
“Patrot”ların əzabı ...
... Yaxud “ağır top”un cılız xisləti
... Yaxud “ağır top”un cılız xisləti
... Ukrayna savaşını bitirə biləcəkmi?
ABŞ Ukraynada güzəştə gedib, Qafqazı qazanır?
Kreml açıqlama yaydı
Azərbaycanın güclənməsinə qarşı fars-şiə qarşıdurması
Rusiya və Çin Yapon dənizində sualtı qayıq əleyhinə birgə təlim keçirdi
Vaşinqtonun Yeni Dehliyə gömrük faizi 50-yə yüksəldi
... Yaxud Nikita Mixalkova atasından qalan mənəvi miras
Terrorizmlə bağlı ilk diaqnozu qoyan insan
Vitkov Putinlə görüşüb
ABŞ–Rusiya qarşıdurmasında geri sayım; Trampın qərarı gözlənilir
8,8 bal gücündə zəlzələ nəticəsində Kamçatka yarımadası 2 metr cənub-şərqə yer dəyişib
Ermənistan və Azərbaycan liderləri Trampla bir araya gəlir
Tramp ABŞ–Rusiya görüşünün nəticəsini gözləyir
“Saky” bazası hədəfə alındı, bombardman təyyarələri vuruldu
“Milyonlarla insanın həyatını alan və mənimkindən məhrum edən adam”
Adam bugünlərdə özünün “Besoqon TV” müəllif proqramında gözlərini həqiqətlərə yumdu və şəxsən Putindən bir “malades” qazanmaq üçün Azərbaycanın əleyhinə ağzına gələni danışdı.
İndi bizimkilər də bu sarsaq qocanın cavabını verməlidirlər.
Jurnalist həmkarımız və siyasi şərhçi Şöhrət El-Dəniz deyir ki, “Mixalkovun cavabını gənc jurnalistlər yox, onun Bakıdakı dostları, tay-tuşları verməlidir”.
Əslində, Şöhrət bəy düz deyir.
Mixalkovun Bakıda çoxlu dostları, həmkarları və nəhayət, pərəstişkarları var.
Ancaq nədənsə, hamısı sirli şəkildə susur.
Və həmişə olduğu kimi yenə də yük jurnalistlərin, siyasi şərhçilərin, politoloqların üzərinə düşür.
Onlar da neçə gündür ki, Nikita Mixalkov adlı bu qoca şeytanın sayıqlamalarını bacardıqları qədər cavablandırmağa çalışırlar.
Ona görə də mən bu müxtəsər yazımda imperiya nökəri olan N.Mixalkovun Azərbaycanı “nankor” postsovet respublikası kimi təqdim edərək, ölkəmizin öz ərazi bütövlüyünü bərpa etməsini “çoxmillətli Rusiya imperiyasının parçalanması” kimi dəyərləndirməsinə və bizə qarşı bir çox əsassız fikirlər səsləndirməsinə deyil, məhz tarix dərsliklərimizdə rusofobiya izləri axtarmasına və əhalinin tarix şüurunun qəsdən yenidən formatlaşdırılması iddiasına qısa münasibət bildirəcəyəm. Çünki yuxarıdakı məqamları onsuz da politoloqlarımız şərh edir, cavablandırırlar. Ancaq tarix dərsliklərimizdə rusofobiya izləri və əhalinin tarix şüurunun qəsdən yenidən formatlaşdırılması iddiası isə diqqətdən kənarda qalıb.
Çox təəssüf ki, bugünkü Rusiya cəmiyyətində bir çox insanların yeri səhv düşüb. Demək olar ki, indi orada heç kim öz işi ilə məşğul olmur. Və bu azar Mixalkovdan da yan keçməyib.
Adam neçə müddətdir ki, kino sənətini yadırğadığına görə, indi də bütün vaxtını blogerliyə, publisistliyə xərcləyir. Azərbaycana həsr etdiyi son verilişində isə bir az da “tarixçilik” sevdasına düşdü.
Belə ki, o, hesab edir ki, keçmiş sovet respublikalarında əhalinin tarix şüurunun qəsdən yenidən format edilməsi siyasəti aparılır. Mixalkovun fikrincə, bunu bir sıra postsovet respublikalarının təhsil müəssisələrində tədris olunan müasir tarix dərslikləri də sübut edir.
