
Avronun gücü narahatlıq yaradır
“AMB faiz dərəcələrini daha da aşağı salmağa tələsmir”
“AMB faiz dərəcələrini daha da aşağı salmağa tələsmir”
Avropa Mərkəzi Bankı avronun sürətlə bahalaşmasından narahatdır
Laqard: “Fundamental problemləri həll etməkdənsə, qlobal rifahın əsaslarını aşındırır”
“AMB faiz dərəcələri ilə bağlı ən azı sentyabr ayına gözləməlidir”
AMB faiz endiriminin sonuncu olduğunu deyir
Laqard müddətinin sonuna qədər vəzifəsini davam etdirəcək
Laqard: “Biz onun komandası ilə əməkdaşlıq etməliyik”
Laqard: “Ucuz Çin malları Avropa bazarlarını doldurarsa, ...”
5-dən 100-ə qədər olan bütün əskinaslar yeni tərtibatda
“Müharibə başlasa, bankdakı pulumuz necə olacaq?”
AMB rəsmisindən xəbərdarlıq
Baza artımı 2,6 faizdən 2,4 faizə enib
5, 10, 20, 50 və 100 avroluq banknotlar dəyişəcək
İki AMB rəsmisi inflyasiya və Tramp siyasətləri haqqında xəbərdarlıq edir
Avropa Mərkəzi Bankından xəbərdarlıq
Avropa Mərkəzi Bankı marjinal kreditləşmə üzrə müvafiq addımlar atacaq
Avropa Mərkəzi Bankı (AMB) ardıcıl yeddi iclasda faizləri azaltdıqdan sonra, Avropa ilə ABŞ arasında ticarət sahəsindəki qeyri-müəyyənliklərin aradan qalxmasını gözləyərək faizləri sabit saxlayıb.
AMB əmanət faizini 2 faiz səviyyəsində saxlayıb.
Pul-kredit siyasəti faizi 2,15 faiz, gecəlik borclanma faizi isə 2,40 faiz səviyyəsində dəyişməyib.
“Bloomberg” tərəfindən keçirilən sorğuda iştirak edən iqtisadçılar da faizlərin dəyişməyəcəyini proqnozlaşdırırdı.
Bankın qərar mətnində bildirilir ki, son statistik göstəricilər AMB-nin inflyasiya görünüşünə dair əvvəlki dəyərləndirmələri ilə ümumi olaraq uyğunluq təşkil edir.
AMB qeyd edir ki, Avrozonada qiymət təzyiqləri əməkhaqlarındakı artımın yavaşlaması ilə birlikdə zəifləməyə davam edir. Bank əlavə edib ki, əvvəlki faiz endirimlərinin təsiri ilə Avropa iqtisadiyyatı hazırkı qlobal qeyri-müəyyən mühitdə ümumilikdə dözümlülüyünü qoruyub.
Bununla yanaşı, bank xüsusilə ticarət mübahisələri səbəbilə mühitin hələ də qeyri-adi dərəcədə qeyri-müəyyən olduğunu vurğulayıb.
Qərarda AMB-nin orta müddətli dövrdə 2 faizlik inflyasiya hədəfinə nail olmaqda qətiyyətli olduğu, pul siyasətini verilərə əsaslanan və iclasdan-iclasadək qərar verilən yanaşma ilə müəyyən edəcəyi yenidən qeyd olunub.
“Ticarət tarifləri və qeyri-müəyyənlik dövrü”
Qərardan sonra AMB Prezidenti Kristin Laqard mətbuat konfransında çıxış edib.
Lagard faiz siyasəti ilə bağlı qəti bir xətt izləmədiklərini, hazırkı şəraitdə əməli qərarların veriləcəyini bildirib. O qeyd edib ki, iqtisadiyyat dözümlüdür, lakin qarşıdakı dövrdə belirsizliklər davam edəcək, bunun da əsas səbəbi ticarət tarifləridir.
Laqard, iqtisadi görünüşə dair risklərin aşağı yönlü olduğunu bildirib. Avrozonanın və Avropa iqtisadiyyatının daha da gücləndirilməsinin vacibliyini, AMB-nin isə daha məhsuldar, rəqabətə davamlı və dözümlü olması gərəkdiyini qeyd edib.
Hazırkı verilərə əsasən baza ssenarilərinin olduğunu və buna inamlarının tam olduğunu deyən Laqard, inflyasiyanın 2 faizə yaxın olduğunu və AMB-nin hazırda yaxşı bir mövqedə olduğunu vurğulayıb.
“Güclü avro inflyasiyanı daha da azalda bilər”
Laqard əlavə edib ki, inflyasiya AMB-nin hədəfləri ilə uyğunluq təşkil edir, uzunmüddətli gözləntiləri də təxminən 2 faiz səviyyəsindədir və bu gözləntilər artıq sabitləşib.
Bununla yanaşı, o vurğulayıb ki, güclü avro inflyasiyanı gözlənildiyindən daha çox azalda bilər. Lagard bildirib ki, qlobal ticarət danışıqlarının gedişini diqqətlə izləyirlər, lakin tariflərin və ticarət ləngiməsinin inflyasiyaya necə təsir göstərəcəyini söyləmək çətindir.
Kristin Laqard həmçinin bildirib ki, AMB-nin valyuta məzənnəsinə dair konkret hədəfi yoxdur, amma iqtisadi proqnozlar üçün vacib olduğu üçün valyuta məzənnələrini diqqətlə izləyirlər.
Sonda o əlavə edib ki, əməkhaqqı xərcləri hələlik mülayimdir və əməkhaqlarının artım sürətinin də azalması vacibdir.