yaxın perspektivdə dayandırmaq fikri yoxdur.

Hibrid müharibə metodları xain metodlardır, məkrli üsullardır. Və Putin də bu cür qurşaqdan aşağı zərbə vurmaq üsullarını çox sevir. Bu, onun xislətinə, xarakterinə uyğundur. Çünki Putin açıq qaydalarla oynamağı, mübarizə aparmağı bacarmır.

Bu mənada bizim bəzi siyasətçilərimiz Rusiya ilə Azərbaycan arasında gərginliklərin dekabr ayına qədər xeyli azalacağını proqnozlaşdırmağa əsla tələsməsinlər. Putinin baş nazirin müavini Aleksey Overçuku danışıqlar aparmaq üçün Bakıya göndərməsi də onun növbəti hiyləgər manevrlərindən biridir.

Ona görə də, biz önümüzdəki aylarda Rusiya tərəfindən ölkəmizə qarşı daha alçaq təxribatların törədiləcəyi hallara hazır olmalıyıq və mümkün önləyici tədbirlər görməliyik. Çünki Putin kimi dəngəsiz, ölçüsüz, Allahsız adamlar heç bir proqnoz çərçivələrinə sığmırlar. Belələri adamın üzünə gülə-gülə, arxadan kürəyinə bıçaq saplamağı çox yaxşı bacarırlar.


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)