“Məsələn, Özbəkistanın tarix dərsliklərində sovet dövrünün mənfi cəhətlərinə daha çox diqqət yetirilir. Həmin dərsliklərin müəllifləri iddia edirlər ki, sovet dövründə Özbəkistan iqtisadiyyatı guya tamamilə mərkəzin maraqlarına tabe edilib, respublikadan isə yalnız xammal əlavəsi kimi istifadə olunub”.
Həmçinin, Azərbaycan dərsliklərinə diqqət yetirən N.Mixalkovun sözlərinə görə, Kərim Şükürov və Yaqub Mahmudovun müəllifliyi ilə çap edilən tarix dərsliklərində “rusofob” emosional qiymətləndirmələr var. Onun iddiasına görə, “Bakı əhalisinin qəsdən məhv edilməsi” və “Böyük Vətən müharibəsi” əvəzinə “İkinci Dünya müharibəsi” ifadəsinin işlədilməsi məhz rusofobiya izləridir.
Özünü tarixçi zənn edən Mixalkov hesab edir ki, Rusiya əvvəllər bu kimi hallara göz yumsa da, lakin indi beynəlxalq vəziyyət dəyişib.
Bir sözlə, Mixalkov Putin Rusiyasını müstəqil dövlətlərin tarix konsepsiyalarına müdaxilə etməyə çağırır. Ona elə gəlir ki, Rusiya hələ də köhnə imperiya olaraq keçmiş müstəmləkələrinə - indiki müstəqil dövlətlərə nəyisə diktə etmək səlahiyyətinə malikdir.
Bütün bunlar onu göstərir ki, “SSRİ” adlı süni dövlət 34 ildir dağılıb tarix səhnəsindən silinsə də, lakin Mixalkov isə hələ də 1970-1980-ci illərdə ilişib qalıb.
Bu adama hələ də çatmır ki, artıq “Böyük Vətən müharibəsi” anlayışı yalnız ruslar üçün keçərlidir, azərbaycanlılar, özbəklər, qazaxlar və imperiyanın tərkibində olmuş digər türk xalqları isə o müharibəni sadəcə İkinci Dünya müharibəsi kimi qavrayırlar. Və bu da təbiidir. Çünki bu gün hər bir türk xalqı tarixi hadisələrə və o cümlədən İkinci Dünya müharibəsinə milli dövlətçilik açısından və qlobal tarix prizmasından (ümumdünya tarixi, bəşər tarixi kontekstindən) yanaşır.
Bu mənada, keçmiş sovet respublikalarında əhalinin tarix şüurunun yenidən formatlaşdırılması təbii və normal prosesdir. Tarixi hadisələrə sovet tarixçiliyi ehkamlarından yanaşmaq Mixakov üçün və digər ruslar üçün belə əhəmiyyətlidirsə, qoy, bu ehkamları Rusiya tarixşünaslığında yaşatmağa davam etsinlər.
P.S. Bu gün tarixçilik və geostrateqlik mərəzinə tutulan tək Mixalkov deyil. Mixail Şvıdkoy, Vladimir Medinski də son vaxtlar bu azara möhkəm yoluxublar. Putinin mədəniyyət sahəsində “ağır artilleriya”sı sayılan bu şəxslər Kremldə yazılan toksik bəyanat və tezisləri səsləndirməklə həm Rusiyanın tarixi rolunu şişirtməyə, həm də postsovet ölkələrinin tarixini terrora məruz qoymağa davam edirlər. Sanki Putin bu adamlara tarixi zorlamağı tapşırıb. Məhz buna görə də Mixalkovun birdən-birə rejissorluqdan tarixçiliyə keçid etməsi onun şeytan obrazında çıxış etməsinə səbəb olub. Bəli, tarixi həqiqətləri bilərəkdən təhrif etmək, başqa cür təqdim etmək əsl şeytanlıqdır.
P.P.S. Hörmətli tarixçilərimiz Kərim Şükürov və Yaqub Mahmudova isə təklifim budur ki, onlar “6 saylı palata”nın potensial pasiyentləri olan Mixalkov və onun həmfikirləri üçün “Yeni tarixi mərhələdə milli dövlətçilik və tarix şüuru” mövzusunda mühazirə təşkil etsinlər. Biz Mixalkova kömək etməliyik ki, “besoqon”luq etsin, öz içindəki şeytanı qovsun.