
Stiven Kinqdən “təhlükəli” Tramp ssenarisi
Yazar: “Ona “dəli” demək istəmirəm, çünki onun həqiqətən dəli olduğunu düşünmürəm”
Yazar: “Ona “dəli” demək istəmirəm, çünki onun həqiqətən dəli olduğunu düşünmürəm”
ABŞ Maliyyə Naziri Skott Bessent tarifələrin ləğvi ilə bağlı xəbərdarlıq edib
İngiltərəni və ABŞ-ı qarışdıran “Epşteynin doğum günü dəftəri”
Trampın Epşteynə yazdığı iddia edilən məktub açıqlandı
Donald Trampın jurnalist Cin Karola təcavüzlə bağlı məhkəmə qərarı təsdiqləndi
Girov razılaşmasını qəbul etməsi üçün ...
Tramp Rusiyaya yeni sanksiyalar tətbiq etməyə hazır olduğunu deyib
Tramp Rusiyanın Ukraynaya son hücumundan danışıb
Proses hara gedir, Azərbaycan nə istəyir?
ABŞ-da aparılan sorğu Trampın siyasətinin bəyənilmədiyini ortaya çıxarıb
Tramp administrasiyası Massachusetts ştatında yeni miqrant ovuna başlatdı
Trampın sərəncamı ABŞ-a milyardlarla dollara başa gələcək
“Deportasiya qoxusunu sevirəm”
Milyarder Ağ Evdə təşkil edilən axşam yeməyində dəvətlilər arasında deyildi
ABŞ prezidenti gömrük rüsumları qərarının sürətləndirilməsini istəyir
ABŞ məhkəməsindən kritik qərar
Amerika Birləşmiş Ştatlarında prezident Donald Trampın ikinci dönəmi, siyasi qərarların məsləhətləşmə yox, şəxsi instinktlərlə alındığı bir epoxa çevrilib. Bu, nə qədər təhlükəli görünürsə, bir o qədər də onun öz siyasi gücünü ifadə edir: Prezidentlik institutu ilə “liderlik kultu” arasında sərhəd silinib.
Lakin istisna bir məqam var: İsrail–İran müharibəsi. Tramp bu məsələdə hər zamankı kimi sərbəst deyil. Çünki iki güclü təzyiq cəbhəsinin arasında sıxılıb:
Birincisi: İsrail hökuməti və Netanyahu, Trampdan birbaşa hərbi müdaxilə gözləyir;
İkincisi: MAGA hərəkatı – onun əsas seçici bazası – ABŞ-ın başqasının müharibəsinə girməsinə qarşı çıxır.
Bu qarşıdurma təsadüfi deyil. MAGA-nın “Əvvəlcə Amerika” doktrinası ilə İsrailin “bizimlə və ya bizə qarşısan” ritorikası bir masa ətrafında uzlaşmır.
Bəzi yüksək rütbəli MAGA tərəfdarları – məsələn, Marjorie Taylor Greene və Steve Bannon – Trampı yeni bir Yaxın Şərq bataqlığından uzaq saxlamağa çalışırlar. Onlar İraq və Əfqanıstan travmasının təkrarını istəmirlər.
Digər tərəfdə isə Netanyahu Trampın şəxsi əlaqələrindən və strateji boşluqdan istifadə edərək İranın nüvə infrastrukturuna qarşı ABŞ hərbi dəstəyini tələb edir.
Tramp isə qərarını verdi: nə tam müharibə, nə də tam imtina.
Sadəcə üç nüvə obyektinə məhdud hava zərbəsi endirildi – nə MAGA tam narazı qaldı, nə də İsrail tam razı.
Bu, klassik “iki pisin içindən az pis olanı seçmək” vəziyyətidir.
Amma burada məsələ təkcə Trampın seçimi deyil – ABŞ-ın xarici siyasətində populist hərəkatların, yəni MAGA-nın qərarvermə prosesində nə qədər dərin pay sahibi olduğunu göstərir.
Əgər MAGA bu qədər güclü təzyiq edə bilirsə, deməli, ABŞ-ın dünyadakı ənənəvi ittifaqları – xüsusilə İsraillə olan münasibətləri – artıq daxili ideoloji savaşların girovuna çevrilə bilər.
Bir metaforla bağlayaq.
Bu vəziyyət, sanki “Qara cəngavər” (“The Dark Knight”) filmində Cokerin Batmana (Yarasa adam) seçdirdiyi iki bombalı bərə oxşayır:
– Biri mülki insanlarla doludur, digəri isə məhbuslarla.
Hansı partlayacaq?
Qurtarsan, digəri öləcək. Gözləsən, hər ikisi.
Tramp da qərar verdi – bir az xilas, bir az risk. Amma ən əsası: özünü xilas.