Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
07:44 | 3 aprel 2026 | Cümə
Məqaləyə 266 dəfə baxılıb
Şriftin ölçüsü
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Rusiya trilyon dollardan çox itki verib
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
.... Amma konstitusion çoxluq əldə edə bilmədi
Azərbaycanın qazandığı sülh və Cənubi Qafqazın yeni tarixi
Paşinyanın partiyası açıq üstünlük qazandı, amma cəmiyyət sülh və qeyri-müəyyənlik arasında ikiyə bölünür
Ermənistan baş nazirinin partiyası Rusiyapərəst qüvvələrin topladıqlarının cəmindən çox səs qazandı
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Kremlə gözlənilməz zərbə
Müharibə xərcləri ölkəni iflasa aparır
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
Humanitar universitet Rusiya prezidentinin nəsil şəcərəsini tədqiq edəcək alim axtarır
Kremlin informasiya savaşında dəyişməyən tezis
Putinlə Paşinyanın son görüşündə diqqət çəkən məqamlardan biri Putinin Ermənistanla Rusiya arasındakı ticarət dövriyyəsini xüsusi vurğulaması oldu. O, bunu sadəcə iqtisadi göstərici kimi təqdim etmədi, eyni zamanda müqayisə üçün Azərbaycanın adını çəkərək bildirdi ki, Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi Ermənistana nisbətdə daha azdır. Məncə, bu, təsadüfi müqayisə deyildi. Burada Rusiyanın Azərbaycana tarixi münasibətinin izləri görünür.
Rusiyanın bizə münasibətində həmişə bir yadlıq, soyuqluq, hətta çox zaman cəza və təzyiq elementi hiss olunub. Sanki Azərbaycanla bağlı mənfi münasibət illər boyu Kremlin əlində siyasi valyutaya çevrilib. Yəni Rusiya, erməni cəmiyyətinin rəğbətini, siyasi simpatiyasını və loyallığını qazanmaq üçün Azərbaycana qarşı mənfi münasibəti bir növ “təklif”, “jest”, hətta bazarlıq predmetinə çevirib. Mesaj belə olub: “Baxın, Azərbaycanı da sıxırıq, vururuq, cəzalandırırıq — deməli, sizin yanınızdayıq.”
Bu, təkcə bu günün məsələsi deyil. Çar Rusiyası dövründə də, sovet dövründə də, sonrakı mərhələlərdə də Azərbaycana münasibətdə bu xətt tez-tez sezilib. Yəni anti-Azərbaycan münasibət bəzən geosiyasi davranışdan çox, erməni tərəfinin zövqünü oxşayan, ona ünvanlanan bir siyasi jest kimi ortaya çıxıb.
Ancaq indi vəziyyət dəyişib. Paşinyanın bugünkü siyasi xətti göstərir ki, Ermənistan artıq əvvəlki kimi bu nifrətin alıcısı olmaq istəmir. O demək istəyir ki, biz Azərbaycanla sülh gündəliyinə keçmişik, regionda yeni mərhələ istəyirik, daha bu köhnə düşmənçilik dilinin bazarı yoxdur. Yəni Kreml hələ də köhnə siyasi mallarını nümayiş etdirməyə çalışır, amma qarşısında onları almağa əvvəlki qədər həvəsli bir tərəf görmür.
Putinin bu çıxışı bir həqiqəti də açıq göstərdi: Rusiya Azərbaycana münasibətini çox zaman öz-özlüyündə deyil, başqalarına mesaj vermək üçün qurub. Yəni bizə münasibət, çox vaxt birbaşa bizə görə yox, erməni auditoriyasına siyasi siqnal vermək üçün istifadə olunub. Bu baxımdan, həmin fikir Rusiyanın Azərbaycana tarixi baxışının açıq etirafı, dövlətin başında dayanan şəxsin dilindən ifadəsi idi.