
Allahsız adamların ölçüsüzlüyü
Putinin bizə qarşı qisasçı, xain davranışları nə vaxta qədər davam edə bilər?
Putinin bizə qarşı qisasçı, xain davranışları nə vaxta qədər davam edə bilər?
Sevincdən Putinin gözlərini parıldadan çıxış
... Yaxud gözü çıxmış qardaşın öyrətdiyi
Əliyev sanki arı yuvasına çöp soxdu... Tarix rusların ən ağrılı yeridir...
İndi qlobal siyasətdə yeni tendensiya, paradiqma yaranır...
ABŞ Hindistan mallarına tarif tətbiq etdi
Makron Putinin səmimiyyətinə inanmır
Putinin təyyarəsinə yanacaq doldurmaq üçün nağd ödəniş edilib
Dünya sabahkı görüşdə Trampın Putinə təkliflərini müzakirə edir
İngilislər ABŞ prezidentinə təsir etməyin ən rahat yolunu açıqladı
Zelenski Trump-Putin görüşünə Kiyevsiz hər hansı razılaşmanı rədd edir
“Biz sənin keçmiş itkilərini unutmamışıq”
... zəhərli siyasət
Vaşinqtonun Yeni Dehliyə gömrük faizi 50-yə yüksəldi
“Saky” bazası hədəfə alındı, bombardman təyyarələri vuruldu
“Milyonlarla insanın həyatını alan və mənimkindən məhrum edən adam”
Azərbaycan cəmiyyəti bu iki həpəndin hər ikisini də – Putini də, Dugini də nə dərəcədə yaxşı tanıyır?
Sözün açığı, mən deyərdim ki, elə də yaxşı tanımırıq. Daha doğrusu, Duqini kifayət qədər yaxşı tanısaq da, Putini isə üzdən, səthi tanıyırıq (baxmayaraq ki, onun adı da, soyadı da 25 ildir ki, hər gün qulaqlarımızı yağır eləyir).
Putini məhz üzdən tanımağımıza görədir ki, onun ilk çıxışından sonra dərhal yumşalır və ona qarşı münasibətimizi dəyişməyə, onun haqqında müsbət fikirlər səsləndirməyə başlayırıq.
Putinin ötən gün Çində keçirdiyi mətbuat konfransında Azərbaycan ilə münasibətlər və İlham Əliyevlə salamlaşıb qısa söhbət etməsi barədə verdiyi açıqlamaya münasibətimiz də belə oldu.
Belə ki, son 7-8 ayda (təyyarəmizin vurulmasından sonra) Rusiyanı və Putini az qala hər gün yıxıb sürüyən bəzi ekspertlər dünənki açıqlamadan sonra dərhal yumşaldılar və onun Əliyevlə görüşməsini tarixi dönüş nöqtəsi kimi, Rusiya-Azərbaycan münasibətlərindəki gərginliyin başa çatmasının başlanğıcı kimi təqdim etməyə başladılar, Putinin həmin çıxışını sanki böyük bir sevinc hissilə paylaşdılar.
Adamlar elə bil bir himə bəndmişlər və məhz Putinin çıxışını gözləyirmişlər.
Hərçənd ki, Putin həmin çıxışında nə xalqımızdan və dövlətimizdən üzr istədi, nədəki Rusiya ilə Azərbaycan arasında son 8 ayda davam edən gərginliklərin başlanmasında bilavasitə özünün günahkar olduğunu etiraf etdi.
Əksinə, Putin sözügedən çıxışında məsum insan obrazına girdi və Moskva ilə Bakı arasında münasibətlərin vəziyyəti ilə bağlı sualı cavablandırarkən qeyd etdi ki, “ölkələr arasında münasibətlərdə hazırkı vəziyyətə və ya hansısa siyasi vəziyyətə görə həmişə bəzi suallar yaranır və problemlər var”.
Bəs həmin suallar nədən yaranıb, o problemlər haradan qaynaqlanır? Problem öz-özündənmi ortaya çıxdı?
Axı hər kəs bunu yaxşı bilir ki, problemlərin başlanmasının səbəbkarı birbaşa Kremlin özüdür. Azərbaycan-Rusiya münasibətlərinin öz sakit axarı ilə, hamar yolla inkişaf etdiyi, dümdüz məcrada irəlilədiyi bir vaxtda Rusiya HHM tərəfindən sərnişin təyyarəmizin vurulmasıyla, necə deyərlər, hər şey birdən-birə kəlləmayallaq oldu. Və məhz təyyarəmizin vurulmasından sonra rəsmi Moskvanın ölkəmizə qarşı vicdansız, ədalətsiz davranış nümayiş etdirməyə başlaması münasibətlərin hazırkı gərgin nöqtəyə gəlib çatmasına vəsilə oldu.
Ona görə də Putin Pekindəki məlum açıqlamasını “ölkələr arasında münasibətlərdə hazırkı vəziyyətə və ya hansısa siyasi vəziyyətə görə həmişə bəzi suallar yaranır və problemlər var” səpkisində yox, “Rusiya ilə Azərbaycan arasında hazırkı problemlər bizim ucbatımızdan yaranıb” şəklində verməliydi və şəxsən özünün günahını da etiraf etməliydi.
