Putin polisə yeni səlahiyyət verdi
Rusiyada hərbi xidmətdən yayınanlarla mübarizə genişlənir
16:48 | 29 avqust 2025 | Cümə
Məqaləyə 501 dəfə baxılıb
Şriftin ölçüsü
Rusiyada hərbi xidmətdən yayınanlarla mübarizə genişlənir
Moskva niyə Pekindən istədiyini ala bilmədi? — Aleksandr Qabuyevin təhlili
Rusiya elitaları hakimiyyət böhranı və müharibənin sonunu gözləyir
Qitələrarası ballistik raketi ilin sonunadək arsenala qəbul ediləcək
Kreml dəhlizlərində çevriliş iddiaları daha bərk səslə danışılır
“The Washington Post”: “Hakimiyyət daxilində müharibəyə münasibət dəyişməyə başlayıb”
Kremldəki həddindən artıq ehtiyatlılığa səbəb nədir?
Rusiya hakimiyyətinin nəzarətində olan proqramdan istifadə şəxsi məlumatları risk altında qoyur
Putin Pasxa bayramına görə döyüşlərə fasilə verdi
Paşinyanla söhbətdə Azərbaycan müqayisəsi təsadüfi deyildi
Ermənistan baş naziri Azərbaycanın ərazi bütövlüyünü tanımasaydı, Putin hərbçiləri Qarabağdan çıxarmayacaqdı
Budapeşt görüşü sual altında
Rusiyada nə vaxtsa yumşalma mərhələsi başlayacaqmı?
Putinin bizə qarşı qisasçı, xain davranışları nə vaxta qədər davam edə bilər?
Xaç çəkib, silah götürənlər rus sayılacaq?
Sevincdən Putinin gözlərini parıldadan çıxış
Putin müttəfiq ölkələrə hücum etməyi Hitlerdən öyrənib. Bunu Ukraynadakı səfirliyimizi raketlə vurmaq cəhdi də əyani sübut edir...
Rusiya liderini Adolf Hitlerlə müqayisə edənlər tarixi və siyasi portretşünaslığı yaxşı bilən insanlardır. Putinə Putler və ya Puten deyənlər Kremldəki “müharibə allahı”nın gerçək simasını ortaya qoyurlar.
Bu, həm də tarixin ironiyasıdır.
Bir zamanlar alman faşizminə qarşı bütün varlığı ilə mübarizə aparan bir ölkə, bu gün isə özü faşizmin yeni növünün – Raşizmin müəllifi kimi çıxış edir.
Putler dost və müttəfiq ölkələrə xaincəsinə hücum etməyi faşist Almaniyasının reyxsfüreri olmuş A.Hitlerdən öyrənib.
Hitlerin baş diplomatı İoahim fon Ribbentrop 23 avqust 1939-cu ildə keçmiş SSRİ-nin xarici işlər naziri Vyaçeslav Molotov ilə bir saziş imzalamışdı. Tarixçilər həmin sazişə “Molotov-Ribbentrop paktı” deyirlər.
Nasist Almaniyası ilə sosialist Sovet İttifaqı arasında imzalanan həmin pakta əsasən, hər iki ölkə bir-birinə hücum etməmə öhdəliyi götürmüşdü.
Lakin Hitler 22 iyun 1941-ci ildə öncədən elan etmədən, gecə radələrində SSRİ-yə hücum etdi.
Hitlerin mənəvi varisi olan Putler də Kiyevi və digər Ukrayna şəhərlərini, adətən, gecə saatlarında bombalayır. Rusiyanın baş faşisti bununla daha çox sayda dinc insanları öldürməyə can atır. Bu, bütün faşistlərin patoloji xüsusiyyətidir.
Putler bu dəfə Kiyevi bombalatdırarkən Azərbaycanın Ukraynadakı səfirliyini də potensial hədəflər siyahısına daxil edib.
Lakin xoşbəxtlikdən rus raketi səfirliyimizin binasından yan keçib, bir az aralı düşüb. Amma yerə çırpılan raketin partlaması nəticəsində yaranan zərbədən binaya zərər dəyib, bəzi pəncərələr qırılıb, konsulluq bölməsinin damında çatlar əmələ gəlib.
Səfirliyinin 100 metrliyinə düşən raketlə bağlı ukraynalı jurnalist Denis Kazanski “X” hesabında etdiyi paylaşımında zərbənin nəticələrini əks etdirən kadrları da yayımlayıb.
“Gecə Rusiya Azərbaycanın Kiyevdəki səfirliyini vurub, lakin bir az yan keçib. Raket binadan təxminən 100 metr aralıya düşüb. Daha əvvəllər ruslar Azərbaycanın bir neçə neft anbarını bombalamışdılar. İndi açıq şəkildə səfirliyə terror hücumlarına keçiblər”, – deyə D.Kazanski yazıb.
Kinindən, hikkəsindən partlayan Putler sanki Azərbaycandan “qisas” alır.
Nəyin qisasını alır?
Çünki Azərbaycan müstəqil siyasət yürütmək istəyir.
Azərbaycan Rusiyanın Cənubi Qafqazdan qovulmasını istəyir.
Azərbaycan Rusiyanın işğalçı keçmişini ifşa edir.
Azərbaycan digər postsovet ölkələrini də suveren siyasət yürütməyə və Moskvaya boyun əyməməyə çağırır.
Azərbaycan Rusiyanın illərlə formalaşdırılmış qorxunc qüvvə, hegemon ölkə, zəhmli imperiya imicini darmadağın edir və bu ölkəni hamının gözündə adiləşdirir, xofları aradan qaldırır.
Bir sözlə, Azərbaycan Rusiya üçün ən qorxulu siyasi katalizatora çevrilir.
Bəli, Azərbaycanın hazırkı zərgər dəqiqliyi ilə (filiqran) hesablanmış cavab tədbirləri bu templə davam edərsə, Rusiya nəinki bütün postsovet məkanında olub-qalan nüfuzunu da itirəcək, həmçinin Rusiyanın öz daxilində də mərkəzdənqaçma prosesləri getdikcə güclənəcək və muxtar respublikalar (xüsusən də Tatarıstan, Başqırdıstan kimi türk respublikaları) da öz suverenliklərini bərpa etmək üçün hərəkətə keçəcəklər.
Putler də bütün bunları hiss edir, başa düşür. Azərbaycanın adekvat cavab addımları Putleri dəli edir, özündən çıxarır.
Və buna görə də, o, isterikaya qapılır, qisas hissilə çırpınır, Ukraynadakı neft müəssisələrimizi, səfirliyimizi hədəf alır.
Lakin bütün bunlar Putlerə heç nə qazandırmayacaq.
P.S. Bütün faşistlərin sonu dramatik-faciəli notlarla bitir. Məsələn, italyan faşistlərinin lideri Benito Mussolinini asdılar. Hitler özünü güllələdi. Serb-yuqoslav faşistlərinin başçısı Slobodan Miloşeviçi isə Haaqa Məhkəməsinin qərarı ilə edam cəzasına məhkum edildi və az sonra həbsxanada öz kamerasında ölü tapıldı. Putleri də bu cür ağ-qara “ssenari”lər gözləyir...