vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 22 oktyabr 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
KRİMİNAL, CİNAYƏT  
Tanınmış vəkilin evi qarət olundu 12:17 | 22 oktyabr 2025 | Çərşənbə Məqaləyə 46 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Tanınmış vəkilin evi qarət olundu

“Ən çox təsir edən mərhum anamın yadigarı olan xalçanın aparılmasıdır”

ELÇİN

MÖVZU İLƏ ƏLAQƏLİ

Tanınmış vəkil Bəhruz Bayramovun evi qarət olunub. Bu barədə məlumatı vəkilin özü paylaşıb.

Onun sözlərinə görə, Bakının Binəqədi rayonu Rəsulzadə qəsəbəsində yerləşən həyət evinə daxil olan oğrular bir çox əşyaları aparıblar: “Televizor, xalçalar, kombi, qab-qacaq, bahalı suvenirlər və digər məişət əşyalarını oğurlayıblar. Mənə ən çox təsir edən isə mərhum anamın yadigarı olan qədimi xalçanın aparılmasıdır”.

Bəhruz Bayramov bildirib ki, hadisə yerinə dərhal polis çağırılıb: “İki saata yaxın araşdırma apardılar. Ekspert də gəlmişdi, əl-ayaq izləri götürüldü. İstintaq hərəkətləri həyata keçirildi. İnanıram ki, polis bu cinayətin üstünü açacaq”.