“Birdən uşaq yesəydi?”
Fransada çörəyin içindən çıxan qorxutdu
16:40 | 1 aprel 2025 | Çərşənbə axşamı
Məqaləyə 186 dəfə baxılıb
Şriftin ölçüsü
Fransada çörəyin içindən çıxan qorxutdu
Almaniyada şəriət qanunları – molla kəbini ilə evlilik, din məhkəməsi
Fransa müdafiə büdcəsini rekord səviyyəyə qaldırır
1,5 milyon avroluq qızıl eksponat oğurlayan çinli İspaniyada ələ keçdi
Avropanın mərkəzində müharibə qorxusu
Məzar daşları dağıdıldı
Üslub qaydalarını pozan deputata 4000, iclasa qatılmayan isə 300 avro cərimələnəcək
Hökumət CSG islahatını həyata keçirməyə hazırlaşır
Almaniya kansleri Avropaya səsləndi: “Diplomatiya vacibdir, amma kifayət deyil”
Almaniyada ən çox oğurluq baş verən şəhərlər açıqlanıb
Regionda və dünyadakı sülhün möhkəmlənməsində Azərbaycanın rolu müzakirə olunub
Azərbaycan Prezidentinin köməkçisi Almaniyanın XİN-in dövlət katibi ilə müzakirələr aparıb
Prezidentin köməkçisi bu barədə rəsmi səhifəsində məlumat verib
Rəsmilər şirkətin tamamilə bağlanmaması üçün investor axtarışına başlayıblar
Xəbər saytında yazılan məqalə Fransanı qarışdırdı
İran məhkəməsi casusluqda günahlandırılan iki fransız vətəndaşı barədə hökm verdi
Son zamanlar Avropada sağ və millətçi siyasətçilərə, partiyalara qarşı repressiyalar artıb, “psevdo-sol və psevdo-liberallar” seçkidə uduzurlar deyə, anti-demokratik üsullara keçiblər. Həm Avropada, həm də bizdə bəzi “intellektuallar” bu repressiyalara haqq qazandırmağa çalışırlar və ən böyük “arqumentləri” də odur ki, zamanında 1933-də Hitlerin qarşısı alınmadı, sonra milyonlarla insan həlak oldu, yəni, o da seçki yolu ilə gəlmişdi. Bu yanaşma emosional istismardan başqa bir şey deyil, əvvəla, indi 1930-lar deyil, ikincisi Hitlerin hakimiyyətə gəlməsi Birinci Dünya müharibəsindən sonra alman xalqının, elə həmin Qərb dövlətləri tərəfindən alçaldılması böyük rol oynadı.
Amma, Hitlerin hakimiyyətə gəlməsində Stalinin də rolu olub. Qısa xronologiyanı hamımız xatırlayaq: 1932-ci ildə Almaniya kansleri Franz von Papenin hökumətinə Kommunist Partiyası tərəfindən (rəhbəri məşhur Ernst Thalman) Almaniya Reystaqında (Parlament) etimadsızlıq səsverməsi nəticəsində koalisiya dağılır, yeni seçkilər keçirilir. 6 noyabr 1932-ci ildə seçkilər keçirilir, Hitlerin partiyası 1-ci yer tutsa da (196 yer qazanır), təkbaşına hakimiyyətə gələ bilmir. Növbəti yerlərdə 121 nəfər deputatla Otto Velsin Almaniya Sosial-Demokrat Partiyası, 100 nəfər deputatla isə Ernst Thalmannın Kommunist Partiyası tutur. Parlamentə daha 3 partiya da düşmüşdü, onlar, əsasən, konservativ ideologiyalı partiyalar idi.
Bu seçkidən sonra Sosial-Demokratlar və Kommunistlər koalisiya qura bilərdilər, hətta daha 2 kiçik konservativ partiya da koalisiyaya qoşula bilərdi. Amma Stalin məktub yazaraq Ernst Thalmana Sosial-Demokratlarla eyni koalisiyada olmamağı tövsiyə edir, bununla da danışıqlar baş tutmur, hökumət formalaşmır, 1933-də daha iki dəfə seçki keçirilir – martdakı seçkilərdən sonra yenə hökumət qurulmur və noyabrda yenidən seçki keçirilir və Hitler hakimiyyətə gəlir (amma, yenə də “solun” səhvlərinə görə) və 1934-cü ildən diktaturaya doğru addımlar atılır. Hitler elə ilk kommunistləri və sosial-demokratları repressiyaya uğradır.
Yəni, müxtəlif səbəblərə, səhvlərə görə seçkidə böyük üstünlük qazanmadan, amma opponentlərini axmaqlığı ucabatından Hitler hakimiyyətə gəldiyinə görə indi bunu bəhanə edib Dünyada sağ, millətçi siyasətçiləri əzmək nəinki doğru deyil, hətta siyasi səbatsızlıqdır – çünki, əzilən sağ və millətçilər bundan bəslənərək daha böyük güc olacaqlar (Tramp örnəyi bunu göstərir). Bundan başqa, Avropada siyasətçiləri müxtəlif üsullarla, məhkəmələrlə əzmək avtoritar ölkələrə sərf edir...