Daha ucuz, dəqiq, itkisiz
Ukraynada snayperlərin yerini PUA-lar almağa başlayıb
10:01 | 2 aprel 2025 | Çərşənbə
Məqaləyə 385 dəfə baxılıb
Şriftin ölçüsü
Ukraynada snayperlərin yerini PUA-lar almağa başlayıb
Marqarita Mamun: “Sürükləndiyim daxili klaustrofobiyadan, azadlıqsızlıqdan boğuluram”
Rusiyada yanğında ölən insan sayı 35 faiz, xəsarət alan 47 faiz artıb
Qitələrarası ballistik raketi ilin sonunadək arsenala qəbul ediləcək
“Ursa Major”un kimin batırdığı məlum deyil
Ukrayna zərbələrindən sonra NEZ-lər sıradan çıxıb
Yaşayış binasında baş verən güclü yanğın zamanı 300 nəfər təxliyə edilib
Kremlin qarşısındakı hərbi keçidi “qəssab general” Andrey Mordviçev idarə edib
“İzolyasiya” həbsxanasının ən qəddar işçisini ən ağır cəza gözləyir
Avropa ölkələri ABŞ ilə sövdələşməyə hazırlaşır
21 il əvvəl bütün dünya liderlərinin yığışdığı meydanda indi lələ köçüb, yurdu qalıb
Kreml dəhlizlərində çevriliş iddiaları daha bərk səslə danışılır
... Yaxud Kreml üçün qorxulu diaqnoz
Moskva Ukraynadakı xarici səfirliklərə və diplomatik nümayəndəliklərə xəbərdarlıq etdi
Müəmmalı ölümün intihar, yoxsa qətl olması araşdırılır
“The Washington Post”: “Hakimiyyət daxilində müharibəyə münasibət dəyişməyə başlayıb”
Rusiyada miqrantlara qarşı qanunlar sərtləşdirilir, bunun bir neçə səbəbi var:
1. Daxili “düşmən” obrazı – avtoritar rejimlərdə iqtisadiyyatda, sosial həyatda hökumətin bacarıqsızlığını “izah” etmək üçün mütləq daxili və xarici “düşmənlər” lazımdır. Xarici düşmənlər artıq var – Ukrayna, Avropa, Yaponiya, Avstraliya və s., daxildə bacarıqsız siyasəti isə miqratlara yükləmək ən rahat və asan yoldur.
2. Rusiyada siyasi-ictimai mobil qruplar yox dərəcəsindədir, ideoloji siyasi partiyalar da yoxdur, əsas passionar kütlə etnik diasporalarda cəmləşib. Miqratlara qarşı Kremlin “səlib yürüşünün” məqsədlərindən biri də etnik diaspora təşkilatlarını zəiflətmək, onları hüquq-mühafizə orqanlarına tam tabe etmək, ciddi nəzarət mexanizmləri yaratmaqdır.
3. Daha bir səbəb miqrantları öz imperialist və işğalçı siyasətləri həyata keçirmək üçün ölməyə hazır olan əsgərlərə çevirməkdir.
SSRİ dağılanda Rusiyanın əhalisi 148 milyon 514 min nəfər idi. 2025-ci ilin yanvarın 1-nə olan məlumata görə əhali sayı 146 milyon 23 min nəfər olub. Yəni, 35 ildə əhali nəinki artıb, hətta 2 milyon 491 min nəfər azalıb. Son 35 ildə Rusiya vətəndaşlığını qəbul edənlərin sayı 17-18 milyon nəfərə yaxın olub (mənbələrdə fərqli məlumatlar var). Yəni, miqrantlar Rusiyaya gəlib yaşamasaydılar, vətəndaşlıq almasaydılar, bu gün Rusiya əhalisi 130 milyon nəfərə yaxın olardı, hətta, daha aşağı rəqəmlər görərdik, çünki, vətəndaşlıq alan miqrantların da övladları artıq Rusiya ərazisində dünyaya gəliblər. Yəni, yan təsirləri də nəzərə alsaq, miqrantlar olmasaydı Rusiya əhalisi indi 125 milyona ancaq çatardı.
Rusiyanın demoqrafiyasını heç miqrantlar da xilas edə bilmir – son 6 ildə ölənlərin sayının doğulandan daha çox olduğu görünür: “Rosstatın” məlumatına görə, Rusiya Federasiyasında əhalinin təbii azalması (ölümlərin doğumdan çox olması) aşağıdakı kimi qiymətləndirilir: 2019-cu ildə – 317,2 min nəfər, 2020-ci ildə – 688,7 min nəfər, 2021-ci ildə – 1 milyon 042,7 min nəfər, 2022-ci ildə – 599,6 min nəfər, 2023-cü ildə – 495,3 min nəfər, 2024-cü ildə – 596,2 min nəfər.
Yəni, Rusiya təbii olaraq “ölür”, əhali azalır, miqrantlar olmasa hətta ac da qala bilərlər, çünki, miqrantların gördüyü işi rusiyalılar görmür və görmək istəmir. Bütün bunlara baxmayaraq Kremlin israrla şovinist anti-miqrant siyasətinin izahı ancaq daxili problemləri ört-basdır etmək üçün “günah keçiləri” axtarışından başqa bir şey deyil və məntiqsiz yanaşmadır...