3 qonşunun 4 tərəfdən hücumu
Bu müharibədə silah məlumat, müdafiə isə milli şüurdur
19:57 | 8 iyul 2025 | Çərşənbə axşamı
Məqaləyə 248 dəfə baxılıb
Şriftin ölçüsü
Bu müharibədə silah məlumat, müdafiə isə milli şüurdur
Bir çox tarixi faciələrdə rusun adını pozub ...
Ermənistan baş naziri ilə mətbuat katibi 24 saat fərqlə bir-birini təkzib etdi
Müstəqillik dövründə ilk dəfə ...
Azərbaycan Ermənistanla ticarət tranzitinə qoyulan məhdudiyyətləri aradan qaldırdı
Qazaxıstanlı musiqiçilər Azərbaycan prezidentinin şərəfinə Müslim Maqomayevin mahnısını ifa etdilər
... Cənubi Qafqazda sabitliyə təhdid
İrqçilik kökünə işləyən Kobaxidzenin islamafobiyadan da əziyyət çəkirmiş
İki ölkə arasındakı sülh bir referenduma bağlıdır
Ravvinləri Bakıya dəvət edib-etməməyi mollalardan soruşmalıyıq?
Yaxud Cənubi Qafqazın yeni parametrlərinə hazırlıq
Zəngəzur dəhlizinin praktiki müstəvidə icrasına qədər detallar açıqlanmaya bilər
İndi elə bir dövrdə yaşayırıq ki, artıq şər qüvvələr maskalanmağa ehtiyac duymurlar...
Bakı ən azı texniki xarakterli razılıq əldə etmək üçün görüşlərin təşkilinə səy göstərir
Putinin bizə qarşı qisasçı, xain davranışları nə vaxta qədər davam edə bilər?
Rusiya ABŞ-da imzalanan müqaviləyə mane olmaq istəyir
Ermənistanın baş naziri Nikol Paşinyanın və Gürcüstanın hazırda həbsdə olan keçmiş prezidenti Mixail Saakaşvilinin sosial mediadakı son paylaşımları Rusiyaya bağlı “5-ci kolon” üzvlərinin deşifrə edilməsi və neytrallaşdırılmasının Cənubi Qafqazın gələcəyi baxımından diqqətçəkəndir.
Belə ki, Nikol Paşinyan növbəti dəfə sosial şəbəkə hesabında kilsəni tənqid edib, katolikos II Qaregini hədələyib.
O bildirib ki, bütün ermənilərin katalikosu II Qaregin, eləcə də digər aparıcı keşişlər - Vazgen Qalstanyan, Gevorq Ajapahyan və bəzi başqaları əslində dinə xidmət etməyiblər.
Paşinyanın sözlərinə görə, Erməni Apostol Kilsəsi anti-Məsih, antimilli, anti-dövlət qruplaşması tərəfindən işğal edilib və ona görə də azad edilməlidir.
“Mən kilsənin azad edilməsi mübarizəsinə şəxsən rəhbərlik edəcəm”, – deyə Paşinyan bəyan edib.
Paşinyanın hədələdiyi II Qaregin və onun keşişləri birbaşa Moskvaya bağlı olan şəxslərdir. Eləcə də kilsəni dəstəklədiyinə və hakimiyyət çevrilişinə çağırış etdiyinə görə bu yaxınlarda İrəvanda həbs edilən rusiyalı milyarder Samvel Karapetyan da birbaşa Kremlə bağlıdır.
Bu baxımdan, Mixail Saakaşvilinin Paşinyanın milyarder Karapetyanı həbs etdirməsini sosial şəbəkə üzərindən dəstəkləməsi heç də təsadüfi deyil.
“2011-2012-ci illərdə mənim etmədiyimi Paşinyan Ermənistanda etdi, erməni İvanişvilini – milyarder Karapetyanı həbs etdi. Paşinyan rəsmi olaraq Avropa Birliyinə üzvlük üzrə kurs keçdi”, – Saakaşvili bildirib.
Gürcüstanın sabiq prezidenti sözügedən paylaşımında Azərbaycanın da Rusiyanın təsirini azaltmaq üçün fəal addımlar atdığını və ölkənin siyasi, iqtisadi, mədəni məkanını Rusiya təsirindən təmizləməyə çalışdığını qeyd edib: “Bakı NATO ilə əməkdaşlığa başlayıb, Azərbaycan Rusiyanı birbaşa təhdid kimi görür və siyasi, iqtisadi, mədəni məkanını Rusiya təsirindən təmizləmək üçün fəal addımlar atır. Bundan əlavə Azərbaycan və Ermənistan yaxınlığı başlayıb ki, bu da Rusiyaya ən ağır zərbədir”.
Lakin Saakaşvili eyni zamanda, Gürcüstanın belə bir kritik məqamda rusiyapərəst mövqe tutduğunu təəssüflə bildirib, “bu vəziyyətdə Gürcüstan tam bir anomaliyadır”, - deyə eks-prezident qeyd edib.
P.S. Xatırladaq ki, Saakaşvili əvvəlki paylaşımlarında Azərbaycan, Ermənistan və Gürcüstanın gələcəyinə ümidlə baxdığını qeyd edərək, Ermənistan ətrafında baş verən son hadisələrin regionumuza yeni şans verdiyini bildirmiş və Cənubi Qafqaz ölkələrinin də Baltikyanı respublikalar kimi eyni yolla inkişaf edə biləcəyini vurğulamışdı: “Bir müddətdən sonra biz üç Baltikyanı ölkə kimi yaşaya bilərik - açıq sərhədlərlə, üçünün hər birinin üstünlüklərindən istifadə edərək, bütöv bir logistika, maliyyə, enerji qovşağı sistemi yarada bilərik”.