Bax, bu olardı əsl səmimi etiraf, kişiyana söhbət.
Lakin əfsuslar olsun ki, biz bu etirafı görmədik.
Putin hara, səmimi etiraf hara?
Etirafın əvəzinə, Putin müdrik diplomat obrazında çıxış edərək dedi ki, “mən hesab edirəm ki, Azərbaycan ilə Rusiya arasında fundamental münasibətlər və onların inkişafına qarşılıqlı maraq yenə də sonda hər şeyi öz yerinə qoyacaq”.
Bəs, bu açıqlama nəyi göstərir?
Onu göstərir ki, Putində qətiyyən utanmaq hissi yoxdur.
Adama deyərlər ki, sən nə üçün əvvəlcə Azərbaycan və Rusiya arasında fundamental münasibətləri korlayır və qarşılıqlı maraqlara ağır zərbə vurursan ki, sonra da gəlib hər şeyin öz yerinə qoyulacağından, yoluna düşəcəyindən danışırsan?
Çox təəssüf ki, bu sualların heç birini Pekindəki mətbuat konfransında Putinə ünvanlayan olmadı.
Amma bu suallar Kreml tərəfindən cavablandırılmalıdır. Mütləq cavablandırılmalıdır.
Və biz də Putinin bir çıxışına görə bu şər dahisinə qarşı narazı münasibətimizə dərhal əl gəzdirməməliyik, umu-küsülərimizi tez-tələsik bir qırağa qoymamalıyıq.
Çünki Putin üzdə çox şey deyə bilər. O, sülhdən də danışa bilər, hətta Azərbaycanla Rusiya arasında tarixi dostluq və qardaşlıqdan da dəm vura bilər (hal bu ki, Rusiya bizə qarşı daim işğalçı, müstəmləkəçi mövqeyində olub). Lakin biz Kremldəki qocanın bu cür gəlişigözəl, hiyləgər sözlərinə əsla inanmamalıyıq.
O, bu sözləri elə-belə demir. Məqsədli deyir. Çünki iki ölkə arasında davam edən gərginliyin Rusiyanın öz maraqlarına ağır zərbə vurduğunu bu qoca hiyləgər artıq bütün ciddiyəti ilə dərk etməkdədir. Ona görə də Pekində İlham Əliyevlə görüşməklə və ardınca da mətbuat konfransında məlum açıqlamanı verməklə öz səhvlərini düzəltmək üçün ilk addımı atdı.
Lakin Putin başdan ayağa məkr qaynağı, şər dağarcığıdır. O, həmişə paralel siyasət yürüdür, ikibaşlı siyasət aparır. Politoloqlar buna “ikili standartlar siyasəti” deyirlər.
Putin bundan sonra Azərbaycana münasibətdə daim paralel siyasət yürüdəcək. Yəni ki, o, bir tərəfdən dostluq və əməkdaşlıqdan danışacaq, digər tərəfdən isə Kremlə bağlı təbliğat köpəklərini - propaqandistləri hər fürsətdə üzərimizə qısqırdacaq.
Kremlin ideoloqu sayılan neoimperialist filosof Aleksandr Duqinin tacik, özbək və digər xalqlardan olan miqrantlarla yanaşı, azərbaycanlı miqrantlara da xristianlığı qəbul etdirmək təklifi ilə çıxış etməsi də məhz yuxarıda qeyd etdiyim paralel siyasətin təzahürüdür.
Miqrantların zorla “ruslaşdırılma”sına, assimilə edilməsinə çağıran Duqinin sözlərinə görə, pravoslavlığı qəbul edən və Rusiya tərəfində döyüşən taciklər, özbəklər və azərbaycanlılar artıq miqrant hesab olunmayacaq, əksinə, rus sayılacaqlar.
“Ənənəvi milli geyimlərdən imtina edib sarafan geyinən və kilsəyə gedən müsəlman qadınlar da özümüzünkü kimi qəbul edilməlidir.
İslam dininə mənsub miqrant qadınlar, həmçinin, həmrəylik nişanəsi olaraq yaylıqlarına “Z” simvolu taxsınlar”.
Bəli, Duqin belə deyir.
Çünki bu fikirlər təkcə Duqinin yox, həm də Putinin beyninin “məhsulu”dur.
Duqin sadəcə olaraq bu fikirləri səsləndirir, gündəmə gətirir, ictimailəşdirir.
Bu mənada, Duqin həqiqətən də müasir rus şovinizminin və şəxsən Putinin güzgüsüdür.
P.S. Putin bundan sonra sammitlərdə, brifinqlərdə tez-tez Azərbaycanın ünvanına “dostluq nəğmələri” oxuyacaq. Biz isə bu “nəğmə”ləri təbəssümlə dinləyəcəyik. Ancaq bir daha heç vaxt aldanmayacağıq.