
“Qitələrarası” əməliyyat
5000 kilometr məsafədən yüksək dəqiqlikli prosedur
5000 kilometr məsafədən yüksək dəqiqlikli prosedur
Xalq şairi Almaniyaya ağır əməliyyata gedir
Xalq şairi Almaniyaya ağır əməliyyata gedir
Xalq şairi Almaniyaya ağır əməliyyata gedir
Xalq şairi Almaniyaya ağır əməliyyata gedir
İngiltərədə Milli Sağlamlıq Xidməti (NHS) əməliyyatın bəzi hallarda qalıcı əlilliyə səbəb ola biləcəyini xəbərdar edib.
Uzun illər ərzində, bir ayağı digərindən qısa doğulan uşaqlar və ya ciddi xəsarət alan xəstələr üçün ayaqları qıraraq boyu uzatmaq çox ağrılı və sərt bir üsul hesab olunurdu.
Son dövrlərdə isə Avropada və digər yerlərdə bir çox yetkin, xüsusən də özgüvənlərini artırmaq və ya romantik maraqlar üçün sadəcə bir qədər daha uzun boylu olmaq məqsədilə könüllü olaraq əməliyyat olunurlar.
Bu texnika ilk dəfə 1950-ci illərdə sovet cərrahı Qavril İlizarov tərəfindən ciddi deformasiya və böyümə problemi olan xəstələr üçün hazırlanıb. İndi isə kosmetik məqsədlərlə, yüksək qiymətə və ağrılı olsa da, lüks prosedur kimi tətbiq olunur.
Ayaq uzatma əməliyyatı necə aparılır?
Əməliyyat osteotomi ilə başlayır – cərrah ayaq sümüyünü kəsərək iki hissəyə ayırır. Sonra xarici metal çərçivə ilə uzatma cihazı quraşdırılır və hər gün kiçik milimetrlər qədər sümüyü ayırmaq üçün tənzimlənir.
Xəstələr gündə bir neçə dəfə vidaları və ya çarxları fırladaraq sümüyün ayrılmasını təmin edir. Aylar ərzində bədən boşluğu doldurmaq üçün yeni sümük böyüdür.
Uğurlu nəticədə boy artımı 5–8 sm arası ola bilər.
Əməliyyatın əks təsirləri
Sağalma prosesi çox yavaş və ağrılıdır. Xəstələr həftələrlə hərəkətsiz qalır, sonra əzələlərini bərpa etmək və yenidən gəzməyi öyrənmək üçün aylardır fizyoterapiya alırlar.
Komplikasiyalar geniş yayılıb: 760 xəstənin 30–45%-i infeksiya, sümük sağalma problemi, oynaq sərtliyi və ya sinir zədələnməsi yaşayır.
NHS həkimləri insanları bu travmatik proseduru təkrar gözdən keçirməyə çağırır.
NHS İngiltərənin klinika direktoru Tim Briqs (Tim Briggs), “Ayaq uzatma əməliyyatı sürətli həll deyil – yalnız real klinik ehtiyac olduqda faydalı ola bilər, amma ciddi riskləri var və xəstə ilə cərrah arasında geniş müzakirə tələb edir. Xəstələr infeksiya, sinir zədələnməsi, qan laxtalanması və hətta qalıcı əlillik riski ilə aylarla davam edən çox ağrılı bir müalicə ilə üzləşirlər”, – deyib.
Briqs əlavə edib ki, xaricdə kosmetik məqsədli əməliyyata gedənlər uzun iyileşmə və riskləri diqqətlə düşünməli və yaxşı məlumatlandırılmadıqca əməliyyat etdirməməlidirlər.
Bazar və qiymətlər
Bu prosedur bir çox insan üçün Orta Əsrlər işgəncəsi kimi görünsə də, tələbat artır. Analitiklər qlobal boy uzatma sənayesinin 2021-ci ildə 4 milyard dollar (3,3 milyard avro) olduğunu, 2030-cu ildə 8,6 milyard dollara çatacağını proqnozlaşdırır.
Əməliyyatın qiyməti dəyişkəndir: İngiltərədə 57 min avrodan baha başa gələn əməliyyat Türkiyədə 28 min avroya edilə bilər. Bu səbəbdən ölkə sürətlə sağlamlıq turizmi mərkəzinə çevrilir.