
“Dünya üçün ciddi təhlükə olar”
AMB rəhbərindən FED xəbərdarlığı
AMB rəhbərindən FED xəbərdarlığı
Avro Bölgəsi üzrə inflyasiya gözləntilərin altında qalıb
AMB rəsmisi: “Sistemə etimad inflyasiya gözləntilərini də möhkəmləndirir”
Laqard: “Avro bölgəsi potensialına geri dönür”
AMB rəsmisi: “AMB yeni pul siyasəti mərhələsinə daxil olub”
Avropa Mərkəzi Bankı faizləri sabit saxladı, ticarət qeyri-müəyyənliyini səbəb göstərdi
“AMB faiz dərəcələrini daha da aşağı salmağa tələsmir”
Avropa Mərkəzi Bankı avronun sürətlə bahalaşmasından narahatdır
“AMB faiz dərəcələri ilə bağlı ən azı sentyabr ayına gözləməlidir”
AMB faiz endiriminin sonuncu olduğunu deyir
Laqard müddətinin sonuna qədər vəzifəsini davam etdirəcək
Laqard: “Biz onun komandası ilə əməkdaşlıq etməliyik”
Laqard: “Ucuz Çin malları Avropa bazarlarını doldurarsa, ...”
5-dən 100-ə qədər olan bütün əskinaslar yeni tərtibatda
“Müharibə başlasa, bankdakı pulumuz necə olacaq?”
AMB rəsmisindən xəbərdarlıq
Avropa Mərkəzi Bankının (AMB) prezidenti Kristin Laqardın fikrincə, qlobal ticarətdə zorakılığın uzunmüddətli üstünlüyü artıq yoxdur.
Bu gün Pekində Çin Xalq Bankında çıxış edən Laqard, “Məcburi ticarət siyasəti bugünkü ticarət gərginliyi üçün davamlı həll yolu deyil. Proteksionizm disbalansı aradan qaldıracaq fundamental problemləri həll etməkdənsə, qlobal rifahın əsaslarını aşındırır. Hazırda ölkələr qlobal təchizat zəncirləri vasitəsilə dərin inteqrasiya olunsa da, onlar geosiyasi baxımdan keçmişdə olduğu qədər uyğunlaşdırılmayıb”, – deyib.
Məcburi ticarət siyasətinin qisas və qarşılıqlı zərərli nəticələrə gətirib çıxarma ehtimalı daha yüksəkdir”. Bu arada, AMB İdarə Heyətinin üzvü Yannis Sturnaras “Handelsblatt” qəzetinə verdiyi müsahibədə ABŞ-ın gömrük rüsumları ilə bağlı gözlənilməz siyasətinin dolların qlobal ehtiyat valyutası statusunu sarsıtdığını və bunun avro üçün bir fürsət olduğunu deyib.
“ABŞ gömrük rüsumları ilə idxalı kəskin şəkildə azaltmağa çalışaraq qlobal ticarət qaydalarını pozur. Bunun əksinə, Avrozona dövlət və hökumət başçıları sabitliyə, azad bazarlara, demokratiyaya və qanunun aliliyinə sadiqdirlər”, – Sturnaras deyib.
Bu arada Dünya Bankı ticarət gərginliyi və siyasətdəki qeyri-müəyyənliyi əsas gətirərək, 2025-ci il üçün qlobal artım proqnozunu 2.7 faizdən 17 ilin ən aşağı səviyyəsi olan 2.3 faizə endirib və 2020-ci illərin 1960-cı illərdən bəri ən zəif onillik olacağı barədə xəbərdarlıq edib.