
Xəyanətin əlli çaları ...
“Boz kardinal”ın daxildəki “Ohanyan xətti” necə darmadaöın edildi
“Boz kardinal”ın daxildəki “Ohanyan xətti” necə darmadaöın edildi
Kommunist qafalıların müstəqilliyə patoloji nifrətləri olur
Hektarlarla torpaq, onlarla şirkət, yüzlərlə ev-mülk
Özünü “sürgündə olan Napoleon kimi” hiss edən Mehdiyev missiyasından əl çəkmədi
Ramiz Mehdiyev barəsində seçilən qərar barədə vəkil açıqlaması
Ramiz Mehdiyev YAP-dan çıxarılacaq
Ramiz Mehdiyevi hansı cəza gözləyir?
... Yaxud səssiz işğalın “Mehdiyev modeli”
Dövlətə xəyanət, hakimiyyəti zorla ələ keçirmə, korrupsiya və çirkli pulların yuyulması
Ramiz Mehdiyev haqqında həbs qərarı – 4 aylıq ev dustaqlığı
Biznesmenin köməkçisi hər şeyi danışdı
Ramiz Mehdiyev: “Sağlamlığımda heç bir problem yoxdur, özümü ...”
İsa Həbibbəyli: “Öncəgörmə ilə məşğul deyiləm”
Ramiz Mehdiyevlə bağlı son dəqiqə açıqlaması
AMEA-da yüksək post tutan Eldar Əmirova 30 sutka həbs verildi
AMEA-dan Ramiz Mehdiyevlə bağlı daha bir açıqlama
Ən azı son 35 ilində (hələ müstəqillikdən öncəni – Sovet dönəmini qoyaq kənara) ölkənin normal inkişafına mane olan, dövlətin demokratik inkişaf yolunu tıxayan, xalqın iradəsini seçki saxtakarlıqları ilə boğan, korrupsiyanı alovlandıran, bürokratik aparatı uzun illər ərzində total kontrolu altında saxlayan, xalqı, milləti soyan, soyduran bir şəxs nəhayət ki, həbs edildi.
Şərti olaraq “boz kardinal” adlandırılan, ölkənin demək olar ki, ən yaşlı və ən təcrübəli siyasi avantüristinin, siyasətçisindən tutmuş mətbuat nümayəndəsinə, alimindən yazıçısına hər kəsin qorxulu röyasına çevrilmiş şəxsin azadlığının məhdudlaşdırılmasına hər kəs sevinir. Sevinməyəni heç görmədim. İllərdir qorxudan səsini çıxara bilməyənlər də ürəklənib dilə gəliblər.
Bu həbs adi bir zərərsizləşdirmə hadisəsi deyil. Dövlətin icra aparatına uzun illər nəzarət etmiş, “Sprut” filmindəki kimi bütün strukturları öz ölümcül ağuşuna almış, kökü təsəvvür edildiyindən çox dərinlərə işləmiş, nəhəng bir fəsad maşınının sıradan çıxarılması heç də asan iş deyil, çox ciddi məsələdir.
Bu həbs köklü bir yoxlama/reformasiya prosesinin başlanğıcıdır. El arasında deyildiyi kimi, “bu xəmir hələ çox su aparacaq”. “Gövdə” silkələndikcə “köklər” daha haralardan, hansı gözlənilməyən yerlərdən tərpənib özünü büruzə verəcək, üzə çıxacaq, yaxın günlərdə görəcəyik. Bu “vakayi-hayriyyə”nin xeyirlərə vəsilə olacağına ümid edirəm. Bəlkə bundan sonra ictimaiyyətin canındakı qorxu, əndişə ortadan qalxa, baş vermə səbəbləri heç bir məntiqə sığmayan qəribə hadisələr, anomaliyalara son verilə, proseslər nəhayət ki, öz normal məcrasına qayıda, millətin 30 illik taleyi üzərindən bu qara kölgələr çəkilə, toplum bu məkrdən xilas olub bir rahat nəfəs ala…
“Böyük dayaq” filminə baxmayan, oradakı Kələntər obrazını xatırlamayan olmaz, düşünürəm. Milli kinomuzun sevdiyim nümunələrindən biridir“.
“Kələntərlik”lə bağlı bir araşdırma yazımda həmin filmdən, orada canlandırılmış Kələntər obrazından da söhbət açılır.
Xatırlayırsınızsa, filmin sonunda aydın olur ki, kolxozda baş verən bütün yeyinti-talama işləri, özbaşınalıqlar, şərləmə, şayiə, böhtan, donosçuluq, məkr və s. çirkli əməllərin hamısının arxasında rayondan kolxoza təhkim edilmiş Kələntər dayanırmış. Birini şirnikdirməklə ələ, digərini qorxutmaqla təsir altına alıb elə ağlasığmaz məharətlə oyun qurur ki, illərin təcrübəli idarəçisi, bir az da özündən razı, amma şərəfli, dilinə haram tikə vurmamış əzəmətli Rüstəm kişi belə onun qurduğu tələyə düşür. Nəhayət kələfin ucu açılır və aydın olur ki, bütün bu nanəcibliklər hamısı Kələntər “lələş”in işləriymiş. Sonda ifşa olunur və göndərilir “selpo”da nöyüt satmağa…
Ölkəmizi şərti olaraq “Yeni həyat”a, orada baş verən qəribəlikləri də filmdə təsvir olunan hadisələrə bənzətsək bu işin şərti “Kələntəri” də dünən həbs edilən şəxsdir.
Qaldı indi “Lal Hüseyn”lərin, “Yastı Salman”ların da tapılıb ifşa və məsuliyyətə cəlb edilməsi.
Bu gün o Kələntər həbsdədir. Ev dustağıdır.