Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
20:44 | 12 avqust 2025 | Çərşənbə axşamı
Məqaləyə 1097 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Kremlə gözlənilməz zərbə
Çinin paytaxtında açılan Azərbaycan Turizm Bürosu ofisinin tanıtım videosu
Azərbaycan Asiya bazarında mövqeyini gücləndirir
Pekin Vaşinqtonun mümkün nüvə zərbəsinə qarşı səhrada böyük bunkerlər tikir
... Bir təşkilatda Pekinin müttəfiqi olub, digərində rəqibi olan Yeni Dehli
Moskva niyə Pekindən istədiyini ala bilmədi? — Aleksandr Qabuyevin təhlili
Ağ Evin əməkdaşını yerə yıxıb başını yardılar, jurnalistləri tualetə buraxmadılar
Qara qızıl təchizat problemləri ilə bağlı narahatlıqları fonunda həftəni artımla başa vurmağa hazırlaşır
İllərdir davam edən danışıqlar nəticə verdi
Çin Baş naziri Donald Trampı müşayiət edən amerikalı iş adamları ilə görüşdü
ABŞ–Çin münasibətlərində “yeni səhifə” mesajları
Çin-ABŞ münasibətləri “qaçılmaz müharibə”dir yoxsa, “idarə olunmalı rəqabət”?
ABŞ prezidenti Çin səfərinə aparıcı şirkətlərinin rəhbərləri də qatılıb
Pekində dünyanın taleyini dəyişə biləcək razılaşma mümkündürmü?
Çində iş tapa bilməyən gənclər, evdə oturmaq əvəzinə işləyirmiş kimi görünmək üçün xüsusi ofislərə pul ödəyirlər. BBC-nin məlumatına görə, ölkədə gənclər arasında işsizlik təxminən 14% səviyyəsindədir və bu cür “işləyirmiş kimi” ofislər getdikcə populyarlaşır.
“Gıda” şirkətinin 2024-cü ildə iflas etdiyini bildirən Şui Jou, apreldən bəri “Pretend To Work Company” adlı şirkətin ofisinə gedir. 30 yaşlı Çinli həmin firmaya gündəlik 30 yuan (7 manat) ödədiyini və “Çox xoşbəxtəm, sanki bir qrup olaraq birlikdə işləyirmişik”, – deyib.
Bu tip ofislər Şenzen, Şanxay, Nanjing, Vuhan, Çengdu və Kunminq kimi böyük şəhərlərə də yayılıb. Tam təchiz olunmuş ofis mühiti yaradan bu şirkətlərdə iclas otaqları və sosiallaşmaq üçün çay içmə sahələri mövcuddur.
Yeni Zelandiyadakı “Wellington Victoria Universiteti”dən Kristian Yao “işləyirmiş kimi etmək” modasının iqtisadi səbəblərini izah edərək bildirdi ki, iqtisadi transformasiya və təhsil ilə iş bazarı arasındakı uyğunsuzluq artdıqca gənclər gələcək addımlarını düşünmək və ya müvəqqəti kiçik işlər tapmaq üçün bu cür yerlərə yönəlirlər. Bu ofislər həmin müvəqqəti həllərdən biridir.
Jou ailəsinə ofisdən şəkillər göndərərək onların təzyiqindən azad olduğunu deyir. Ofisə gələnlərin çoxu kompüterlərdə iş axtarır, boş vaxtlarda isə birgə yemək yeyirlər.
Almaniyadakı “Max Planck Sosial Antropologiya İnstitutu”nun rəhbəri Biao Şiang isə “işləyirmiş kimi etmək” trendinin gənclərin ictimai təzyiqdən uzaqlaşaraq özlərinə bir qədər də olsa azadlıq yaratmasına imkan verdiyini bildirir.