vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 15 oktyabr 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Türk milləti böyük bir daşa bənzər, çox gec qızar və gec də soyuyar»

Səttar Xan (1866 - 1914)
AMERİKA  
Ağ Evdə Çarli Kirkin doğum günü qeyd olunub 19:02 | 15 oktyabr 2025 | Çərşənbə Məqaləyə 104 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ağ Evdə Çarli Kirkin doğum günü qeyd olunub

Dövlət Departamenti mühafizəkar fəalın ölümünə sevinən 6 nəfərin vizasını ləğv etdi

ATİLLA

MÖVZU İLƏ ƏLAQƏLİ

Tramp administrasiyası, mühafizəkar fəal Çarli Kirkin (Charlie Kirk) sentyabrda sui-qəsdə məruz qalmasına sevinən ən azı 6 şəxsin vizasını ləğv etdi.

Vaxt.AZ xarici mediaya istinadən bildirir ki, Dövlət Departamenti dünənki açıqlamasında, "Birləşmiş Ştatlar amerikalıların ölümünü arzulayan əcnəbilərə ev sahibliyi etmək öhdəliyi daşımır", – deyib.

Departament Kirkin sui-qəsdinə sevinən və ya onun fikirlərini tənqid edən viza sahiblərini izləməyə davam edir. Qeyd olunan şəxslər arasında, Kirkin “bütün həyatını irqçi, xarici düşməni və qadın düşməni ritorikası yaymağa həsr etdiyi” iddia edilən bir argentinalı və sosial mediada “faşistlər öldükdə demokratlar şikayət etmir” yazdığı iddia olunan bir alman da var.

Kirk öldükdən sonra Dövlət Departamenti onun ölümünü tərifləyən əcnəbilər haqqında məlumat toplamağa başlamışdı.

Dünənki viza qərarı Trampın Kirkə ölümündən sonra ABŞ-ın ən yüksək mülki mükafatı olan Prezident Azadlıq Medalını təqdim etdiyi günə təsadüf edir. Həmin gün Kirkin 32-ci yaşı tamam olurdu.

Ağ Ev Kirkin ölümünün yasını saxlamaq üçün xüsusi səylər göstərir. Prezident və köməkçiləri, o cümlədən Stefen Miller, Arizonada təşkil olunan anma mərasimində çıxış edib. Prezident Köməkçisi Ceyms Vens də Kirkin podcast anma bölümünü təqdim etmək üçün tədbirə qatılıb.

Administrasiya Kirkin qətlinin ardınca siyasi zorakılığı təşviq etməkdə ittiham etdiyi fərdləri və solçu qrupları təzyiq altında saxlamağa çalışır.

Antifa kimi ideoloji hərəkatı rəsmi daxili terror təşkilatı kimi tanıyan idarə, Ədliyyə naziri Pam Bondi vasitəsilə Kirkin tənqidçilərini və onu protest edən müəssisələri hədələyib. Ancaq “nifrət ritoriki” əksər hallarda ABŞ Konstitusiyasının Birinci Düzəlişi ilə qorunur.

Ötən ay federal məhkəmə administrasiyanın vizaları ləğv etmə və Fələstin tərəfdarı tələbələr və müəllimləri siyasi baxışları səbəbi ilə hədəf alma cəhdlərinin, konstitusiyaya zidd şəkildə geniş nifrət anlayışı adı altında Birinci Düzəlişə hücum hesab edildiyini qərara aldı.