vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 19 iyun 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Rauf Denktaş (1924 - 2012)

«Biz milli və mənəvi dəyərlərimizi qorursaq, o dəyərlər də bizi qoruyacaq»

Rauf Denktaş (1924 - 2012)
MÜTALİƏ  
Abbasi Müstəsimdən Əli Xameneyiyə 18:57 | 18 iyun 2025 | Çərşənbə Məqaləyə 19 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Abbasi Müstəsimdən Əli Xameneyiyə

Taleləri də eyni, xarakterləri də, millətləri də – ərəblərə dağ çəkən ərəblər

Fəxri HACIBƏYLİ

MÖVZU İLƏ ƏLAQƏLİ

Deyir, Xameneyi ağa aydırıb (deyib) ki, ABŞ İranla hərbi münaqişəyə girsə bundan zərər görəcək.

Həzrəti ağa daha izah etməyib necə, nəynən, hansı formada zərər verəcək, amma sözdür də aydırıb...

Yadıma tarixdən bir həvadis düşdü.

1258-ci ildir, indiki kimi yadımdadır. Böyük komutan Hülakü xan əzəmətli ordusuyla dirənib Abbasi xilafətinin paytaxtı Bağdadın qapılarına və son Abbasi xəlifəsi Müstəsim yoldaşa xəbər göndərir ki, özün də təslim ol qalanın da təslim elə. Müstəsim də nə sənə, nə mənə, cavab qaytarır ki, “maa hücum eləsən Allahın qəzəbinə gələssən” Yanı yaxın gəlmə özümü öldürüb qanımı tökərəm üstünə... Sakın üstümə gəlmə inanamam. Gəlsən Hülakisən çönüb olassan həlaki”... Birini alt, birini üst deyirəmsə, ağamın cəddi məni tutsun. Elə beləcə də aydırıb. Nəysə, Hülaku xan da (Tanrı tinini şad qılsın və məqamını ucaltsın) dəli nəvəsi dəli, babası Çingizxandan geri qalmayan əsəbi, nervoz adam, əmr edib ləşkərə ki, yeriyin Bağdad üstünə.

Sonuc – Bağdad düşür və üç gün yağmalanır, xəlifə Müstəsir ələ keçir yağmalanmış Bağdad gəzdirilib Tanrının kimə qəzəb etdiyi öz gözləyirlə izlətdirilib, qəzəb ünvanını düzgün təyin etmədiyi dəlil və sübutlarla özünə şəxsən nümayiş etdirildikdən sonra qanı yerə tökülməsin deyə keçəyə bürünüb atların ayaqları altında ciynədilir.

Təxminən bir il ondan öncə, yenə bizim bu dəli Haluaku xan Ələmut civarına yetişib indi bu Xomeyni-Xameneyi tandeminin sələfləri olan rəsmi adıyla Nizari-İsmaili dövləti, başqa adla “Xaşxaşi”lərin qapısına dayanır. Son İsmaili imamı Rüknəddin Hürşaha xəbər göndərir ki, təcili təslim ol. Yaxşıdır ki, hamısına da təslim olmaq çağırışında bulunurmuş xan oğlu xan. Beynəlxalq konvensiya-zad var axı.

Nəysə, Rüknəddin əfənti Ələmutun əlçatmazlığına güvənib çağırışı rədd edir və qalaya sığınır. Hülakü xan da əmr edir qalanın altını oyub Çin vilayətindən gətirdiyi mühəndislərin barıt və neftdən hazırladığı bombafason nəmənəylə doldurub fitilini atəşləyirlər. Atəşfəşanlıq-zad, partlayış-fısqırıq. Toz-duman göyə sovrulur, qalanın üstündə oturduğu dağ yerindən laxlayır... (Allah sən saxla).

Ələmut düşür və Rüknəddin yoldaş ələ keçir. Monqollar onu ustad terrorçu Həsən Sabbahın cənnəinə dərhal yola salmadan öncə “zati-alilərindən” bir xidmətdə bulunmasını istəyirlər. Öldürülməyəcəyi qarantisiylə hələ müqavimət göstərən digər qalaları gəzdirilib, sui-qəsd ordeninin hələ də dirəşən üzvlərini təslimə ikna etməsi istənilir. Can şirin şeydir axı. Deyiləni məmnuniyyətlə yerinə gətirən son İsmaili imamı Rüknəddin ağa, başı qırxılıb, eşşəyə tərs əyləşdirilib, taleyin amansız ixtiyarına və əsgərlərin məzələnə bilməsi üçün onların əlinə sərbəst buraxılır.

Bununla da 166 il bütün İslam dünyasını, Orta doğunu terror qorxusu altında saxlayan, heç kimin – nə Səlcuqlunun, nə Əyyubilərin, nə ərəb xəlifələrinin baş edə bilmədiyi əl çatmaz, ox batmaz xaşxaşi təriqəti qovuşur haqqın rəhmətinə. Yəni, sevdiyimiz başqa bir ifadəylə desək, “cəhənnəmə gedir, gorbagor olur”.

Bu söhbətə hardan gəlmişdik? Hə, imam Xamamanamaneyi ağanın sitatından yola çıxmışdıq.

Hə, bir də, Tramp müəllim buna təslim ol çağırışında bulunub, deyilənə görə bu da “iranlılar təslim olmurlar” cavabı verib. A kişi, təslim olmaq səndən istənilib, sən söhbəti nə fırladıb, iranlı-miranlının üstünə atırsan. Öyü dağılmış, təslim olacaq biri və ən birincisi sənsən, səndən istənilir təslimiyyət. Ol, bitsin də məsələ. İslam da zatən təslimiyyət dini deyilmi? Dinin bir vacibatını yerinə yetirirsən, Kərbəlayi İsmayıl demiş, onlar da (bəlkə) səni öldürməyib, bağışlayacaqlar… Nə bilirsən? Bəyəm qeybdən xəbər alırsan? Qeybdə olan xəbər verən idisə, bu həngaməni öncədən görüb niyə xəbər eləmədi cənabına? 

Xülasə, bu Tramp yoldaşı ilk görən gündən bir suyumunu rəhmətlik Hülakü xana yaman bənzətmişdim, torpağı sanı yaşasın. Netanyahunu ha elədim bənzədə bilmədim, amma Tramp eynən əski tüklər kimi sarışın, uzun saçlıdır, ondan əla modern Hülakü xan alınar.

Allah əsirgəməsin!

Amin!


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)