Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
20:11 | 8 iyul 2025 | Çərşənbə axşamı
Məqaləyə 289 dəfə baxılıb
Şriftin ölçüsü
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Rusiya trilyon dollardan çox itki verib
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Kremlə gözlənilməz zərbə
Müharibə xərcləri ölkəni iflasa aparır
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
Humanitar universitet Rusiya prezidentinin nəsil şəcərəsini tədqiq edəcək alim axtarır
Kremlin informasiya savaşında dəyişməyən tezis
Ölkədə yanacaq qıtlığı dərinləşir
Rusiya prezidenti bunun üçün 26 milyard dollar ayırdı
Kreml Ermənistan seçkilərini necə oğurlamağa çalışır?
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Rusiya Dövlət Duması Federal Təhlükəsizlik Xidmətinə (FTX) öz istintaq təcridxanalarına (Следственный изолятор – SİZO) sahib olmaq hüququ verən qanunu üçüncü oxunuşda qəbul edib.
Bu barədə məlumat parlamentin aşağı palatasının qanunvericilik bazasında yerləşdirilib.
Qanun layihəsinin müəlliflərindən biri, deputat Vasili Piskaryovun sözlərinə görə, FTX-yə tabe olan SİZO-larda “dövlət təhlükəsizliyinə qarşı cinayətlərdə” ittiham olunan şəxslər saxlanılacaq.
“Bu, həmin kateqoriyadan olan cinayət işlərinin istintaqının səmərəliliyini artırmağa və casusların və terrorçuların digər cinayətlərlə bağlı təqsirləndirilən şəxslərlə qeyri-qanuni ünsiyyətə girməsinin qarşısını təminatlı şəkildə almağa imkan verəcək. Bundan başqa, bu, xarici kəşfiyyatların və terror təşkilatlarının öz agentləri ilə əlaqə qurmaq, istintaqa mane olmaq və onları dağıdıcı fəaliyyətə cəlb etmək cəhdlərinin qarşısını almağa kömək edəcək”, – deyə Piskaryov bildirib.
Qanun layihəsi Dövlət Dumasına 2025-ci ilin fevralında təqdim olunmuşdu.
FTX-nin 2006-cı ilə qədər öz təcridxanalarına sahib olmaq hüququ mövcud idi. Həmin il bu səlahiyyətlər Rusiyanın Avropa Şurasına üzvlüyü çərçivəsində götürdüyü öhdəliklərə əsasən Ədliyyə Nazirliyinə verilmişdi. “Mediazona” qeyd edir ki, de-fakto olaraq bundan sonra da FTX-nin nəzarətində olan təcridxanalar mövcud olub – məsələn, Moskvanın “Lefortovo” SİZO-2-si, hansı ki Xüsusi Xidmətin İstintaq İdarəsinin binası ilə yanaşı yerləşir.
Rusiya Avropa Şurasından 2022-ci ildə Ukraynaya qarşı genişmiqyaslı müdaxilədən sonra çıxıb.