vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 1 sentyabr 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Dil uğrunda mübarizə millətin son - ölməmək mübarizəsidir»

Əbülfəz Elçibəy (1938 - 2000)
AVROPA  
Avropa “SSRİ”ləşir 12:18 | 1 sentyabr 2025 | Bazar ertəsi Məqaləyə 97 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Avropa “SSRİ”ləşir

Qərbdə aylarla çəkən məsələlər Şərqdə 2-3 günə həll olunur

Natiq CƏFƏRLİ

Bu gün Çində baş tutan sammit, görüşlərin və müzakirələrin səviyyəsi, verilən bəyanatlar, açıqlamalar, bir daha onu sübut etdi ki, Qərb, əsasən də, Avropa öz hegamonluğunu, mənəvi, maddi, texnoloji və elmi üstünlüyünü itirir.

Günah özlərindədir – son 30 ildə Avropa “SSRİ”ləşdikcə, Çin, Hindistan, İndoneziya, Vyetnam və s. ölkələr iqtisadi anlamda “Qərbləşdilər” və bu proses orqanik, təbii, Qərbin səhvlərini təkrar etməyərək baş verdi.

AB ölkələri, Avropa həddindən artıq tənzimləmə qanunları, iqtisadiyyatda maneələr yaratmaqla öz üstünlüyünü xərcləyib-bitirdi. Bu gün, məsələn, Avropada tikintiyə icazə aylar çəkir, Çində 3 günə həll olunur, bu gün Avropada restoran açmaq üçün əvvəl milli qanunvericilikdəki maneələri, sonra da AB-nin requlyativ, tənzimləyici məhdudiyyətlərini aşmaq lazım olur, amma, məsələn, Laosda bu məsələ 1 günə həllini tapır. Bu gün Avropa ölkələri turizmlə MÜBARİZƏ aparır, hər gün daha çox məhdudiyyətlər qoyur, amma, məsələn, Səudiyyə Ərəbistanı kimi qapalı ölkə, qapılarını turistlər üçün daha çox açır. Laos, Kamboca, İndoneziya kimi ölkələr daha çox turist qəbulu üçün qaydaları daha da sadələşdirirlər.

Bu gün Avropa iqtisadiyyatı daralır, Şərqdə, Sakit okean hövzəsində yerləşən ölkələrdə iqtisadi artımın tempi göz qamaşdırır. Bu gün Avropa təhsil və elmi SSRİ-də olduğu kimi “idieologiyalaşdırır”, ancaq “sol, pvesdo-liberal” mövzular önə çəkilir, elmi araşdırmalara ideoloji “gözlə” baxırlar (necə ki, SSRİ kibernetika və genetikanı ideoloji səbəblərdən məhdudlaşdırır, elmə “sosializm” pəncərəsindən baxırdı), Çin, Hindistan elmi acıgözlüklə mənimsəyirlər və təhsilə ciddi önəm verirlər - heç də təsadüfi deyil ki, dünyada riyaziyyat, fizika və kimya olimpiadalarını çinlilər udmağa başlayıblar.

Qərbin ümidi yenə ABŞ-dır – Amerika öz köklərinə, öz inkişaf instinktlərinə geri dönərək iqtisadi AZADLIQLARI önə çəkə bilsə, Qərb sivilizasiyası üçün yeni şans doğacaq.

Bütün bunları həm də ona görə yazdım ki, Azərbaycan, təəssüf ki, Avropanın səhv atdığı bəzi addımları təkrarlayır – ölkəmizdə hər il həddindən artıq tənzimləmə qanunlarının sayı çoxalır, iqtisadiyyata birbaşa müdaxilə edən dövlət-hökumət orqanlarının sayı yağışdan sonra göbələk kimi artır. Bu yanlış, ölkənin inkişafının qarşısını alan yoldur. İqtisadi azadlıqlar, təşəbbüskarlıq, biznes üçün ədalətli şərait olmazsa-olmazdır, ölkəmizin inkişafı və rifahı üçün “ədalətli, kiçik və effektiv hökumət” modelinə keçid mütləqdir.


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)