İran yenə hədələdi
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
19:10 | 18 iyun 2025 | Çərşənbə
Məqaləyə 241 dəfə baxılıb
Şriftin ölçüsü
SEPAH generalı yeni müqavimət cəbhəsindən danışdı
İsrail–“Hizbullah” xəttində hava hücumları; PUA-larla çəkindirmə işə yaramır
Trampdan Netanyahuya xəbərdarlıq
Şiraz hava limanında uçuşlar dayandırıldı
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
İran mediası ABŞ ilə gözlənilən sazişi təkzib etdi
Hörmüz boğazı ilə bağlı xüsusi maddə var
Hörmüz boğazında gərginlik yenidən artır
ABŞ Ordusunun tezliklə İrana qarşı müharibəyə qoşulacağı bildirilir. Tramp müharibənin birinci fazasında, İsrailin İranı yetərincə zəiflətdiyinə inanır və ikinci fazada birbaşa “sükan arxasına” keçmək istəyir. İddialara görə, Pentaqon da müharibəyə qoşulmağı dəstəkləyir. Bu da onu göstərir ki, ABŞ rəhbərliyi İranın cavab addımlarının effektiv olmayacağı qənaətindədir.
Güman etmək olar ki, ikinci faza üçün ABŞ-ın üç başlıca məqsədi var: İranın nüvə proqramının məhv edilməsi; münasib rejim dəyişikliyinin təmin edilməsi və mərkəzi hakimiyyətin zəiflədildiyi yeni sistemin qurulması. Bu xüsusda, İranın şimal qərbində kürd muxtariyyətinin yaradılması da sürpriz olmayacaq. Bir sözlə, demək olar ki, ABŞ İrandakı proseslərin gedişatını nəzarətinə almağa hazırlaşır.
İranın nüvə proqramı ilə bağlı ilkin olaraq nüvə strukturunun bombardımanla dağıdılması planlaşdırılır. Mənim üçün ən maraqlı məqam, İranın əlindəki 400 kq-lıq 60% zənginləşdirilmiş uran ehtiyatlarının aqibətidir. Nüvə silahının əsas komponenti olan bu strateji resurs yəqin ki, İran hakimiyyətinin son dayaq nöqtəsidir. Əslində İran hakimiyyəti zənginləşdirilmiş uranı təhvil verməklə müharibəni indi də dayandıra bilər. Bəlkə də Trampın son çıxışlarının və ABŞ-ın hərbi aktivliyini artırmasının məqsədi İran rəhbərliyini məhz, bu yola məcbur etməkdir. Amma bu addım İran dövləti üçün tam təslimçilik deməkdir. Bu ssenaridə belə, İran hakimiyyətini fərqli sonluq gözləmir. Aydındır ki, sona qədər döyüşməyin də İran dövləti üçün daha dağıdıcı nəticələri olacaq.
Bəs, İran rəhbərliyi əlindəki strateji resursu qorumaq üçün sona qədər döyüşməyi seçsə? Bu ssenaridə İrandakı zənginləşdirilmiş uranın ələ keçirilməsi üçün ABŞ və İsrailin xüsusi quru əməliyyatına ehtiyacı ola bilər. Yəqin ki, ABŞ rəhbərliyi təkcə hava qüvvələrini deyil, quru qoşunlarını da müharibəyə hazırlayıb. İrana quru əməliyyat isə ABŞ üçün növbəti bataqlığa çevrilə bilər. Yəni, hadisələr göründüyündən daha mürəkkəbdir. Olduqca effektiv və sarsıdıcı olan ilk fazadan fərqli olaraq, İrana qarşı hərbi kampaniyanı istənilən sonluqla yekunlaşdırmaq çox çətin olacaq.