
Vətəndaşları ehtiyatlı olmağa vadar edirdi
Kibercinayətkarlıq statistikası niyə dayandırıldı?
Kibercinayətkarlıq statistikası niyə dayandırıldı?
Bu kitablar inanmaq istəyənlərdən daha çox bilmək istəyənlər üçün lazımdır
Eşq və ilahi yolçuluq simvolu
Parisdə məscidlərin önünə 9 donuz başı atılıb
Empatiya ölmüş hisslərin yenidən canlandırmağın yoludur
Almaniya islamlaşma ilə üz-üzədir
Dinə abır, həya anlayışı müqəddəs mətnlərin dilindən gəlir
Almaniyada müsəlman dərnəklərinə milyonlarla avro dövlət dəstəyi
Vətəndaşa “ehtiyatlı ol” dedikcə, DİN-in əməliyyat qurumları çalışırd
Peşəkar kadr potensialının formalaşdırılması diqqətdə saxlanılır
Böyük iqtisadiyyat özünü sorğulayan filosof yetişdirir, kiçik isə onu sorğulamayan din xadimi
Allah olmaq istəyinə düşmək günahına salma məni
Fransada müsəlmanlara qarşı hücumlar artmaqdadır
... yaxud Quran müsəlmanlığı haqqında bir neçə qeyd
... Yaxud riyakar “konyunkturşiklər” haqqında
Böyük mədəniyyət tənəzzülə uğradan fətva
Karl Marksın məşhur “Kommunist manifesti”nin hansı sözlərlə başladığını xatırlayırsınızmı?
Bu sözlərlə başlayırdı: “Avropada bir kabus dolaşmaqdadır – kommunizm kabusu”.
1917-ci il rus-bolşevik inqilabından sonra hamı elə düşünürdü ki, dünyada inqilablar dövrü artıq başa çatıb.
Lakin 1968-ci ildə Parisdən başlayan Gənclər inqilabı bütün dünyanın mədəni, siyasi həyatını dəyişdirdi.
Daha sonra, 20-ci əsrin 80-ci illərinin sonu, 90-cı illərinin əvvəllərində başlayan inqilabi dəyişikliklər Sovetlər Birliyini və sosializmi tarix səhnəsindən süpürüb apardı, yeni milli dövlətlər epoxası başladı. Və bu dəfə də hamıya elə gəldi ki, daha bundan sonra dünyada heç vaxt inqilablar olmayacaq.
Lakin 2000-ci illərin ilk onilliyində “məxməri” və ya “rəngli” inqilabların şahidi olduq. Bu proses 2014-cü ildə Ukraynada məşhur “Maydan hərəkatı” ilə başa çatdı, qapandı. Və nədənsə, bu dəfə də hamıya elə gəldi ki, vəssalam, inqilablar dövrü həmişəlik bitdi, bundan sonra heç bir ölkədə ictimai-siyasi ayaqlanmalar, qiyamlar, hakimiyyət çevrilişləri baş verməyəcək.
Ancaq Nepalda baş verən son hadisələr (korrupsiyaya qarşı narazılıqlar və sosial şəbəkələrin qadağan olunması ilə bağlı son günlər baş verən kütləvi etirazlar və sabitliyin pozulması) və Fransada yaşanan növbəti hökumət böhranı fonunda Makronun istefası tələblərinin gündəmə gəlməsi, etiraz aksiyalarının başlanması bir daha göstərdi ki, bu gün dünyanın nə zəngin ölkələri, nədəki aclıq və səfalət içində çabalayan ölkələri ictimai-siyasi silkələnmələrdən, inqilabi proseslərdən sığortalanmayıb.
Bu da o deməkdir ki, bu gün dünyanın bütün ölkələrinin islahatlara və idarəçiliyin təkmilləşdirilməsinə ciddi ehtiyacları var. İdarəçilikdə qüsurlar, ədalətsizliklər olanda inqilablar baş verir. İnqilab isə çox vaxt intihara bərabər ağır nəticələrlə yekunlaşır. Buna ədalətin intiharı da deyirlər...
***
Daxili idarəetmədə ədalət vacib olduğu kimi, beynəlxalq münasibətlər də hüquqa və ədalətə əsaslanmalıdır. Buna qlobal ədalət deyirlər.
Ancaq çox təəssüf ki, biz bu gün qlobal ədalətin təmin olunmasını yox, beynəlxalq hüququn tez-tez zorlanmasını müşahidə edirik. Bəli, hazırkı beynəlxalq sistem qlobal məsələləri və regional münaqişələri həll edə bilmir. Əksinə, kimin kefi istəyir, müharibəyə qərar verir.
Hazırda dünya Putin kimi, Netanyahu kimi qatillərin əlində girinc qalıb. Biri Qətəri bombalayır, digəri dronlarını havaya qaldırıb Polşanın hava məkanına soxulur. Və dünyanın ən nüfuzlu ekspertləri, politoloqları da haqlı olaraq bildirirlər ki, İsrail beynəlxalq hüquqa tüpürür, Rusiya NATO ilə və Trampla məzələnir...
Bu, beynəlxalq hüququn intiharıdır, qətlə yetirilməsidir.
***
Tramp isə Rusiya və İsrailin ucbatından Ukrayna və Yaxın Şərqdə sülhə nail ola bilməyəcəyini və bu səbəbdən də Nobel Sülh mükafatını almaq arzusunun ürəyində qalacağını başa düşərək, bu dəfə özü də müharibə “kovboyu” rolunda çıxış etməyə qərar verir. Pentaqonun (ABŞ Müdafiə Nazirliyinin) adını dəyişib “Müharibə Nazirliyi” qoyur və ilk addım kimi də “narkotrafikə qarşı mübarizə” adı altında Venesuelaya qarşı hücuma hazırlaşır.
Bu da sülhün intiharı, qətlə yetirilməsidir.
***
Bu arada ABŞ-ın özündə isə iki dəhşətli qətl hadisəsi baş verir:
– Tanınmış mühafizəkar siyasi fəal və yazıçı Çarli Kirk çıxış edərkən hücuma məruz qalır, öldürülür.
– Cənubi Karolina ştatında 23 yaşlı ukraynalı qız İrina Zarutskaya işdən evə dönərkən, tramvayda arxa oturacaqda oturan qaradərili residivist tərəfindən heç bir səbəb olmadan bıçaqlanaraq qətlə yetirilir...
Bu da insanlığın intiharıdır...
***
Təəssüf ki, Azərbaycan da bu cür özünəməxsus və ya klassik intiharlardan yan keçə bilmir. “Qurani-Kərim”i yandırmaqla milyonlarla insanın inancına küfr edən, həqarətlə yanaşan və eyni zamanda, onkoloji xəstəlikdən əziyyət çəkdiyi bildirilən azərbaycanlı ateist sonda intihar edir.
Bu da inancın və ya inancsızlığın intiharıdır.
P.S. Hər bir insan (istər liderlər, istərsə də adi insanlar) dünyanın xoşgörü, barış və hüzur içində yoluna davam etməsi, insanlığın harmoniya və tolerantlıq şəraitində yaşaması üçün məsuliyyət daşıyır.
Dünyanı, insanlığı intihara sürükləməyin, xanımlar və cənablar!