
“Qol güləşi”ndən söz duelinə
Tramp və Makron arasında gərgin dialoq iddiası: “İki lider mübahisə etdi”
Tramp və Makron arasında gərgin dialoq iddiası: “İki lider mübahisə etdi”
Statistika məlumatlar təxirə salındı, FED hansı addımı atacaq?
ABŞ hökumətinin bağlanması iqtisadiyyata və kredit reytinqinə təsir edə bilər
Federal işçilərin işdən çıxarılmasına başlanacaq
Vergilər Pekinə cavabdır
ABŞ-da ağac məhsullarına əlavə rüsum tətbiqinə başlanıldı
Oval kabinerin “qızıl çağı” – ABŞ prezidenti Ağ Evi qiymətli doldurmağa davam edir
Trampdan kütləvi ixtisarla hədələdi
Tramp Biden administrasiyasının keçmiş rəsmisini işdən çıxarılmasını istəyir
Dərmanlara 100, mebellərə 50 faiz gömrük rüsumu
Keçmiş FED sədrlərindən ABŞ Ali Məhkəməsinə Kuk çağırışı
Ağır yük maşınlarının idxalına 25% gömrük rüsumu tətbiq ediləcək
Tramp üçün qalxdığı eskalatordakı nasazlıq sabotaj şübhəsi yaratdı
Trampın mövqeyində “U” dönüşü Zelenskini də təəccübləndi
ABŞ prezidentinin əleyhdarlarının növbəti aksiyası
FED sədri riskə işarə edir
Hopi qəbiləsinin yüzilliklər əvvəlinə dayanan “Həqiqi ağ qardaş” mifologiyası “qırmızı papaq geyinən bir liderin” yüksəlişini proqnozlaşdırır. Bəzi şərhçilər bu simvolu Donald Tramp ilə əlaqələndirərək öncəgörməni yenidən diqqət mərkəzinə gətirdi.
Vaxt.AZ xarici mediaya istinadən xəbər verir ki, Hopi qəbiləsinin qədim proqnozu ABŞ-dakı müasir müzakirələrlə birgə yenidən maraq oyandırdı. ABŞ-ın cənub-qərbində yaşayan Hopi qəbiləsinə aid bu yüzillik mifologiya “qırmızı papaqla tanınan” sirli bir şəxsin ölkəni əbədi dəyişdirəcəyini bildirir.
1992-ci ildə Hopi yaşlılarından Tomas Banyakya bu ekstrasensliyi BMT-də təqdim etmişdi. O, “Böyük ruh tərəfindən sülhü təmin etmək üçün göndəriləcək üç yardımçıdan biri olan “Həqiqi ağ qardaşın bir gün gələcəyini” söyləmişdi. Banyakyaya görə bu fiqur, böyük sosial təlatüm və sürətli texnoloji dəyişiklik dövründə ortaya çıxacaq.
Mifologiya son olaraq “SundayCool” adlı podkast proqramında gündəmə gəldi. Aparıcı Coş Huper, “Həqiqi ağ qardaş gəldikdə güclü olacaq və qırmızı papaq və ya paltar geyinəcək” sözlərini oxuyaraq dinləyicilərə Donald Trampın məşhur “Make America Great Again” (MAGA) şapkasını göstərdi.
Huper bu fiqurun “öz inancı xaricində heç bir dinə mənsub olmayan, böyük bir xalqın lideri” olaraq təsvir edildiyini və öncəgörmədəki iki “köməkçi”ni ABŞ Vitse-prezidenti Ceyms Vens və milyarder İlon Mask olaraq şərh etdi.
Hopi inancına görə insanlıq indi “dördüncü dünya”da yaşayır. Bu dövr, korrupsiya, tamah və təbiətdən uzaqlaşmanın yaratdığı “böyük təmizləmə” prosesi ilə sona çatacaq. “Qırmızı papaqlı” fiqur bu xaotik dövrdə insanlığa rəhbərlik edəcək bir elçi kimi qəbul edilir.
Mifologiyaya görə, əgər bu üç yardımçı öz vəzifələrində uğursuz olarsa, qərbdən “qırmızı qarışqalar kimi sürətlə yayılan güclü bir fırtına” gələcək. Lakin Hopi xalqının təlimlərinə sadiq qalanlar olarsa, Böyük Ruh Massauu yenidən görünəcək və dünya xilas olacaq.
Mifologiyaya görə, uğur təmin olunarsa, dünyanın beşinci dövrə keçəcəyi göstərilir. Bu dövr barış, bolluq və təbiətlə əlaqəsinin hakim olduğu yeni bir çağ kimi təsvir edilir.
Hopi yaşlıları və tədqiqatçılar bu təlimlərin müasir siyasi fiqurlarla birbaşa əlaqələndirilməməsi lazım olduğunu vurğulayır. Onlara görə “Həqiqi ağ qardaş” hekayəsi şəxsi xilas və təbiətlə yenidən uyğunluq çağırışı edən ruhani bir simvoldur.
Bu gün isə “qırmızı papaqlı lider” təsviri, texnoloji dəyişiklik və siyasi xaos dövrlərində insanlığın hansı yolu seçəcəyinə dair xəbərdarlıq kimi yenidən gündəmə gəlir.