Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
15:05 | 7 may 2026 | Cümə axşamı
Məqaləyə 106 dəfə baxılıb
Şriftin ölçüsü
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Rusiya trilyon dollardan çox itki verib
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Kremlə gözlənilməz zərbə
Müharibə xərcləri ölkəni iflasa aparır
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
Humanitar universitet Rusiya prezidentinin nəsil şəcərəsini tədqiq edəcək alim axtarır
Kremlin informasiya savaşında dəyişməyən tezis
Ölkədə yanacaq qıtlığı dərinləşir
Rusiya prezidenti bunun üçün 26 milyard dollar ayırdı
Kreml Ermənistan seçkilərini necə oğurlamağa çalışır?
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Rusiya hakimiyyəti daxilində Ukrayna müharibəsi, iqtisadi çətinliklər və artan daxili təzyiqlər fonunda ciddi fikir ayrılıqları formalaşmağa başlayıb.
VAXT.AZ “The Washington Post” qəzetinə istinadən xəbər verir ki, Kremlə yaxın mənbələrin məlumatına görə, prezident Vladimir Putin ətrafında toplanan müxtəlif güc mərkəzləri artıq ölkənin gələcəyi və müharibənin idarə olunması məsələsində fərqli mövqelər nümayiş etdirirlər.
Məqalədə əsas qarşıdurmanın Prezident Administrasiyasının rəhbər müavinlərindən biri olan Sergey Kiriyenkonun komandası ilə Federal Təhlükəsizlik Xidməti (FTX) arasında baş verdiyi göstərilir.
Qəzetin yaydığı təhlilə görə yazır ki, Kiriyenko qrupu vəziyyətin siyasi texnologiyalar, təbliğat və ictimai rəyin idarə olunması vasitəsilə nəzarətdə saxlanıla biləcəyini düşünür. Təhlükəsizlik strukturları isə daha sərt senzura, repressiyalar və internetə nəzarətin artırılmasını tələb edir.
Qəzetin mənbələri hazırkı vəziyyəti 1996-cı ildə, Boris Yeltsin dövründə yaşanan siyasi böhranla müqayisə edirlər. Həmin dövrdə də Kremlin daxilində müxtəlif qruplar arasında hakimiyyət uğrunda ciddi rəqabət müşahidə olunurdu.
Məqalədə qeyd olunur ki, Ukrayna müharibəsinin uzanması, iqtisadi problemlər və pilotsuz uçuş aparatlarının (PUA) hücumları Rusiya elitasında narahatlığı artırır. Nəşrin həmsöhbətlərindən bəziləri bildirirlər ki, hakimiyyət daxilində müharibəyə münasibət dəyişməyə başlayıb və bəzi dairələr onu artıq ümumi milli məqsəd deyil, Putinin şəxsi qərarı kimi qiymətləndirirlər.
Bununla belə, “The Washington Post” Kremlin yaxın zamanda dağılması və ya hakimiyyətin çökməsi ilə bağlı nəticə çıxarmır. Təhlildə əsas vurğu sistem daxilində gərginliyin və müxtəlif güc qrupları arasındakı rəqabətin artmasına yönəlib.
Qəzetin etirazların artmasına misal kimi Kremlin keçmiş tərəfdarlarından İlya Remeslo hadisəsini misal göstərir. Nəşr yazır ki, əvvəllər hakimiyyətə yaxınlığı ilə tanınan rusiyalı hüquqşünas və təbliğatçı Ilya Remeslo mart ayında açıq şəkildə Vladimir Putinin istefasını tələb edərək onu müharibə cinayətkarı adlandırmışdı. Bundan sonra Remeslo məcburi şəkildə Sankt-Peterburqdakı psixiatriya xəstəxanasına yerləşdirilmişdi. Bu yaxınlarda sərbəst buraxılan hüquqşünas Rusiya prezidentinə qarşı çıxışlarını davam etdirəcəyini bildirib.
Ekspertlər hesab edirlər ki, Kreml daxilində formalaşan fikir ayrılıqları yaxın aylarda Rusiyanın həm daxili siyasətinə, həm də Ukrayna müharibəsi ilə bağlı qərarlarına təsir göstərə bilər.