vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 24 aprel 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Şair xalqın səsi, əsrin səsidir,
Vətənin ağsaçlı sərkərdəsidir,
Hökmüylə ordular ayağa qalxır,
Şerinin selində daşlar da axır»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
BANK, BİRJA, SIĞORTA  
AMB-də iqtisadçılarla görüş 09:56 | 24 aprel 2025 | Cümə axşamı Məqaləyə 18 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

AMB-də iqtisadçılarla görüş

“Mərkəzi bank inzibati deyil, iqtisadi alətlərə üstünlük verir”

Natiq CƏFƏRLİ

MÖVZU İLƏ ƏLAQƏLİ

Dünən günün ikinci yarısında Mərkəzi Bankın rəhbəri hörmətli Taleh Kazımovun bir neçə iqtisadçı ilə növbəti görüşü oldu – belə müzakirələrin ənənəyə çevrilməsi sevindiricidir, bunun üçün Mərkəzi Bankın komandasına təşəkkür edirəm.

Bu görüşdə də çox açıq fikir mübadiləsi oldu, Mərkəzi Bankın bir çox məsələlərlə bağlı mövqeyini birbaşa qurumun rəhbərindən eşitdik, suallarımızı verdik, razı olmadığımız məqamları bildirdik.

Görüşlə bağlı uzun-uzadı yazmaq istəmirəm, amma Taleh müəllimin söhbət zamanı bir neçə dəfə, “MB inzibati alətlərdən istifadə etmək istəmir, səlahiyyətləri çərçivəsində iqtisadi alətlərə üstünlük verir”, fikrini bəyəndim. Dövlət qurumu olan MB-ın belə yanaşmasını hökumət qurumları da mənimsəsə, yaxşı olar.

MB iqtisadi alətlərlə bazara müdaxilə edib gözlədiyi reaksiyanı ala bilmir, çünki hökumət orqanları bazar iqtisadiyyatı məntiqi ilə davranmağı unudublar, onların əsas aləti inzibati müdaxilələr, sərt tənzimləmə mexanizmlərinin tətbiqidir. Bu gün AB ölkələrində iqtisadi geriləmənin əsas səbəblərindən biri “over regulation”, aşırı tənzimləmədir. ABŞ-a və Çinə həm də buna görə uduzurlar.

Şəxsən mənim qaldırdığım bir neçə məsələ oldu:

1. MB-ın həftəlik valyuta hərracları nəticələrinin 1 aydan çoxdur ki, açıqlamamasını doğru saymıram. Taleh müəllim kifayyət qədər arqumentli izah etsə də, düşünürəm ki, bu qərar bazarda ajiotajı azaltmır, əksinə, artırır. Bəli, dolayı rəqəmlərlə zatən hər ay nə qədər valyuta satıldığı, bəli, 1 il ərzində Neft Fondunun nə qədər dollar satacağı da öncədən bilinir, bu həcm dəyişmir, amma, düşünürəm ki, həftədə 2 hərrac haqında hər yeni həftənin 1-ci günü ümumi məlumat dərc olunsa, yaxşı olar.

2. Maliyyə Nazirliyinin ehtiyat büdcə vəsaitini banklara 3 aylıq depozitə qoyması məsələsini də qaldırdım, yeni, doğru yanaşmadır, amma, problem odur ki, bu vəsait 3-4 iri, sistemyaradan banklara yerləşdirilir, kiçik banklar rəqabətdə daha da geri düşür.

3. Ölkədə vətəndaşların arasında xarici birjalarda qiymətli kağızların alqı-satqısı getdikcə populyarlaşır, amma bu fəaliyyətin vergi ayağı doğru tənzimlənmir, vergi insanlara problem yaradır, buna görə də, bizim treyderlər xarici banklara üz tutub onların “online” bankçılığı platformalarından istifadəyə üstünlük verirlər.

4. Taleh müəllim ölkədə cəmi 150 min vətəndaşın əmanət hesabının olduğunu dedi – bu ölkəmiz üçün çox kiçik rəqəmdir, amma bu nəticədir, səbəblər bank sektoruna güvənin hələ tam təsis olunmaması, gizli iqtisadiyyatın miqyasının böyük olması və insanların rəsmi rəqəmlərin yaxşı  göstərilməsinə rəğmən daha kasıb olmasıdır.

Bank kredit faizlərinin yüksək olması, manatın gələcəyi də müzakirə olundu, aldığımız siqnal belədir ki, nə MB, nə də hökumət yaxın-orta vədədə manatın məzənnəsinin dəyişməsini istəmir, inzibati-sabit məzənnə rejimini saxlamağı düşünürlər...


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)