AMB-də məhsuldar görüş
Mərkəzi Bankın da hökumətdən tələbləri olmalıdır
12:24 | 14 avqust 2025 | Cümə axşamı
Məqaləyə 417 dəfə baxılıb
Şriftin ölçüsü
Mərkəzi Bankın da hökumətdən tələbləri olmalıdır
Kriptovalyuta səhmləri bahalaşdı
Makroiqtisadi narahatlıqlar, ETF çıxışları təzyiq yaradır
14 milyard dollarlıq “Bitcoin” ələ keçirildi
ABŞ-Çin gərginliyi yüksəlişi durdurdu
Pentaqon Rusiyanın dərinliklərini vurmaq üçün Ukraynaya köməklik edəcək
ETF xəbərləri və mövsümi faktorlar kriptovalyuta bazarını dəstəkləyir
Kripto bazarı son günlər itirdiklərini qaytarır
Satış təzyiqi artır, bütün diqqət ABŞ göstəricilərində
Avro Bölgəsində inflyasiya gözləntiləri yüksəldi
Proqnozlar hədəfə yaxın olub
Kibercinayətkarlıq statistikası niyə dayandırıldı?
Kripto birjası “Bullish” üçün “Wall Street” analizləri başladı
“Bitcoin” fondlarına maraq davam edir
Kriptovalyuta bazarında həftənin xülasəsi
Kriptovalyuta sentyabrda düzəliş mərhələsini geridə qoya biləcəkmi?
Mərkəzi Bank xüsusi tənzimləmə rejiminin ilk mərhələsi üzrə sınaq dövrlərinin başa çatdığını bəyan edib. Sınaq müddətində 4 innovativ məhsulun qiymətləndirilməsi həyata keçirilib. 2 istiqamət üzrə qiymətləndirmə nəticələri uğurlu hesab olunub, digərləri üzrə məqsədəuyğun hesab edilməyib.
Dəstəklənən layihələr məhz kriptovalyuta əməliyyatları ilə bağlıdır. Belə ki, kriptovalyuta əməliyyatlarını daha təhlükəsiz və şəffaf şəkildə icra etmək üçün “m10” tətbiqinin “Binance” platformasına inteqrasiyasını nəzərdə tutulur. İstifadəçilər bu inteqrasiya vasitəsilə “Binance” cüzdanlarına mədaxil və məxaric edə bilərlər. Digər layihə “kriptobroker platforması” virtual aktivlərinin asan və təhlükəsiz şəkildə alışı, satışı və saxlanılması imkanlarını yaradır. Xüsusi tənzimləmə rejimi çərçivəsində sınaqların keçirilməsində məqsəd həmçinin bu istiqamətdə normativ-hüquqi bazanı formalaşdırmaq və təkmilləşdirməkdir.
Mərkəzi Bank hələ 2019-cu ildən blokçeyn əsaslı Rəqəmsal İdentifikasiya Sisteminin yaradılması layihəsinin icrasına başlayıb. Blokçeyn texnologiyasının tam tətbiqi imkanlarının araşdırılması virtual pul bazarının inkişafı baxımdan vacibdir.
Mərkəzi Bankın test layihələri daha yaxın gələcəkdə Azərbaycanda kriptovalyutaların buraxılması və istifadəsinə imkan yarada bilər. Qlobal maliyyə əməliyyatları intensiv şəkildə virtuallaşdığı üçün Azərbaycanda da kriptovalyutalardan istifadə və sistem inteqrasiyası əsas çağrışlardan biridir.