ABŞ adaya desant çıxaracaqmı?
Xarqı ələ keçirmək göründüyü kimi asan deyil
12:57 | 14 avqust 2025 | Cümə axşamı
Məqaləyə 1229 dəfə baxılıb
Şriftin ölçüsü
Xarqı ələ keçirmək göründüyü kimi asan deyil
Vaşinqton vasitəçi təşəbbüsünü qulaqardına vurur
Uzaqmənzilli raketlər hələ də tam məhv edilməyib
Çin ABŞ konsulluğunun təhlükəsizlik xəbərdarlığına etiraz etdi
Pakistan Vaşinqton–Tehran danışıqlarında vasitəçi rolunu gücləndirdi
Tramp hücuma hazırlaşır
“Onlar bizim yanımızda deyilsə, biz niyə onların yanında olaq?”
Yanğın riski səbəbilə 210 mindən çox avtomobil geri çağırılır
Avropa Birliyi yeni gömrük qaydaları hazırlayır
İranda kimin hakimiyyətdə olacağı Vaşinqtonu maraqlandırmır – təki anlaşsınlar
Boğaz yaxınlığındakı raket mövqelərinə bomba yağdı
Onillər boyu iyerarxik pillələri addım-addım qalxmış yüksək rütbəli hərbçiləri və siyasətçiləri əvəzləmək çətindir
Bakı-Ankara-Tehran uzlaşması ABŞ-ın regiona baxışını dəyişər
Qorxaq, ikiüzlü, prinsipsiz demokratik “çoxluq seçimi” olanlar sivilizasiyanı batırır
Yalnız Çin tempini azaltmasa 25-30 ilə ona çata bilər
Narkotik daşıdığı iddia edilən 11 nəfər öldürüldü
Alyaska görüşünə Ukrayna, Avropa Birliyi (AB) və Britaniya dəvət almayıblar – bu da dəvət olunmayanları ciddi şəkildə narahat edir. Çünki, sən masa arxasında qonaq kimi deyilsənsə, masanın üzərində yemək kimi ola bilərsən.
Yaxşı, “Qoca Qitə”, sivilizasiyaların “beşiyi” niyə bu günlərə qaldı, nədən danışıqların subyekti deyil də, obyektinə çevrildi?!
Bu haqda bir neçə dəfə yazmışam, qısa xatırladım ki, AB-nin bu günə düşməsi öz günahlarıdır – 80 ildir öz təhlükəsizliyini könüllü olaraq ABŞ-a təhvil verəndə, silah və sursat məsələsində Amerikadan bu qədər asılı olanda, ABŞ da istədiyi kimi davranmaq imkanı qazanır.
AB ölkələrinin ritorikası tam doğrudur: Ukrayna güzəştə getməməlidir, ərazi bütövlüyü təmin olunmalıdır, suverenliyi müzakirə predmeti olmamalıdır, sərhədlər güc yolu ilə dəyişdirilməməlidir – əla, doğru, düzgün tezislərdir. Amma, bu tezislərin altını doldurmağa güc, əməl yoxdursa, boş söz yığınıdır.
AB masada olması üçün nə etməli idi – onu da deyim. Təcavüzkar Rusiya, beynəlxalq hüquqa istinad edərək Şimali Koreya ilə müqavilə bağladı, 10-15 min arası koreyalı əsgəri öz ərazisinə gətirdi, onlar Rusiya üçün vuruşdular, öldülər-öldürdülər. Moskva o əsgərləri rəsmi olaraq Kursk vilayətinə gətirdi, o torpaqlar beynəlxalq hüquqa, BMT sənədlərinə görə legitim Rusiya ərazisi idi – və bunu əsas gətirərək koreyalıları rəsmi sənədlərlə öz ərazisinə gətirdi. Kurs vilayətində Ukrayna ordusunun çıxarılmasında koreyalılar mühüm rol oynadılar.
Yaxşı, AB ölkələrinə nə mane olurdu ki, Ukrayna ilə EYNİ hüquqa malik müqavilə bağlayıb əsgər göndərsinlər?! İşğalçı Rusiya BMT sənədlərə və beynəlxalq hüquqa istinad edib Şimali Koreyadan əsgər gətirir, amma işğala məruz qalan Ukraynaya heç bir Avropa dövləti eyni jesti etmir-etmək istəmir. Hə, deyəcəksiniz ki, o ölkələrin çoxu NATO üzvüdürlər, bu NATO-Rusiya müharibəsi ola bilərdi – bu da yanlış tezisdir. Əvvəla, Avropada NATO üzvü olmayan ölkələr də var, onların biri-ikisi ilə Ukrayna müqavilə bağlaya, həmin ölkələrin bayrağı altında isə bütün Avropadan RƏSMİ əsgərlər Ukraynaya yardıma gələ bilərdilər. Bilirəm ki, azsaylı könüllülər var, amma, söhbət Şimali Koreya misalında olduğu kimi RƏSMİ ordudan gedir. Bu addım Rusiyanı çəkindirə, Avropanı masaya oturda bilərdi.
Avropa isə qorxdu, belə bir addım atmadı, sözlə dəstəyə üstünlük verdi – qorxaqları isə masaya dəvət etmirlər. Ona qalsa, NATO dövləti olan Türkiyə çəkinmədən Azərbaycanla hərbi saziş, Şuşa Bəyannaməsi imzaladı – qorxmadı, ona görə də Rusiya bu addımla hesablaşmağa məcbur qaldı.
AB başqa addım da ata bilərdi – Rusiya öz məhdud iqtisadi vəziyyətinə baxmayaraq rəsmi səfərbərlik etmədən (bir tək 2022-də məhdud etdi, qeyri-populyar addım oldu, saxladılar) muzdlu əsgər toplamağı bacardı. Orduya yazılanlara ayda 205 min rubl maaş, yaralananlara 1,5-2 mil. rubl, ölənlərin ailələrinə isə 7 milyon rubl pul ödəyir. Ukraynada isə səfərbərlik çox ağır gedir, insanları bəzən zorla orduya yığırlar – olmazdımı ki, elə həmin Avropanın rahatlığını şərq qapısında qoruyan Ukrayna Ordusunun əsgərlərinə maaşı AB verərdi?! Deyərdilər ki, kim orduya yazılırsa, AB büdcəsindən onlara ayda, məsələn, 3000 avro maaş, yaralananlara 200 min avro, həlak olanların ailələrinə 500 min avro ödəniş edəcəklər – bunu da etmədilər.
Dünya belədir, hərəkət etmədən bərəkətin olmaz – AB ölkələri öz hərəkətsizliyinin acısını, ağrısını çəkirlər, bunun bədəlini isə qəhrəman Ukrayna xalqı, Ukrayna əsgəri ödəyir.
Alyaska görüşündə həmən ciddi irəliləyiş gözlənilmir, amma, istənilən halda dost Ukrayna dövləti, qəhrəman Ukrayna xalqı üçün daha ağır şərtlər masada olacaq. Masanın üzərində...