Paşinyan seçkilərdə qalib gəldi ...
.... Amma konstitusion çoxluq əldə edə bilmədi
17:10 | 9 iyul 2025 | Çərşənbə
Məqaləyə 400 dəfə baxılıb
Şriftin ölçüsü
.... Amma konstitusion çoxluq əldə edə bilmədi
Azərbaycanın qazandığı sülh və Cənubi Qafqazın yeni tarixi
Paşinyanın partiyası açıq üstünlük qazandı, amma cəmiyyət sülh və qeyri-müəyyənlik arasında ikiyə bölünür
Ermənistan baş nazirinin partiyası Rusiyapərəst qüvvələrin topladıqlarının cəmindən çox səs qazandı
İrəvandan çox Bakını düşündürən siyasi proses
Kreml “tərəfdaşlarını” da yerinə qərar verir
... Yaxud Mütəllibovun son xidməti
“Qarabağ hərəkatı bizim üçün fəlakətli səhv idi”
Paşinyan Karapetyanı məhkəməyə verir
Akopyan seçicilərlə görüşdə Ermənistan baş nazirini müşayiət edib
Ermənistan baş naziri Rusiyapərəst əsas rəqibini necə zərərsizləşdirib?
Dövlət başçısı bu barədə sərəncam imzaladı
Paşinyanla söhbətdə Azərbaycan müqayisəsi təsadüfi deyildi
Ermənistan baş naziri Azərbaycanın ərazi bütövlüyünü tanımasaydı, Putin hərbçiləri Qarabağdan çıxarmayacaqdı
Siyasi, iqtisadi, inzibati üstünlüklər
Azərbaycan region ölkələri dövlət başçılarının məşvərət görüşlərinin tamhüquqlu üzvüdür
Əliyev-Paşinyan görüşü niyə məhz Birləşmiş Ərəb Əmirliklərində keçirilməsinin planlaşdırılması, tərəflərin görüş yeri kimi Abu-Dabi şəhərini seçmələri ilə bağlı sualın əslində bir neçə cavabı vardır.
Əsas səbəblərdən biri budur ki, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) hər iki ölkə – həm Azərbaycan, həm də Ermənistanla çox yaxşı münasibətləri var. Bu amil adətən bu cür görüşlərə vasitəçilik və ev sahibliyi edən ölkə seçimində olduqca mühüm rol oynayır.
Şəxsi münasibətlər amilini də nəzərdən qaçırmamalıyıq. Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin lideri Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə dostluq münasibətləri görüş yeri seçimində önəmli rol oynayıb. Zayed Al Nəhyanın Nikol Paşinyanla da şəxsi münasibətləri pis deyil.
Bir digər məqam isə Birləşmiş Ərəb Əmirliklərinin qərbyönümlü ölkə olması ilə bağlıdır. Rusiyanın Cənubi Qafqaza artmaqda olan təhdidlərini önləmək baxımından həlledici rol oynayan belə bir görüşə anti-Rusiya düşərgəsinə aid olan ölkənin ev sahibliyi etməsi önəmli məqamdır.
Üstəgəl, Birləşmiş Ərəb Əmirlikləri Ermənistanın Azərbaycanla bağlayacağı sülhün iqtisadi qarantoru rolunda da çıxış edə bilər. Ermənistanı Rusiyanın iqtisadi asılılığından qurtarmaq üçün bu da mühüm faktordur.
P.S. Birdəki, Moskva, Brüssel, Paris, Vaşinqton, Praqa kimi şəhərlərin bu cür görüşlər üçün monopoliya “ənənə”sini pozmaq, stereotipləri qırmaq lazımdır. Türk və müsəlman ölkələrinin də paytaxtları belə görüşlərə kifayət qədər səmərəli ev sahibliyi edə bilərlər. Bu baxımdan, Əbu-Dabi görüşünü “tilsim”in qırılması kimi də qəbul etmək olar.