vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 11 sentyabr 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
BANK, BİRJA, SIĞORTA  
AMB qərarını dəyişmədi 18:29 | 11 sentyabr 2025 | Cümə axşamı Məqaləyə 108 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

AMB qərarını dəyişmədi

Proqnozlar hədəfə yaxın olub

XALİDƏ

MÖVZU İLƏ ƏLAQƏLİ

Avropa Mərkəzi Bankı (AMB) sentyabr ayının iclasında gözlənildiyi kimi faiz dərəcələrinə toxunmadı. Bankın açıqlamasına əsasən, depozit faizi 2%, əsas refinanslaşdırma faizi 2,15%, marjinal borclanma faizi isə 2,40% səviyyəsində saxlanıldı.

AMB-nin bəyanatında bildirildi ki, inflyasiya hazırda orta müddətli hədəf olan 2%-ə yaxın hərəkət edir və qurumun inflyasiya mənzərəsinə dair əvvəlki qiymətləndirməsi ümumilikdə dəyişməyib. Bankın yenilənmiş proqnozları isə gələn il istehlak qiymətlərində 1,7%-lik artımın gözlənildiyini göstərir. Bu göstərici əvvəlki 1,6%-lik proqnozdan bir qədər yüksək olsa da, hədəfə yaxın hesab olunur. 2027-ci ildə isə artım tempinin 1,9%-ə qədər geriləyəcəyi ehtimal edilir.

Makroiqtisadi mənzərəyə gəlincə, Avrozonada ümumi daxili məhsulun (ÜDM) bu il 1,2%, 2026-cı ildə isə 1% artacağı gözlənilir. Bank iqtisadi artıma dair risklərin əvvəlkindən daha balanslı olduğunu qeyd edir.

Qərarın ardınca keçirilən mətbuat konfransında AMB prezidenti Kristin Laqard, Avrozonada daxili tələbin güclü olduğunu, əmək bazarının sabit inkişaf etdiyini və dövlət xərclərinin investisiyalara dəstək verdiyini bildirdi. Onun sözlərinə görə, güclü avro məzənnəsi səbəbindən baza inflyasiyada geriləmə müşahidə ediləcək.

Laqard həmçinin vurğuladı ki, dezinflasiya prosesi başa çatıb və inflyasiya artıq istənilən səviyyədədir. Onun sözlərinə görə, Avrozonanın iqtisadiyyatı artım yolunda olsa da, bankın siyasəti diqqətlə izlənəcək və şərtlərə uyğun dəyişikliklər edilə bilər.