vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 16 oktyabr 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Yetər İran odlarından
od ələndi başımıza,
Dur ayağa! Ya azad ol,
ya tamam yan, Azərbaycan!»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
GÜNDƏM  
Evləri var xana-xana ... 20:26 | 16 oktyabr 2025 | Cümə axşamı Məqaləyə 92 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Evləri var xana-xana ...

Ramiz Mehdiyev ev həbsini məşhur “təxribat villası”nda çəkmirmiş

MÖVZU İLƏ ƏLAQƏLİ

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin ev həbsi xəbəri iki gündür ölkə mediasının əsas mövzusuna çevrilib. Hamı Mehdiyevdən danışır, onun “xəyanət dosyesi”ni müzakirə edir.

Uzun illər özünü “boz kardinal” kimi tanıdan Mehdiyevin şəhərdən uzaqlaşaraq bağ evinə çəkildiyi deyilir.

Vaxt.az xəbər verir ki, “Qafqazinfo”nun əməkdaşları bu gün Mehdiyevin qaldığı deyilən və ən məşhur villasının yerləşdiyi Novxanı qəsəbəsinə gedib.

Bu, həmin villadır ki, ölkədə sərt karantin rejimi tətbiq edilən, insanlar pandemiya ilə mübarizə apardığı vaxtlarda Mehdiyev ailə üzvlərini və klanına daxil olanları orada başına toplayaraq nəvəsinə toy etmişdi.

Hazırda isə həmin evin adı başqa səbəblərlə gündəmdədir. İddia olunur ki, Mehdiyev və yaxın çevrəsi dövlət əleyhinə qurulan planların müzakirəsini də çox vaxt məhz bu villada aparıb. Bəzi siyasətçilər də vaxtaşırı çıxışlarında “Mehdiyev klanı”na daxil olan keçmiş məmurların bu “təxribat villası”nın daimi qonaqları olduğunu deyiblər.

Böyük bir ərazini əhatə edən bağda iki nəhəng villa inşa edilib. Evlər hələ də ciddi mühafizə olunur, dörd bir tərəfi onlarla müşahidə kamerası ilə izlənilir.

Dövlətə xəyanət, hakimiyyəti ələ keçirməyə yönələn fəaliyyət və qanunsuz yolla əldə olunmuş pullarla bağlı ittihamlara Mehdiyevin münasibətini öyrənməyə cəhd etsək də, qapını açan olmadı. Qonşulardan öyrəndik ki, Ramiz Mehdiyev hazırda burada deyil, o, ev dustaqlığını başqa evində çəkir.