Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
07:31 | 16 oktyabr 2025 | Cümə axşamı
Məqaləyə 462 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
Pekin Vaşinqtonun mümkün nüvə zərbəsinə qarşı səhrada böyük bunkerlər tikir
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
Ağ Evdə çıxış edən ABŞ Prezidenti Donald Tramp iki ölkə arasında artan ticarət gərginliyini və gömrük rüsumlarını dəyərləndirərək, yaxın həftələrdə Çin Prezidenti Si Cinpinqlə keçirəcəyi görüşdə razılaşma əldə olunmasa, vəziyyətin daha da uzana biləcəyini qeyd edib.
“Hazırda müharibə içindəyik. Əgər gömrük vergilərimiz olmasaydı, müdafiəmiz də olmazdı”, – deyə Tramp bildirib.
O, gömrük rüsumlarının həm milli müdafiə, həm də təhlükəsizlik üçün mühüm alət olduğunu vurğulayıb və əvvəlki administrasiyaların bu vasitədən istifadə etməməsini tənqid edib.
Tramp gömrük rüsumlarının ABŞ-a trilyonlarla dollar qazandırdığını və eyni zamanda sülhün qorunmasında mühüm rol oynadığını söyləyib: “Əgər gömrük vergiləri olmasaydı, dünyada müharibələr davam edərdi. Bu gün rüsumlar sayəsində Rusiyadan başqa heç bir müharibə qalmayıb”.
Prezident, hazırda Ali Məhkəmədə baxılan tariflərə dair böyük məhkəmə işinin ölkə tarixindəki ən mühüm proseslərdən biri olduğunu qeyd edib: “Bu davanı uduzsaq, illərlə zəif, problemlərlə dolu və maliyyə baxımından qarışıq vəziyyətdə qalacağıq. Bu, Amerika üçün fəlakət olar”.
Tramp əlavə edib ki, ABŞ-a qarşı gömrük tarifləri tətbiq edən digər ölkələrin bu hüquqa malik olmasına baxmayaraq, Amerikaya eyni imkandan istifadə etməyə icazə verilməməsi ədalətsizlikdir.
Donald Tramp Ali Məhkəmədəki prosesi şəxsən izlədiyini deyib: “Bunu daha əvvəl heç etməmişəm, amma bu, indiyə qədərki ən vacib işlərdən biridir. Çünki əks halda biz dünya qarşısında müdafiəsiz qalacağıq”.