vaxtlı-vaxtında oxuyun! Şənbə, 26 iyul 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şah İsmayıl Xətai (1487 - 1524)

«Söz vardır kəsdirir başı,
Söz vardır kəsər savaşı»

Şah İsmayıl Xətai (1487 - 1524)
GÜNDƏM  
Ermənistanda gərginlik davam edir 11:26 | 24 iyul 2025 | Cümə axşamı Məqaləyə 216 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ermənistanda gərginlik davam edir

Paşinyandan kilsəyə islahat təşəbbüsü

CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

Ermənistan Baş naziri Nikol Paşinyan uzun müddətdir gərginlik yaşadığı Erməni Apostolik Kilsəsinin dini lideri Katolikos II Qareginin vəzifəsindən azad edilməsinə zəmin yaradacaq islahat planını açıqlayıb.

Ermənistanın rəsmi xəbər agentliyi “Armenpress”in məlumatına görə, Paşinyan Erməni Apostolik Kilsəsi üçün islahat planı təqdim edib. Paşinyan bildirib ki, Katolikos II Qareginin vəzifəsinə davam etməməsi ən başda kilsənin, bununla da dövlətin və cəmiyyətin yenilənməsi üçün “ruhani məqsəd”dir.

Baş nazir vurğulayıb ki, bu addım ölkədə yenilənməni və əxlaqi standartların bərpasını hədəfləyir. O, “Məqsədimiz II Qareginin vəzifəsindən başqa bir rahiblə əvəz olunmasıdır, lakin bu şəxs Katolikosun vəzifəsini tam icra etməyəcək”, – deyə bildirib.

Paşinyanın planına əsasən, Katolikosun vəzifəsi II Qareginin əlindən alınacaq və hər hansı “yaxşı rahib” Katolikos Vəkili kimi təyin olunacaq. Lakin bu vəkil Katolikos “taxtında” hüquq iddia edə bilməyəcək.

Yenilik olaraq, Katolikos vəzifəsinə yeni seçkilər Kilsə Qanunu təsdiqlənənədək keçirilməyəcək. Bu qanunun qəbulundan sonra isə bütün Ermənilərin Katolikosu üçün seçkilər təşkil ediləcək və namizədlərin əxlaqi bütünlüyü, davranışları yoxlanılacaq.

Paşinyan islahat planının Erməni Apostolik Kilsəsinin tərəfdarlarını təmsil etdiyini və bu hərəkatı idarə edəcək şəxslərin müəyyən dini kriteriyalara cavab verməli olduğunu bildirib. O, özü də bu islahat hərəkatına rəhbərlik edəcəyini və bu kriteriyalara cavab verməli olduğunu əlavə edib.

 

Ermənistanda hökumət və kilsə arasında gərginlik

 

Son dövrlərdə Erməni Apostolik Kilsəsi ilə Paşinyan hökuməti arasında ciddi münaqişə yaranıb. Kilsə Paşinyanı Azərbaycanla güzəştə getməkdə ittiham edir, Paşinyan isə kilsəni “dövlət işlərinə qarışmaqda” və “hakimiyyəti ələ keçirməyə çalışmaqda” günahlandırır.

Paşinyan, həmçinin Katolikos II Qareginin bekarlıq andını pozaraq uşağı olduğunu və buna görə də dini lider ola bilməyəcəyini iddia edir.

Baş nazir “kriminal oliqarx ruhani sinfin hakimiyyəti ələ keçirmə planı hazırladığını” söyləyərək, Milli Təhlükəsizlik Xidmətinin çoxsaylı şəxsləri saxladığını açıqlayıb. Aralarında Başpiskopos Baqrat Galstanyan da olmaqla 15 nəfər qanunsuz hakimiyyəti devirmək planında ittiham edilərək həbs olunub.

Kilsənin Eçmiədzin mərkəzinə təhlükəsizlik qüvvələrinin keçirdiyi əməliyyatda saxlanılan Şirak Başpiskoposu Mixail Ajapahyan da məhkəmədə həbs qətimkan tədbiri ilə saxlanıb.

2024-cü il 4 may tarixində Azərbaycan tərəfindən Qazax rayonunun 4 kəndinin qaytarılması səbəbindən Erməni Kilsəsinin çağırışı ilə Tavuş və Şirak bölgələrindən paytaxt İrəvana yürüşlər keçirilib və ölkə daxilində etiraz aksiyaları təşkil olunub.

Paşinyan, istefa tələb edən kilsəyə cavab olaraq, idarəçiliyin yalnız seçkilərlə dəyişə biləcəyini bildirib.

***

Ermənistanda dini və siyasi qurumlar arasındakı gərginlik Paşinyanın islahat təşəbbüsü ilə yeni mərhələyə qədəm qoyub. Paşinyanın Katolikos II Qareginə qarşı yönələn addımları, həm daxili siyasi mübarizənin, həm də kilsənin ölkədəki sosial-siyasi təsirinin azaldılmasına yönəlib.

Kilsə rəhbərliyinin Paşinyanın Azərbaycanla bağlı siyasətinə qarşı çıxması və hökumətə qarşı etirazların təşkili ölkədə dərin parçalanmanın əlamətləridir. Paşinyanın kilsə içərisindəki “kriminal oliqarx” adlandırdığı qrupla mübarizəsi, dini institutların siyasi arenadakı rolunu yenidən müəyyənləşdirə bilər.

Bu islahatlar uzunmüddətli perspektivdə Ermənistanın siyasi sistemində və ictimai həyatında dərin dəyişikliklərə səbəb ola bilər. Digər tərəfdən, kilsə tərəfdarlarının və dini liderlərin müqaviməti, islahatların həyata keçirilməsində ciddi əngəllər yarada bilər.

Paşinyanın bu addımı həm də Ermənistanın demokratikləşmə prosesinə və dövlətin sekulyar strukturunun gücləndirilməsinə yönəlmiş cəhd kimi dəyərləndirilə bilər. Lakin, ölkənin geopolitik və sosial kontekstini nəzərə alaraq, bu proseslərin çətin və uzun müddətli olacağı ehtimal olunur.